Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3448/2021 07.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərə yaradılan maneələrin aradan qaldırılması və mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərə yaradılan maneələrin aradan qaldırılması və mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK tərəfindən inşa edilən ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli yaşayış evinin İİİ blok, 6-cı mərtəbə, ümumi sahəsi 53.02 kv.m olan, bir otaqlı, 31 saylı mənzilə və həmin binanın V blok, 7-ci mərtəbəsi, ümumi sahəsi 62.1 kv.m olan, 1 otaqlı, 36 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzillərə yaradılan maneələrin aradan qaldırılması və mənzillərin cavabdeh tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ali təhsilli ixtisaslı kadr kimi Dövlət Dəmiryolunda işləmiş, 1991-ci ilin mart ayında iş yerində ağır xəsarət aldığı üçün pensiyaya çıxmışdır. Hazırda işləmir, təqaüdçüdür. İş yerində mənzil növbəsində dayandığından ona Sumqayıt şəhərində mənzil vermişlər. Sumqayıt şəhəri uzaq olduğu üçün o, həmin mənzili satıb "xxxx" MMC-nin ünvan 2 ünvanında inşa etdiyi binadan iki mənzil almışdır. Həmin mənzillərin biri binanın İİİ blok, 6cı mərtəbə, ümumi sahəsi 53.02 kv.m olan, bir otaqlı, 26 saylı mənzili, digəri isə binanın İİİ blok, 6-cı mərtəbə, ümumi sahəsi 53.02 kv.m olan, bir otaqlı, 31 saylı mənzili olmuşdur. Sonradan "xxxx" MMC fəaliyyətini dayandırmış və onun hüququ varisi kimi Cavabdeh MTK fəaliyyətə başlamışdır. O, mənzillərin birini, yəni binanın İİİ blok, 6-cı mərtəbə, ümumi sahəsi 53.02 kv.m olan, bir otaqlı, 26 saylı mənzili təmir etməyə başlamış, təxminən təmir işlərinin yarısını etdirmiş və maliyyə vəsaiti olmadığı üçün təmiri sonradan davam etdirmək niyyəti ilə saxlamışdır. Bu yaxınlarda mənzilə gələrkən görmüşdür ki, artıq mənzil tam təmir olunmuş və orada yaşayış da vardır. Maraqlandıqda isə ona həmin mənzilin X3 adlı şəxsin təmir etdirdiyi bildirilmişdir. O, həmin şəxslə görüşüb məsələni aydınlaşdırmış və həmin şəxs ona mənzilin ilk əvvəl ona satıldığını və mənzilin onun sahiblik və istifadəsinə verilməsinə dair artıq Abşeron rayon Məhkəməsinin qətnaməsinin də olduğunu bildirmişdir. Belə olan halda o, MTK tərəfindən aldadıldığını görüb cavabdehin nümayəndələri görüşmüş və ona yalnışlıq nəticəsində onun mənzilinin başqasına verildiyi bildirilmişdir. Buna görə də cavabdehin nümayəndələri tərəfindən ona həmin mənzilin əvəzinə başqa bir mənzil, yəni binanın 5-ci bloku, 7-ci mərtəbəsi, ümumi sahəsi 62.1 kv.m olan, 1 otaqlı, 36 saylı mənzili vermişlər və buna görə ona müqavilə və maliyyə arayışı verilmişdir. Artıq cavabdehin əməkdaşlarının səhlənkarlığını görüb o, məhkəmə qaydasında mənzillərin onun sahiblik və istifadəsinə verilməsini tələb edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -İcraçı Progress-2016 MTK ilə payçı İddiaçı arasında bağlanmış 16.09.2019-cu il tarixli 373 saylı mənzil tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə ünvan 3 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 3-cü blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 26 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 650 manat təşkil edir. Sahəsi 53.02 kv.m mənzil üçün cəmi 34463 manat ödənilməlidir. Müqavilənin 3.2-ci bəndindən görünür ki, 15 mart 2016-cı il tarixli kooperativ üzvlərinin ümumi yığıncağının növbədənkənar iclasının 02 saylı protokolunun çıxarışının 4-cü bəndinə müvafiq olaraq hər kv.m mənzil sahəsi üçün əlavə 100 manat, qeyri-yaşayış sahəsi üçün 300 manat olmaqla ödənilməlidir. -Progress-2016 MTK-nın 16.09.2019-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Progress-2016 MTK-ya məxsus olan ünvan 4 ünvanda inşa olunan 5 bloklu 16 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdehnə məxsusdur. Bu binanın 3 blok, 6 mərtəbə, ümumi sahəsi 53.02 kvadrat metr olan, 1 otaqlı, 26 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən 34463 manat olmaqla ödənilmişdir, MTK-ya heç bir borcu yoxdur. -İcraçı Progress-2016 MTK ilə payçı İddiaçı arasında bağlanmış 25.09.2019-cu il tarixli mənzil tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə ünvan 3 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 3-cü blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 31 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 650 manat təşkil edir. Sahəsi 53.02 kv.m mənzil üçün cəmi 34580 manat ödənilməlidir. -Progress-2016 MTK-nın 25.09.2019-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Progress-2016 MTK-ya məxsus olan ünvan 4 ünvanda inşa olunan 5 bloklu 16 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdehnə məxsusdur. Bu binanın 3 blok, 6 mərtəbə, ümumi sahəsi 53.2 kvadrat metr olan, 1 otaqlı, 31 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən 34580 manat olmaqla ödənilmişdir, MTK-ya heç bir borcu yoxdur. -İcraçı Progress-2016 MTK ilə payçı İddiaçı arasında bağlanmış 26.04.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış evinin 5-ci blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 36 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 555 manat təşkil edir. Sahəsi 62.1 kv.m mənzil üçün cəmi 44600 manat ödənilməlidir. Müqavilələrin 1.3-cü bəndinə əsasən, Hayan-E MMC (Cavabdeh MTK) ilə əvvəllər bağlanmış müqavilələrdə mənzillərin nömrələri hər blokda olan qeyri-yaşayış sahəsi yerləşən mərtəbədən sonrakı mərtəbədə ardıcıl olaraq soldan sağa sayılmaqla qeyd edilmişdir. Hazırki müqavilədə yaşayış binasının l-lll blokun l-ci mərtəbəsi, İV-V blokda isə l-ci və 2-ci mərtəbəsi qeyri-yaşayış sahəsi nəzərdə tutulmuşdur. Yeni qayda ilə müqavilədə mərtəbələrin say ardıcıllığı 1-ci mərtəbədən başlayaraq hesablanılır. İ-İİİ blokda mənzillərin nömrələri saxlanılmaqla bir mərtəbə yuxarı qeyd olunmuşdur. İV blokda mənzillərin yerləşdiyi mərtəbələri 2 mərtəbə yuxarı-3-cü mərtəbədən, mənzillərin nömrələri isə hər mərtəbədə 4 ədəd mənzil olduğunu nəzərə alaraq 4 say azalmaqla (5 № - 1 №-yə, 6 № - 2 №-yə və s.), V blokda mənzillərin yerləşdiyi mərtəbələri 2 mərtəbə yuxarı 3-cü mərtəbədən, mənzillərin nömrələri isə hər mərtəbədə 8 ədəd mənzil olduğunu nəzərə alaraq 8 say ( 9 № - 1 №, 10 № - 2 № və s.) azalmaqla qeyd olunmuşdur. -Progress-2016 MTK-nın 26.04.2021-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Progress-2016 MTK-ya məxsus olan ünvan 4 ünvanda inşa olunan 5 bloklu 16 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdehnə məxsusdur. Bu binanın 5 blok, 7 mərtəbə, ümumi sahəsi 62.1 kvadrat metr olan, 1 otaqlı, 36 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya heç bir borcu yoxdur. -Abşeron Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(012)-614/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh MTK tərəfindən inşa edilmiş ünvan 5 ünvanında yerləşən 15 mərtəbəli yaşayış evinin İİİ blok, V mərtəbəsində 43,3 kvadrat metr ümumi sahəsi olan, izolə olunmuş 1 otaqdan ibarət 26 saylı mənzilə iddiaçı X1 və istifadə hüquqlarının tanınması, həmin mənzilə yaradılan maneələrin aradan qaldırılması və mənzilin Cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. -Bakı-Binəqədi RPİ tərəfindən verilmiş 29.11.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi İ.Kərimov küçəsi 6 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Salehov X4-2016 MTK ilə bağladığı mənzil tikintisi haqqında müqavilələrə əsasən 16.09.2019-cu il tarixdə ünvan 3 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 3-cü blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 26 saylı mənzili, 25.09.2019-cu il tarixdə isə həmin binanın 3-cü blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 31 saylı mənzili almışdır. Məhkəmə araşdırması zamanı ünvan 3 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 3-cü blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 26 saylı mənzilin iddiaçıdan öncə başqa bir şəxsə satılması və həmin şəxsin sahiblik, istifadə hüququnun tanınmasına dair Abşeron Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(012)-614/2020 saylı qətnaməsinin çıxarıldığı müəyyən edilmişdir. Bu səbəbdən də, iddiaçı həmin mənzilin əvəzi olaraq Proqress-2016 MTK ilə 26.04.2021-ci il tarixdə bağladığı mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış evinin 5-ci blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 36 saylı mənzili iddiaçıya satılmışdır. Qeyd olunan mənzillərin dəyərinin iddiaçı tərəfindən ödənilməsi və MTK-ya hər hansı bir borcunun olmaması MTK tərəfindən verilmiş maliyyə arayışları ilə də təsdiq edilmişdir. Payçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilərək mənzillərin dəyəri tam ödənilmiş, lakin icraçı tərəfindən mənzillərin payçıya təhvil verilməsi öhdəliyi icra edilməmişdir. Bu səbəbdən də, hazırda, iddiaçı 25.09.2019-cu il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 3-cü blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 31 saylı mənzilin və 26.04.2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən isə ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış evinin 5-ci blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 36 saylı mənzilin təhvil verilməsi, onun həmin mənzillər üzərində sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Mülki Məcəllənin: 6.1.5 maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1 maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilələr üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində cavabdehin öhdəliyinə əməl etməməsi, mənzilləri iddiaçıya təhvil verməməsi müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə mülki iş materiallarını dəyərləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, 25.09.2019-cu il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 3-cü blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 31 saylı mənzil və 26.04.2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən isə ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış evinin 5-ci blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 36 saylı mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli, həmin mənzillər üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınmalı, mənzillərə yaradılan maneələrin aradan qaldırılması cavabdehə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 25.09.2019-cu il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 3-cü blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 31 saylı mənzilə və 26.04.2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış evinin 5-ci blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 36 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınmaqla həmin mənzillərin iddiaçıya təhvil verilməsi və mənzillərə yaradılan maneələrin aradan qaldırılması vəzifəsi cavabdeh Proqress-2016 Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3448/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3448/2021
07.10.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Sair mülki iş - Mənzil mübahisələri - Mənzil mübahisələri - Maneənin aradan qaldırılması - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver