Məhkəmə qərarları › İş №2(012)-3471/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3471/2022

14.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3471/2022 14.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil2, İlk iddia ərizəsi üzrə Cavabdeh1, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı evə istifadə hüququ tanınmaqla azyaşlı uşağı ilə birlikdə evə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və qızı X9 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılması, həmçinin, digər Cavabdeh2 məxsus olan 1 ədəd xalça, 1 yataq dəsti (çarpayı, kamod, şkaf, 2 tumbuçka), 1 ədəd döşək, 2 ədəd yorğan, 6 ədəd yastıq, 1 ədəd ət maşını, 1 ədəd ütü, 1 ədəd ütü masası, 1 ədəd su qrafinkası və onun 6 ədəd stəkanı, 1 ədəd vaza, 6 ədəd kasa və 6 ədəd qaşıq, 3 ədəd qənddan, 12 ədəd şüşə stəkan, 12 ədəd nəlbəki, 1 ədəd kofe dəsti, 1 ədəd çay dəsti, 12 ədəd duz qabı, 12 ədəd bakal, 6 ədəd razetka, 2 ədəd yağ qabı və 2 ədəd yataq örtüyü dəsti və 1 ədəd adyaldan ibarət olan əşyaların həmin evdən çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 öz növbəsində, cavabdeh İddiaçı qarşı evə istifadə hüququ tanınmaqla azyaşlı uşağı ilə birlikdə evə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, gəlin köçüb yaşadığı və evin mülkiyyətçisi ilə birgə təsərrüfat apardığı ünvan 1 ünvanında yerləşən evə istifadə hüququnun tanınması və azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X16 ilə birlikdə həmin evə köçürülmələri və 100 manat dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı Cavabdeh1 İddiaçı məxsus olan ünvan 2 ünvanında olan evdə qeydiyyatdadır. Cavabdeh1 evləndikdən sonra həyat yoldaşı Cavabdeh2 ilə birlikdə iddiaçıya məxsus olan evdə yaşamağa başlamış və birgə nikah münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X16 anadan olmuşdur. Son altı aydır ki, Cavabdeh2 evi tərk etmiş, hazırda, Sabirabad rayonu, Muradbəyli kəndində yerləşən ata evində yaşayır. Lakin ona məxsus olan cehiz əşyaları evdə qalmışdır. Həmin əşyalar 1 ədəd xalça, 1 yataq dəsti (çarpayı, kamod, şkaf, 2 tumbuçka), 1 ədəd döşək, 2 ədəd yorğan, 6 ədəd yastıq, 1 ədəd ət maşını, 1 ədəd ütü, 1 ədəd ütü masası, 1 ədəd su qrafinkası və onun 6 ədəd stəkanı, 1 ədəd vaza, 6 ədəd kasa və 6 ədəd qaşığı, 3 ədəd qənddan, 12 ədəd şüşə stəkan, 12 ədəd nəlbəki, 1 ədəd kofe dəsti, 1 ədəd çay dəsti, 12 ədəd duz qabı, 12 ədəd bakal, 6 ədəd razetka, 2 ədəd yağ qabı və 2 ədəd yataq örtüyü dəsti və 1 ədəd adyaldan ibarətdir. İddiaçı qardaşına və onun ailə üzvlərinə dəfələrlə evdən çıxmalarını xahiş etsə də, qanunsuz olaraq həmin evdə yaşamağa davam etmiş və əşyalarını evdən çıxarmamışlar. İddiaçı həmin evi 2006-cı ildə əldə etmiş, həmin əmlak üzərində iddiaçının mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. Qardaşı Cavabdeh1 təxminən 2009-cu ildə həmin evə qeydiyyata düşmüş və həmin evdə qeydiyyatı formal xarakter daşıyır. Göründüyü kimi, qardaşının da həmin evdən istifadə hüququ olmamışdır. Qardaşı onun ailə üzvü hesab edilə bilməz. Ona görə də göstərilənlərə əsasən, ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı öz iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, qardaşı Cavabdeh1 nikaha daxil olandan sonra yaşamağa yerləri olmadığından o, qardaşının ailəsi ilə birlkdə ona məxsus olan evdə yaşamalarına icazə vermişdir. Lakin cavabdehlər onu yola vermədiyindən o, cavabdehlərin ona məxsus olan evdən çıxmalarını tələb edir. Nəticə etibarı ilə o, xəstəlik tapmış, sağlamlığında müəyyən problemləri yaranmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 özü könüllü şəkildə evdən getmişdir. Cavabdeh onun öz atasına bayramı qeyd etmək üçün getdiyini demişdir, atası gəlininə, yəni cavabdehə zəng edərək gələcəyini soruşmuş, cavabdeh isə atasına ev alınmayacağı təqdirdə gəlməyəcəyini bildirmişdir. Halbuki, onlar özləri kasıb adamdır, onun atası təqaüdçüdür, o, özü isə rəsmi şəkildə heç bir yerdə işləmir. Cavabdeh onun qardaşına qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə iclası Sabirabad rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə olacaqdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində cehiz əmlaklarının sayını çox göstərmişdir. Onun evi 5 otaqlı olmaqla cavabdeh onun öz həyat yoldaşına da məxsus olan əmlakları qeyd etmişdir. Halbuki, cavabdeh onun evində bir otaqda qalmaqla həmin otaqdakı əşyalarını qeyd etmiş, əlavə hər hansı bir əşyaları yoxdur. Televizor, iki ədəd soyuducu, 4 ədəd xalça əşyaları isə onun öz pulu hesabına alınmış, ona məxsusdur və sənədləri də mövcuddur. O, cavabdehə bir metrlik pəncərə veribsə beş metrlik pərdənin olması mümkün deyildir. Onun evində atası, anası və yoldaşı olub. Cavabdeh nə gətiribsə özünə məxsus əşyalarını gətirmişdir. Cavabdeh onun evini tərk edəndən sonra hər hansı bir problem olmamışdır. Cavabdeh onu 6 dəfə polisə şikayət etmişdir ki, guya fiziki təzyiq irəli sürülmüş, döyülmə hadisəsi olmuşdur. Cavabdehin şikayət etməsinin başlıca səbəbi ev mübahisəsidir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili Vəkil2 iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh2 mübahisəli fərdi yaşayış evinə istifadə hüququ yoxdur. Belə ki, cavabdehin həmin mənzilə köçürülmə mübahisəsi ilə bağlı Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh evi tərk etmiş, eyni zamanda, iddiaçının ailə üzvü hesab edilmir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əmlaklar düzgün sayda və miqdarda qeyd edilməmişdir. Belə ki, Cavabdeh2 bildirmişdir ki, o, İddiaçı qardaşı Cavabdeh1 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X16 anadan olmuşdur. Toy etdikdən sonra İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş və gəlin köçərkən aşağıdakı cehiz əmlaklarını həmin evə gətirmiş, 6 il həmin evdə İddiaçı, əri və uşağı ilə birlikdə yaşamış, birgə təsərrüfat aparmışlar. İddiaçı özünə məxsus evə qardaşı və onun ailəsinin köçüb yaşamasına etiraz etməmişdir. Lakin son aylar aralarında narazılıqlar yarandığından və bu hal mütəmadi dözülməz həddə çatdığından məcbur qalıb azyaşlı övladı Zəhra Quliyevanı da götürüb atası X2 məxsus Sabirabad rayonu Muradbəyli kəndində yerləşən fərdi yaşayış evinə yerləşmişdir. Həmin ev 1 mərtəbəli, 3 otaqdan ibarət olmaqla, ümumi sahəsi 144 kv.m təşkil edir və həmin evdə onun atası Şikarulla, anası Balacaxanım, qardaşı Emin, bacısı Vüsalə və onun qızı Türkanə bundan əlavə, özü və azyaşlı qızı hal-hazırda yaşayırlar. Göründüyü kimi, atasına məxsus 3 otaqlı evdə 7 nəfər ailə üzvü yaşayır ki, başqa yaşayış yeri olmadığından öz azyaşlı uşağı ilə müvəqqəti olaraq həmin evdə yaşamağa məcburdur. Cavabdeh2 və ailəsinə qarşı 2022-ci ilin əvvəlindən İddiaçı dözülməz münasibət göstərmiş, onların evdən çıxmasını təkidlə tələb etmiş, əgər çıxmazlarsa, onları öldürəcəyi ilə hədələmiş və mütəmadi olaraq bu barədə mübahisələr edərək, dava-dalaş salmışdır. Bu barədə o, müxtəlif orqanlara və vəzifəli şəxslərə qaynı İddiaçı qanunsuz əməlləri barədə şikayətlər etmişdir. İlk əvvəllər həyat yoldaşı 2-ci qrup əlil Cavabdeh1 ona dəstək olaraq qardaşı İddiaçı qarşı həmin evə istifadə hüququnun tanınması barədə Abşeron rayon Məhkəməsində iddia qaldırsa da, sonradan öyrədildikdən sonra, iddia ərizəsini geri götürmüşdür. Nəticədə, cavabdehlərin ailə nikah münasibətləri müdaxilələr səbəbindən pisləşmişdir. Bu səbəbdən də, Cavabdeh2 evdən azyaşlı qızı ilə birlikdə çıxmağa və ata evinə getməyə məcbur qalmışdır. Gedərkən toy zamanı ona hədiyyə olunmuş qızıl-zinət əşyaları və cehiz əmlakları həmin evdə qalmışdır. Dava-dalaş səbəbindən evdən çıxdığı gün Cavabdeh2 özü ilə heç nə götürə bilməmiş, səbəb isə buna imkan verilməməsi olmuşdur. İddiaçı qərəzlilik səbəbindənmi, yoxsa başqa səbəblərdənmi iddia ərizəsində onun cehiz əmlaklarını düzgün sayda və miqdarda qeyd etməmişdir. İddia ərizəsində göstərilmiş cehiz əşyalar onun əşyalarıdır və təsdiq edir, lakin sayı çox azaldılıb. Belə ki, mübahisəli evə gəlin köçərkən Cavabdeh2 aşağıdakı sayda, miqdarda cehiz əmlaklarını gətirmişdir: 04 ədəd 2x3 kv.m ölçüdə xalça, 01 ədəd yataq dəsti (çarpayı, kamod, şkaf, 2 tumbuçka) (düzgün yazılmışdır), 02 ədəd döşək, 02 ədəd yorğan (düzgün yazılmışdır), 07 ədəd yastıq, 01 ədəd ət maşını (düzgün yazılmışdır), 01 ədəd ütü (düzgün yazılmışdır), 01 ədəd ütü masası (düzgün yazılmışdır), 01 ədəd su qrafinkası (düzgün yazılmışdır), 24 ədəd xrustal stəkan, 06 ədəd xrustal vaza, 12 ədəd kasa, 24 ədəd qaşıq, çəngəl, bıçaq, 06 ədəd qəndqabı, 24 ədəd stəkan və nəlbəki, 01 ədəd kofe dəsti (düzgün yazılmışdır), 01 ədəd çay dəsti (düzgün yazılmışdır), 24 ədəd duz qabı, 24 ədəd xrustal bokal, 12 ədəd razetka, 04 ədəd yağ qabı, 02 ədəd yataq örtüyü dəsti, 02 ədəd adyal. Yazılmayan cehiz əmlaklar isə aşağıdakılardır: 24 ədəd əl-üz dəsmalı, 10 ədəd hamam dəsmalı, 06 ədəd yataq dəsti, 24 ədəd çay dəsmalı, 08 ədəd süfrə, 01 ədəd stol və 06 stul, 01 ədəd gümüşü rəngli soyuducu, 01 ədəd plazma televizor, 01 ədəd qırmızı rəngli elektrik sobası, 03 ədəd çuqun qazan dəsti, 03 ədəd çaydan və 03 ədəd çaynik, 1 ədəd qırmızı rəngli tozsoran, 01 ədəd lüstur (çilçıraq), bir pəncərəlik 05 metrlik pərdə, 03 ədəd xrustal güldan, 02 ədəd nalça, 01 ədəd uşaq yorğanı, 01 ədəd çarpayı. Ona görə də ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 nikaha daxil olduqdan sonra iddiaçıya məxsus olan evə gəlin köçərək cehiz əşyalarını həmin evə gətirmişdir. Bir il altı ay müddətində tərəflər birgə təsərrüfat apararaq ailə kimi yaşamışlar. Sonradan tərəflər arasında baş vermiş narazılıqlardan dolayı tərəflərin ailə nikah münasibətləri pisləşmişdir. Cavabdeh1 və yoldaşı kasıb olduqlarından cavabdeh evə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iki qardaş arasında münasibətlər düzəldiyindən cavabdeh öz həyat yoldaşına qarşı əks davranmağa başlamış, nəticədə, hüquqlarını müdafiə etdiyi şəxs məcburiyyət qarşısında qalaraq azyaşlı uşağı ilə birlikdə evi tərk etmiş və atası evinə getmişdir. O, ilkin iddia ərizəsində qeyd olunmuş əşyaların mövcud olduğunu təsdiq edir, lakin bununla belə, əlavə olunmalı olan əşyaların da mövcud olduğunu bildirir. Belə ki, cavabdeh nikaha daxil olan gəlin üçün lazımi olan cehiz əşyalarını gətirmişdir ki, həmin əşyaların adları da qarşılıqlı iddia ərizəsində tam olaraq qeyd olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh2 özü könüllü şəkildə evi tərk etmişdir. O, qardaşına məxsus olan evdən çıxmağa razıdır və bu barədə hər hansı bir məcburiyyət yoxdur. İddiaçının iddia ərizəsində qeyd olunmuş cehiz əşyaları Cavabdeh2 məxsusdur. Cavabdeh tərəfindən qeyd olunmuş əşyalardan savayı, hər hansı bir əşyalar gətirilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd olunmuş əşyaları gətirməmiş, tozsoranı isə o, özü almışdır. Cavabdeh kasıb ailənin övladı olmuş, bu səbəbdən də, əlavə cehiz əşyaları gətirməmişdir. Soyuducunu qardaşı kreditlə almış, pulunu isə o, özü ödəmişdir. Cavabdeh evdən gedərkən ona gələcəyini bildirmişdir. Lakin həmin vaxtdan evə gəlməmiş, təxminən 9 ay müddətdir ki, o, öz uşağını görmür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X8 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 136 saylı fərdi yaşayış evini alıcıya 43120 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllədə yerləşən 2 mərtəbəli 4 otaqlı 136A saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 8 saylı reyestr kitabının 102 saylı vərəqində **********75-10301 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİ № 163157 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 324 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 228452 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 20 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh1, anası Cavabdeh2dır. -Sabirabad rayonu Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 245 saylı arayışdan görünür ki, Quliyeva X3 rayonu Qasımbəyli kəndində qeydiyyatda olmasına baxmayaraq 2016-cı ildən Abşeron rayonu Xırdalan qəsəbəsində yaşamışdır. 2022-ci ilin yanvar ayından Sabirabad rayonu Qasımbəyli kənd sakini atası X2 məxsus 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 144 kv.m olan evdə atası, anası X5, qardaşı X11, övladı X16, bacısı X7, bacısının qızı X12 ilə birlikdə yaşayır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, xx.xx.2018-ci il təvəllüdlü X1 rayonu Xırdalan şəhəri məhəllə 25, 136A saylı evdə qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quliyev X10 rayonu Xırdalan şəhəri məhəllə 25, 136A saylı evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Quliyeva X3 rayonu Muradbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatı, eyni zamanda, tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 ilə Quliyeva (Dadaşova) Ruqiyyə Şikarulla qızı xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra Cavabdeh2 İddiaçı məxsus olan Abşeron rayonu Xırdalan şəhəri 25ci məhəllə 136A ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Cavabdehlər və iddiaçı bir ailə kimi sözügedən evdə birgə təsərrüfat apardıqdan sonra cavabdehlər arasında ailə nikah münasibətləri pozulmuş və Cavabdeh2 azyaşlı qızı X16 ilə birlikdə evi tərk edərək Sabirabad rayonu Qasımbəyli kəndində yerləşən atasına məxsus olan evə getmişdir. Hazırda, İddiaçı qardaşı Cavabdeh1 Xöşqəməd oğlunun onun azyaşlı qızı ilə birlikdə ona məxsus mülkiyyətində olan evdən çıxarılması, digər Cavabdeh2 məxsus olan cehiz əşyalarının həmin evdən çıxarılması tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 isə onun sözügedən evə istifadə hüququ tanınmaqla azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələri ilə bağı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında, həmçinin, müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı çıxarış əsasında Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 136A saylı fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 8 saylı reyestr kitabının 102 saylı vərəqində **********75-10301 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Belə ki, Mülki Məcəllənin 139-1.1.3.-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə də, İddiaçı mübahisəli fərdi yaşayış evi üzərində rəsmi dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququnun olması hazırki mülki işin mübahisələndirilməyən tərəfidir. İddiaçı iddia ərizəsindən göründüyü kimi, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evindən cavabdeh qardaşı Cavabdeh1 və onun azyaşlı qızı X9 çıxarılmasını istəmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi, qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, istər daxili qanunvericilikdə, istərsə də insan hüquq və azadlıqlarına dair beynəlxalqhüquqi aktlarda nasnİ˝) hüquqları haqqında Ümumi Bəyannamə˝nin 17-ci maddəsi, iklüM˝ və siyası hüquqlar haqqında Beynəlxalq Pakt˝ın 14-cü maddəsi və s.) əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iclasında Cavabdeh1 iddiaçı qardaşı İddiaçı məxsus olan fərdi yaşayış evindən çıxmağa razı olduğunu bildirmişdir. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında cavabdehin etirafını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənətinə gəlir. Məhkəmə həmçinin, qeyd edir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, bununla yanaşı, Cavabdeh1 fərdi yaşayış evindən çıxmağa dair razılığı olduğundan iddia ərizəsi Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 136A saylı fərdi yaşayış evindən çıxarılmasına dair hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə İddiaçı xx.xx.2018-ci il təvəllüdlü qardaşı qızı X9 da fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbi ilə bağlı qeyd edir ki, mülki iş üzrə tərəflərin izahatı əsasında Cavabdeh2 azyaşlı qızını da götürərək evi tərk etdiyi müəyyən olunmuş və mülki iş materiallarına əlavə olunmuş Sabirabad rayonu Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 245 saylı arayış əsasında cavabdehin azyaşlı qızı ilə birlikdə Sabirabad rayonu Qasımbəyli kəndində yerləşən atasına məxsus evdə məskunlaşdığı təsdiq olunmuşdur. Beləliklə də, hazırda, azyaşlı uşağın iddiaçıya məxsus olan mənzildə yaşamaması öz təsdiqini tapdığından, fərdi yaşayış evində yaşamayan azyaşlının evdən çıxarılması tələbi təmin edilə bilməz. Bu səbəbdən də ilkin iddia tələbi bu hissədə əsaslı deyildir, ona görə də təmin edilmir. Məhkəmə İddiaçı Cavabdeh2 məxsus olan və onun evinə yerləşdirilmiş cehiz əşyalarının çıxarılması ilə bağlı qeyd edir ki, tərəflərin izahatı, eyni zamanda, qarşılıqlı iddia ərizəsində ilkin iddiada qeyd olunmuş cehiz əşyalarının həqiqətən də cavabdehə məxsus olması öz təsdiqini tapdığından iddia tələbləri cavabdehə məxsus cehiz əşyalarının Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 136A saylı fərdi yaşayış evindən çıxarılması hissəsində də əsaslı sayılmaqla təmin edilir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 136A saylı fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla azyaşlı qızı ilə birlikdə həmin mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin: 228.1. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Qanunun və Plenum Qərarının hüquqi mövqeyindən göründüyü kimi, mənzilin mülkiyyətçisi ilə həmin fərdi yaşayış evində yaşamış Cavabdeh2 mübahisəli fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla həmin ünvana azyaşlı uşağı ilə birlikdə köçürülməsi fərdi yaşayış evinin mülkiyyətçisinin yazılı razılığı ilə mümkündür. Tərəflər arasında fərdi yaşayış evinə köçürülmə ilə bağlı yazılı razılıq olmadığından qarşılıqlı iddia ərizəsi əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və mülki iş üzrə tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılmalı, digər Cavabdeh2 məxsus olan 1 ədəd xalça, 1 yataq dəsti (çarpayı, kamod, şkaf, 2 tumbuçka), 1 ədəd döşək, 2 ədəd yorğan, 6 ədəd yastıq, 1 ədəd ət maşını, 1 ədəd ütü, 1 ədəd ütü masası, 1 ədəd su qrafinkası və onun 6 ədəd stəkanı, 1 ədəd vaza, 6 ədəd kasa və 6 ədəd qaşıq, 3 ədəd qənddan, 12 ədəd şüşə stəkan, 12 ədəd nəlbəki, 1 ədəd kofe dəsti, 1 ədəd çay dəsti, 12 ədəd duz qabı, 12 ədəd bakal, 6 ədəd razetka, 2 ədəd yağ qabı, 2 ədəd yataq örtüyü dəsti və 1 ədəd adyaldan ibarət olan əşyalar ünvan 1 ünvanında yerləşən evdən çıxarılmalı, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı evə istifadə hüququ tanınmaqla azyaşlı uşağı ilə birlikdə evə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia ərizəsi isə təmin edilmədiyindən həmin tələb üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılsın. Cavabdeh2 məxsus olan 1 ədəd xalça, 1 yataq dəsti (çarpayı, kamod, şkaf, 2 tumbuçka), 1 ədəd döşək, 2 ədəd yorğan, 6 ədəd yastıq, 1 ədəd ət maşını, 1 ədəd ütü, 1 ədəd ütü masası, 1 ədəd su qrafinkası və onun 6 ədəd stəkanı, 1 ədəd vaza, 6 ədəd kasa və 6 ədəd qaşıq, 3 ədəd qənddan, 12 ədəd şüşə stəkan, 12 ədəd nəlbəki, 1 ədəd kofe dəsti, 1 ədəd çay dəsti, 12 ədəd duz qabı, 12 ədəd bakal, 6 ədəd razetka, 2 ədəd yağ qabı, 2 ədəd yataq örtüyü dəsti və 1 ədəd adyaldan ibarət olan əşyalar ünvan 1 ünvanında yerləşən evdən çıxarılsın. Cavabdehlər İddiaçı Xöşqədəm oğlundan və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı evə istifadə hüququ tanınmaqla azyaşlı uşağı ilə birlikdə evə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver