Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3475/2020 29.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 xx.xx.2007-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum oğlu X3 xx.xx.2007ci il tarixdə Mehdiabad qəsəbəsində yaşadıqları evin həyətində özünü asaraq intihar etmişdir. Oğlunun intihar etməsi faktına görə xx.xx.2007-ci il tarixdə Abşeron rayon prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 125-ci maddəsi ilə 6533 saylı cinayət işi başlanaraq istintaq aparılmış və xx.xx.2007-ci il tarixdə baş vermiş hadsədə cinayət hadisəsi müəyyən edilməməsi səbəbindən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. X5 qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Bunu şahidlər də təsdiq edə bilərlər. Oğlu intihar etdikdən sonra oğlunun bu cür dünyasını dəyişməməsinin təsirindən pis olaraq oğlu üçün Məhkəmə tibbi ekspertizasının keçirilməsinə etiraz etmişlər və qeydiyyat şöbəsindən bu günə kimi mərhum oğluna ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda oğlunun ölüm haqqında şəhadətnaməsi onların ailəsinə məxsus evlə bağlı mübahisənin həlli və digər sənədlərin bərpası üçün lazımdır. O, oğlunun ölüm faktı üzrə rayon prokrorluğunda araşdırma aparılıbaparılmamasını öyrənmək məqsədi ilə Abşeron rayon prokurorluğuna rəsmi ərizə ilə müraciət edərək müvafiq cavab almamışdır. Bundan başqa oğlu Şakirin ölüm haqqında şəhadətnaməsini almaq üçün o, şifahi olaraq Maraqlı şəxsnə müraciət etmişdir. Ona ordan şifahi olaraq bildirildi ki, ölüm haqqında şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan 315696 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxx 1995-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan Abşeron rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 025353 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X2 ilə Ərizəçi arasında olan nikah xx xxxxxxx 1999-cu il tarixində 51 №-li qeyd ilə ləğv edilmişdir. İş materiallarında olan Abşeron Rayon Prokrorluğu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X1 xx.xx.2007-ci il tarixdə Mehdiabad qəsəbəsində yaşadığı evin həyətində özünü asaraq intihar etməsi faktına görə xx.xx.2007-ci il tarixdə rayon prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 125-ci maddəsi ilə 6533 saylı cinayət işi başlanaraq istintaq aparılmış və xx.xx.2007-ci il tarixdə baş vermiş hadisədə cinayət hadisəsi müəyyən edilməməsi səbəbindən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan TƏBİB-in Abşeron rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdən əldə edilmiş 1703 saylı, xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ş.Suncluyevin ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etməməsinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5ci bəndinə uyğun olaraq ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməli, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 28 №-li arayışdan görünür ki, həqiqətən də mərhum Sunçelyev (Balacayev) Şakir Nail oğlu xx.xx.2007-ci il tarixdə Mehdiabad qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx xxx 1995-ci il təvəllüdlü X1 xx.xx.2007-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxx 1995-ci il təvəllüdlü X1 xx.xx.2007-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3475/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3475/2020
29.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver