Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3575/2020 20.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X1 və Abdullayev Cavabdeh2çə qarşı “miras əmlakının qəbul edilməsi və mirasda payların müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1 və Abdullayev Cavabdeh2çə qarşı “miras əmlakının qəbul edilməsi və mirasda payların müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlər X2 və Abdullayev Cavabdeh2ç məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər X2 və Abdullayev Cavabdeh2ç isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlərlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1 və Abdullayev Cavabdeh2çə qarşı “miras əmlakının qəbul edilməsi və mirasda payların müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3575/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3575/2020
20.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Torpaq mübahisələri - Mənzil mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver