Məhkəmə qərarları › İş №2(012)-3575/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3575/2021

26.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3575/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı X6 və onun nümayəndəsi-vəkili X1, İddiaçı1 və Cavabdeh iştirakı ilə, İddiaçılar X6 və İddiaçı1 Cavabdeh qarşı “torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və cavabdehin iddiaçılara qarşı torpaq sahəsinə olan tələbi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X11 və İddiaçı1 Cavabdeh qarşı “torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və cavabdehin iddiaçılara qarşı torpaq sahəsinə olan tələbi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətlərində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan cəmi 0,13 ha torpaq sahəsi ilə Cavabdeh məxsus olan hal-hazırkı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, hal-hazırda Cavabdeh və digər şəxslərə iddiaçılara məxsus torpaq sahəsinə olan tələbi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində İddiaçı2 0.09 ha və İddiaçı1 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçirilməklə mülkiyyətlərinə keçmişdir. İddiaçı2 həmin torpaq sahəsinin notarial alqı-satqı etməklə 28 noyabr 2008-ci il tarixli və 02 mart 2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən öz adına özəlləşdirmiş və həmin müqaviləyə əsasən mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyatdan keçmişdir. İddiaçı1 həmin torpaq sahəsini 20 aprel 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən öz adına özəlləşdirmiş və həmin müqaviləyə əsasən mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyatdan keçmişdir. İddiaçılar qohumdurlar. Bütün torpaq sahəsi, o cümlədən İddiaçı1 də məxsus torpaq sahəsi onun razılığı ilə faktiki olaraq İddiaçı2 istifadəsində və sərəncamındadır.Cavabdeh məxsus torpaq sahəsi iddiaçılara məxsus torpaq sahəsi ilə qonşu torpaq sahəsidir. Cavabdeh 2014-cü ildə iddiaçıları cavabdeh qismində məhkəməyə verərək ona və digərlərinə məxsus torpaq sahəsinin 0,075 ha hissəsinin zəbt edilməsi və həmin torpaq sahəsinin ona qaytarılması tələbi ilə iddia irəli sürmüş və hüquqi savadsızlıqlarından istifadə edərək iddiaçıları aldadaraq həmin torpaq sahəsinin onun mülkiyyəti olmasına inandıraraq məhkəmə zamanı aparılmış səthi araşdırmadan sonra iddiası təmin olunmuşdur. Bundan sonra,Cavabdeh həmin torpaq sahəsinə görə 3500 manat pul verməklə aralarında olan şifahi razılaşmaya əsasən ondan həmin torpaq sahəsini almışlar. Lakin, cavabdeh yenə də ona məxsus torpaq sahəsini zəbt etməkdə davam etdiklərini tələb etməklə onların mülkiyyət hüquqlarını pozmaqda davam edir. Əsassız olaraq 2(012)-2141/2014-cü il tarixli məhkəmə qətnaməsinin icrasını aradan uzun illər keçdikdən sonra tələb etməyə başlamışdır. Halbuki, həmin qətnamə icra olunmuş və aralarında torpaq sahəsi ilə bağlı hər hansı mübahisə qalmamışdır. Lakin, cavabdehin sonradan yenidən guya ona məxsus torpaq sahəsini zəbt etdiklərini tələb etdiyindən iddiaçılar dəfələrlə mütəxəssisləri dəvət edərək ərazinin ölçülməsini xahiş etmişlər. Həmin ölçülər zamanı torpaq sahəsinin iddiaçılara məxsus olmasını təsdiq etmişlər. Hazırki torpaq mübahisəsi üzrə torpaq sahələri, yəni cavabdehin ona məxsus olmasını iddia etdiyi torpaq sahəsi iddiaçılara məxsus torpaq sahəsi ilə bir-birindən müxtəlif fərqli ərazilərdə yerləşir. Həmin ərazilər bir-birində fərqli ərazidə yerləşdiyindən sərhədlərin dəqiq müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilməli və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X4 iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında digər İddiaçı1 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, sözügedən mübahisəli ərazidə 1989-cu il tarixdə torpaq sahəsi almışdır. İddiaçılar X11 və İddiaçı1 ona məxsus həmin torpaq sahəsindən 0,04 ha hissəsini zəbt etmişlər. Zəbt etdikləri torpaq sahəsinin 0,01 ha hissəsinə görə ona 3500 manat məbləğindən pul vermişlər. Qalan 0,03 ha torpaq sahəsinin isə hasarını çəkiblər. Göstərilənlərə əsasən iddiaçıların iddiası əsassız olduğundan iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 28 noyabr 2008-ci il tarixli, 4Ə/14-2751 №li torpaq alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı X9 özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.04 ha torpaq sahəsini 4600 manat müqabilində alıcı İddiaçı2 satmışdır. Mülki işin materiallarından olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının 18 fevral 2010-cu il tarixli 096 nömrəli İddiaçı2 məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə sərəncamının surətindən görünür ki, İddiaçı2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* saylı çıxarışı ilə Saray qəsəbəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Mülki işin materiallarında olan 20 aprel 2013-cü il tarixli, AN-İ seriyalı, ******* №-li torpaq alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı X2 özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsindən 0.04 ha hissəsini 5400 manat müqabilində alıcı İddiaçı1 satmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 25.04.2013-cü il tarixdə tərtib edilmiş AA 051242 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, 20.04.2013-cü il tarixli 4Ə/1490 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********80 reyestr nömrəli 0.04 ha torpaq sahəsinə dair İddiaçı1 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.04 ha torpaq sahəsi 07.05.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 389 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.05 ha torpaq sahəsi 05.02.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan 02 mart 2020-ci il tarixli, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı X12 özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.05 ha torpaq sahəsini 14000 manat müqabilində alıcı İddiaçı2 satmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 29.03.2020-ci il tarixdə tərtib edilmiş A 494139 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, 4ə-585, 02.03.2020-ci il tarixli alqısatqı müqaviləsi, ********** nömrəli, 03.12.2008-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əsasından Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********74 reyestr nömrəli 0.09 ha torpaq sahəsinə dair İddiaçı2 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.09 ha torpaq sahəsi 30.03.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1081 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2014cü il tarixli, 2(012)-2141/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu Saray qəsəbəsində yerləşən və Cavabdeh və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,289 ha torpaq sahəsinin 0,075 ha hissəsi cavabdehlər İddiaçı2 və İddiaçı1 alınıb iddiaçı Cavabdeh qanuni sahibliyinə qaytarılması qət edilmişdir. Mülki işin materiallarında olan “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 iyun 2021-ci il tarixli, 238 saylı rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı2 mülkiyyətində olan 0.09 ha torpaq sahəsinin və İddiaçı1 mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 0.4296 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının üst-üstə düşməməsi, həmin torpaq sahələrinin bir-biri ilə həmsərhəddə (qonşuluqda) yerləşməsi müəyyən olunmuşdur. İddiaçı2 faktiki (naturada) istifadəsində olan 0,13 ha torpaq sahəsinin və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin Cavabdeh mülkiyyətində olan 0.4296 ha torpaq sahəsinin cənubunda, həmin torpaq sahəsindən 30,4 metr aralıda yerləşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannamə”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddəsinin mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir və qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Göründüyü kimi, həm qanunvericilik, həm beynəlxalq hüquq, həm də Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarından, proses iştirakçılarının mübahisəsiz izahatlarından və işin faktiki hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli, 2(012)-2141/2014 saylı qətnaməsi ilə Abşeron rayonu Saray qəsəbəsində yerləşən Cavabdeh və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,289 ha torpaq sahəsinin 0,075 ha hissəsinin cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən zəbt olunması sübut olunduğundan həmin sahə cavabdehlərdən alınıb iddiaçı Cavabdeh qanuni sahibliyinə qaytarılması qət edilmişdir.Həmin qətrnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Məhkəmə iclasında dindirilərkən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, sözügedən mübahisəli ərazidə 1989-cu il tarixdə torpaq sahəsi almışdır. İddiaçılar X11 və İddiaçı1 ona məxsus həmin torpaq sahəsindən 0,04 ha hissəsini zəbt etmişlər. Zəbt etdikləri torpaq sahəsinin 0,01 ha hissəsinə görə ona 3500 manat məbləğindən pul vermişlər. Qalan 0,03 ha torpaq sahəsinin isə hasarını çəkiblər. Qeyd edilənlərdən göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli, 2(012)-2141/2014 saylı qətnaməsi tam icra edilməmişdir.İddiaçılar torpaq onlara məxsus torpaq sahələrinin yerinin müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Hazırki mülki iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 isə hazırda onların mülkiyyətlərində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan cəmi 0,13 ha torpaq sahəsi ilə Cavabdeh məxsus olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, Cavabdeh və digər şəxslərə iddiaçılara məxsus torpaq sahəsinə olan tələbi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Lakin,tərəflərin izahatlarından və işin materiallarından göründüyü kimi tərəflər arasındakı torpaq sahəsi ilə bağlı hazırkı mübahisə iddiaçıların məhz hələ də tərəflər arasında olan Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli, 2(012)-2141/2014 saylı qətnaməsi ilə razılaşmamaları ilə bağlıdır.Halbu ki, MPM-nin 82.3.maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunvericliyin tələbinə əsasən qətnamənin icrası icra məmurunun səlahiyyətlərinə aid olduğundan və qətnamənin icrasının icra məmurundan tələb edilməli olduğu halda, hazırki mülki iş Cavabdeh isə hazırda Abşeron Rayon Məhkəməsinin qeyd olunan 16 sentyabr 2014-cü il tarixli qətnaməsinin icrasını qanunvericiliyin tələbinə əsasən icra məmurundan tələb etmək əvəzinə, hazırki mülki iş üzrə iddiaçılar X5 və İddiaçı1 tələb edir, onlar isə həmin torpaq sahəsini özününkü hesab edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.Qeyd edilənlərdən göründüyü kimi tərəflərə məxsus torpaq sahələri DƏDRX-də qeydə alınmaqla onların plan sxemləri mövcuddur, həmin torpaq sahələrinin üst-üstə düşmə halları mövcud deyil və bu barədə tərəflər arasında da mübahisə yoxdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı artıq məhkəmə mübahisəsi olmuş və buna hüquqi qiymət verilmişdir. Eyni zamanda iş materiallarında olan “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 iyun 2021-ci il tarixli rəyi ilə də tərəflərin torpaq sahələrinin sərhədləri müəyyən edilmiş, torpaq sahələrinin koordinatlarının üstüstə düşməməsi, torpaq sahələrinin bir-biri ilə qonşuluqda, 30,4 metr aralarıda yerləşməsi müəyyən edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıların mülkiyyətlərində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan cəmi 0,13 ha torpaq sahəsi ilə Cavabdeh məxsus olan hal-hazırkı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh və digər şəxslərə iddiaçılara məxsus torpaq sahəsinə olan tələbi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, işin yuxarıda müəyyən edilən hallarından görünür ki, Cavabdeh iddiaçılara qarşı torpaq sahəsi ilə bağlı hər hansı tələbi Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli, 2(012)-2141/2014 saylı qətnaməsinin icrasının tələbi ilə bağlıdır. Halbuki məhkəmə qətnaməsinin icrası icra məmurunun səlahiyyətinə aiddir və Cavabdeh məhkəmə qətnaməsinin icrasını icra məmurundan tələb edə bilər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 30.03.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1081 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində İddiaçı2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.09 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 07.05.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 389 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində İddiaçı1 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.04 ha torpaq sahəsinə dair Cavabdeh tələbi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, qeyd edilən iddia tələbləri üzrə dövlət rüsumu 10 manat təşkil edir. Lakin iş materiallarından görünür ki, iddiaçılar tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 20 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alıb, iddia qismən təmin edildiyindən buna müvafiq ödənilmiş dövlət rüsumuna görə pulun 5 manat hissəsi cavabdehdən alınıb iddiaçılara verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 30.03.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1081 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində İddiaçı2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.09 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 07.05.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 389 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində İddiaçı1 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.04 ha torpaq sahəsinə dair Cavabdeh tələbi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulsun. İddia digər hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu 5 manatı hissəsi Cavabdeh alınaraq iddiaçılar X10 və İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver