Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3467/2021 22.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və əldən çıxmış gəlirin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və əldən çıxmış gəlirin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış massivində yerləşən 29 saylı küçədə, 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60.5 kv.m olan 70 saylı və eyni ünvanda ümumi sahəsi 61.3 kv.m olan 71 saylı mənzillərin, o cümlədən 29 saylı küçədə, 1 saylı binanın 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 31.2 kv.m olan 123 saylı mənzillərlə bağlı bağlanmış 03.05.2017-ci il tarixli, M-1642, M-1643 və M-1644 saylı müqavilələr üzrə AAAF-İnşaat MMC-nin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, müqavilənin 2.2.4cü bəndində göstərilən işləri görməklə, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraiti yaratmaqla iddiaçıya təhvil verilməsi, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, 10800 manat (12*(300*3) əldən çıxmış gəlirin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı AAAF-İnşaat MMC ilə 03.05.2017-ci il tarixli, M- 1642, M-1643 və M-1644 saylı mənzil alqı-satqısına dair müqavilələr bağlamışdır. 03.05.2017-ci il tarixli, M-1642 və M-1643 saylı müqavilələr üzrə 29 saylı küçədə, 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60.5 kv.m olan 70 saylı və ümumi sahəsi 61.3 kv.m olan 71 saylı mənzillərin dəyəri iddiaçı tərəfindən tam şəkildə, M-1644 saylı müqavilə üzrə isə 29 saylı küçədə, 1 saylı binanın 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 31.2 kv.m olan 123 saylı mənzil kredit yolu ilə alınmış və ümumi dəyəri olan 18720 manat məbləğdən 15490 manat iddiaçı tərəfindən ödənilmişdir. 03.05.2017-ci il tarixli, M-1642, M-1643 və M-1644 saylı müqavilələrin 2.2.2-ci bəndinə əsasən "Cəmiyyət inşa olunmuş/olunan yaşayış kompleksinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2, mərtəbə 7 ümumi sahəsi 61.3 kv.m olan 2 otaqlı 71 saylı və eyni ünvanda 60.5 kv.m olan 2 otaqlı 70 saylı mənzili, M-1644 saylı müqavilə üzrə AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 1, mərtəbə 15 ümumi sahəsi 31.2 kv.m olan 1 otaqlı 123 saylı mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilələr üzrə mənzillərin giriş hissəsinə qədər kommunal xətlərin çəkilməsi, mənzilin bayır divarlarının ikiqat hörgü ilə hörülməsi, mənzilin daxili divarlarının birqat hörgü ilə hörülməsi, plastik pəncərələrin qoyulması və şüşələnməsinin təmin edilməsi, mənzilin qazla təchiz olunması, liftlərin quraşdırılması cəmiyyətin əsas vəzifələrindəndir. Lakin cavabdeh şəxs müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə şərtlərini kobud şəkildə pozaraq 2017-ci ildən bugünə kimi iddiaçıya məxsus olan mənzilləri müqavilə şərtlərinə uyğun şəkildə təhvil verməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 6.1-ci bəndində qeyd olunur ki, “Bu müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, iddiaçı X5 ilə AAAF-İnşaat MMC arasında müqavilə bağlanılmaqla, M-1642, M-1643 saylı müqavilələr üzrə İddiaçı öhdəliyin dəyərini tam şəkildə, M-1644 saylı müqavilə üzrə müqavilə şərtlərinə uyğun şəkildə AAAF- İnşaat MMC-yə ödəmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə hər iki tərəf üçün hüquq və vəzifələr yaranmışdır. Belə ki, İddiaçı müqavilə şərtlərinə uyğun ödənişi ödəməyi, AAAF-İnşaat MMC isə mənzili alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə müddət müəyyən edilmədikdə, kreditor onun dərhal icrasını, borclu isə onu ağlabatan müddətə icra etməyə borcludur. (MM 427.2) Lakin işin faktiki hallarından görünür ki, AAAF-İnşaat MMC öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə bağlanmasından 4 il müddət keçməsinə baxmayaraq, iddiaçıya məxsus mənzilləri ona təhvil verməmişdir. Bu səbəbdən də hesab edir ki, iddiaçı ilə cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış massivində yerləşən 29 saylı küçədə, 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60.5 kv.m olan 70 saylı və eyni ünvanda ümumi sahəsi 61.3 kv.m olan 71 saylı mənzilləri, o cümlədən 29 saylı küçədə, 1 saylı binanın 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 31.2 kv.m olan 123 saylı mənzillərlə bağlı bağlanmış 03.05.2017-ci il tarixli müqavilələr üzrə AAAF-İnşaat MMC-nin üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi, müqavilənin 2.2.4-cü bəndində göstərilən işləri görməsi, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılması, mənzilin ona təhvil verilməsi, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsi cavabdehə həvalə edilməlidir. Həmçinin, həmin ərazidə mənzil kirayə haqqı 300-400 manat civarındadır. Əgər iddiaçı ən azı 12 ay ərzində həmin mənzilləri icarəyə vermiş olsa idi, 10800 manat gəlir əldə edərdi. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə cavabdeh AAAF-İnşaat MMC arasında mənzil alqı-satqısına dair bağlanmış üç müqavilə mövcuddur. Belə ki, iddiaçı ilə bağlanmış 03.05.2017-ci il tarixli M-1642, M-1643 və M-1644 saylı müqavilələr üzrə təhvil veriləcək mənzillər hələ tam hazır deyildir. Ancaq həmin mənzillərin hal-hazırda tikintisi davam etməkdədir və AAAF-İnşaat MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınmır. Eyni zamanda qeyd etməyi zəruri hesab edir və bildirir ki, İddiaçı satılmış və hal-hazırda tikintisi davam etməkdə olan mənzillər barəsində digər şəxslərlə hər hansı bir müqavilə bağlanmamış və mənzillər kompleks hazır olduqda iddiaçıya təqdim ediləcəkdir. İddiaçının aldığı mənzillərdən 03.05.2017-ci il tarixli M-1642 və M-1643 saylı müqavilələr üzrə Xırdalan şəhəri AAAF Park Y/M-də yerləşən 29 saylı küçədəki 2 saylı binanın 70 və 71 saylı mənzillərinin dəyərini tam ödəmişdir. Lakin iddiaçı ilə bağlanmış 03.05.2017-ci il tarixli M-1644 saylı müqavilə üzrə Xırdalan şəhəri AAAF Park Y/M-də yerləşən 29 saylı küçədəki 1 saylı binanın 123 saylı mənzili üzrə ödəniş tam icra edilməmişdir. Həmin müqavilə üzrə cavabdeh olaraq təqdim edilmiş maliyyə arayışından da göründüyü kimi iddiaçının 3230 manat müqavilə üzrə ödənilməyən borcu mövcuddur. İddiaçı ilə bağlanmış müqavilənin tələblərinin icrasına maneə bütün dünyada hökm sürən Covid-19 pandemiyasıdır. Hal-hazırda iddiaçının mənzilinin yerləşdiyi kompleksin sürətli tikintisi həyata keçirilməkdədir. Hazırda, iddiaçının iddia tələblərini əldən çıxmış fayda istisna olmaqla, qalan hissələrdə qəbul edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış 03.05.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. -Müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən görünür ki, cəmiyyət inşa olunmuş/ inşa olunan yaşayış kompleksinin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m ibarət 2 otaqlı 70 nömrəli mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsi 60.5 kv.m təşkil edir. -Müqavilənin 3-cü bəndindən görünür ki, bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 500 manat olmaqla, müqavilənin qiyməti cəmi 30250 manat müəyyən edilmişdir. Alıcı müqavilə qiymətindən 30250 manatı şəxsi vəsaiti hesabına ödəmişdir. -AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış 03.05.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. -Müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən görünür ki, cəmiyyət inşa olunmuş/ inşa olunan yaşayış kompleksinin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m ibarət 2 otaqlı 71 nömrəli mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsi 61.3 kv.m təşkil edir. -Müqavilənin 3-cü bəndindən görünür ki, bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 500 manat olmaqla, müqavilənin qiyməti cəmi 30650 manat müəyyən edilmişdir. -AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış 03.05.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 1 mərtəbə 15, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. -Müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən görünür ki, cəmiyyət inşa olunmuş/ inşa olunan yaşayış kompleksinin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m ibarət 1 otaqlı 123 nömrəli mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsi 31.2 kv.m təşkil edir. -Müqavilənin 2.3.1-ci bəndindən görünür ki, alıcının cəmiyyətdən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin vaxtında icrasını tələb etmək hüququ vardır. -Müqavilənin 3-cü bəndindən görünür ki, bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 600 manat olmaqla, müqavilənin qiyməti cəmi 18720 manat müəyyən edilmişdir. Alıcı müqavilə qiymətindən 4890 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 13830 manatlıq məbləği 24 ay müddətinə ödəniş etməyi və kredit məbləğinin 1%-i məbləğində (0.00 manat) komisyon xərcini müqavilə bağlandığı gün ödəməyi qəbul etmişdir. Müqavilədən irəli gələn hüquq və vəzifələrin kredit müqaviləsi ilə bağlı AAAF İnşaat MMC-nin müvafiq yazılı razılığı olduğu halda 3-cü şəxslərə ötürülməsi zamanı (ilkin olaraq qeyd olunan şəxsin təhlili AAAF-İnşaat MMC tərəfindən aparılmalıdır), alıcı müqavilənin 3.1. maddəsində razılaşdırılmış məbləğin 2% həcmində minimum 2000 manat olmaqla xidmət haqqı ödəyəcək. Müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında alıcı müqavilənin 3.1. maddəsində razılaşdırılmış məbləğin 2%-i həcmində minimum 1000 manat olmaqla Cəmiyyətə dəbbə pulu ödəyəcəkdir. -Müqavilələrin 2.2.4-cü bəndindən görünür ki, cəmiyyət mənzil üzrə öz seçiminə görə aşağıdakı işləri həyata keçirəcək: mənzilin giriş hissəsinə qədər kommunal (içməli və tullatın suları, elektrik) xətləri çəkilir, mənzilin bayır divarları ikiqat hörgü ilə hörülür, mənzilin daxili divarları (qonşular arası) bir qat hörgü ilə hörülür, plastik pəncərələrin qoyulması və şüşələnməsi təmin edilir, mənzil qazla təchiz olunur, liftlərin quraşdırılır. -AAAF-İnşaat MMC-nin 27.03.2021-ci il tarixli HŞ-205 saylı məktubundan görünür ki, İddiaçı ilə cəmiyyət arasında mənzil alqı-satqısına dair üç müqavilə mövcuddur. Bunlar 03.05.2017-ci il tarixində bağlanmış M-1642, M-1643 və M-1644 saylı müqavilələrdir. Bu müqavilələr üzrə İddiaçı təhvil veriləcək mənzillər hələ tam hazır deyildir. AAAF-İnşaat MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınmır və bağlanmış müqavilənin tələblərini icra edərək mənzili inşa edib təhvil verəcəkdir. İddiaçı ilə bağlanmış M-1642 və M-1643 saylı müqavilələr üzrə satılmış Xırdalan şəhəri, H.Əliyev prospekti 167, AAAF Park YM, 29 saylı küçə, bina 2-də yerləşən 70 və 71 saylı mənzillərin yerləşdiyi mərtəbə üzrə tikinti işləri bitsə də, bina tam təhvil verilməmişdir. Bununla bərabər, AAAF- İnşaat MMC müqavilə üzrə İddiaçı mənzilləri tikib təhvil verəcəkdir. 03.05.2017-ci il tarixli M-1642 saylı müqavilə üzrə 30250 manat və M-1643 saylı müqavilə üzrə 30650 manat pul məbləğləri ödənilmişdir. 03.05.2017-ci il tarixli M-1644 saylı müqavilə üzrə mənzilin ümumi dəyəri 18720 manat təşkil edir və həmin məbləğdən 15490 manat pul ödənilmişdir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə əsas maneə kimi bu gün bütün dünyada hakim olan Covid-19 virusunun səbəb olduğu pandemiya və bunun nəticəsində tətbiq olunan sərt karantin rejimidir. Qısa zaman ərzində mövcud vəziyyət dəyişəcək və hər şey əvvəlki vəziyyətinə geri dönəcəkdir. Bütün bunlara baxmayaraq AAAF-İnşaat MMC öhdəliklərinin icrası üçün bütün vasitələrdən istifadə etməkdədir və istifadə edir. -İddiaçı tərəfindən Cavabdehnə ünvanladığı 06.04.2021-ci il tarixli öhdəliyin icrasına dair pretenziyadan görünür ki, iddiaçı müqavilələr üzrə mənzillərin 10 gün ərzində ona təhvil verilməsini xahiş etmiş, əks təqdirdə, qanuna müvafiq qaydada məhkəməyə və müvafiq orqanlara müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış 03.05.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzili qiyməti 30250 manat olmaqla, 03.05.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzili qiyməti cəmi 30650 manat olmaqla, 03.05.2017-ci il tarixli M- 1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən isə, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli qiyməti 18720 manat olmaqla iddiaçıya satmış, iddiaçı 03.05.2017-ci il tarixli M-1642 saylı və 03.05.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqavilələrinə əsasən, mənzillərin dəyərini tam şəkildə ödəmiş, 03.05.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən isə, mənzili kredit yolu ilə əldə etmişdir. Alıcı tərəfindən 03.05.2017-ci il tarixli M-1642 saylı və 03.05.2017-ci il tarixli M-1643 saylı müqavilələr özrə öhdəlik tam şəkildə, 03.05.2017-ci il tarixli M-1644 saylı müqavilə üzrə isə qismən icra edilməsinə, həmçinin, iddiaçı tərəfindən mənzillərin təhvil verilməsinə dair pretenziya ilə müraciət edilməsinə baxmayaraq, satıcı tərəfindən mənzillərin təhvil verilməsi üzrə öhdəlik icra edilməmişdir. Hazırda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilələr üzrə mənzillərin təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia ərizəsini qismən qəbul edərək iddia tələblərini əldən çıxmış fayda istisna olmaqla, qalan hissələrdə qəbul etdiyini bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Mülki Məcəllənin: 6.1.5 maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1 maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1 maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən cavabdeh yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilələr üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində cavabdehin öhdəliyinə əməl etməməsi, mənzilləri iddiaçıya təhvil verməməsi müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə cavabdehin etirafını qanuni və əsaslı hesab edib qeyd edir ki, iddia ərizəsi qismən təmin edilməli, 03.05.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, 03.05.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil, 03.05.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli, müqavilənin 2.2.4-cü bəndində göstərilən işlərin görülməsi, qaz, su, elektrik təchizatının təmin edilməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitin yaradılmaqla iddiaçıya təhvil verilməsi, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsi cavabdehə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçı mənzili kirayə verəcəyi təqdirdə əldə çıxmış faydaya görə 10800 manat (12*(300*3) pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də həmin halları təsdiq edəcək mötəbər təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə iddia tələblərini bu hissədə əsassız hesab edib təmin etmir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 03.05.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, 03.05.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil və 03.05.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və həmin müqavilələrinin 2.2.4-cü bəndində göstərilən vəzifələrin icra edilməsi, qaz, su, elektrik təchizatının təmin edilməsi, binada yaşayış üçün zərurəti olan bütün şəraitin yaradılması, mənzillərin İddiaçı təhvil verilməsi, həmin mənzillərdə təmiri işlərinə başlamağa icazə verilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3467/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3467/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Maddi ziya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver