Məhkəmə qərarları › İş №2(012)-3530/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3530/2021

21.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3530/2021 21.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdehnə qarşı «torpaq sahəsinin koordinatlarının cavabdeh tərəfindən müəyyən olunması və naturada mülkiyyətə verilməsi» barədə ərizəsini və ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək МÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət aktı qeydiyyat kitabında 3376 nömrə ilə qeydiyyata alınıb, 26 may 2006-cı il tarixli JN 3153, KOD 30600027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən və mülkiyyətində olan 0,24 ha torpaq sahəsinin koordinatları Cavabdeh tərəfindən müəyyən olunub, naturada onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini və mülkiyyətində olan 0,24 ha torpaq sahəsinin koordinatlarının müəyyən olunması ilə bağlı məhkəmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Cavabdeh tərəfindən İddiaçı müraciətinə imtina ünvanlanmamış, lakin bildirişlə cavab verilmiş və göstərilmişdir ki, aparılan araşdırma zamanı, sözügedən torpaq sahəsinin 10 dekabr 2013-cü il tarixli **********95, 23 avqust 2016-c il tarixli **********03, 16 aprel 2015-ci il tarixli**********04, 12 dekabr 2013-cü il tarixli **********87, 12 dekabr 2013-cü il tarixli **********86 və 07 dekabr 2013-cü il tarixli **********91 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla digər şəxslərin mülkiyyətində olması müəyyən edilmişdir. Elektron kadastr bazasının yaradılması zamanı buraxılmış texniki səhvlərin və digər çatışmazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən aparılan torpaqların elektron uçotu işləri yekunlaşdırıldıqdan sonra əksər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin müraciətlərinə o, cümlədən İddiaçı müraciətinə yenidən baxılacaqdır. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №-li qərarının 31.1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqandır. Ona görə də məhkəmə hesab edir ki, ərizəyə ilkin olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq qurumu tərəfindən baxılmalı, baxılmanın nəticəsindən asılı olaraq iddiaçı inzibati qaydada yuxarı orqana və ya Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ərazi vahidi üzrə inzibati məhkəməyə müraciət etməlidir. Azərbayсan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslanmış qərar çıxarır, işə məhkəmə qaydasında baxılmalı deyildirsə iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardad ərizəyə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı «torpaq sahəsinin koordinatlarının cavabdeh tərəfindən müəyyən olunması və naturada mülkiyyətə verilməsi» barədə ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. İddiaçıya ərizə ilə bağlı inzibati qaydada yuxarı orqana və ya Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin imtinasından ərazi vahidi üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar