Məhkəmə qərarları › İş №2(012)-3684/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3684/2021

20.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3684/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh4 qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh4 qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ona məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbə, 3-cü blok, ümumi sahəsi 78,8 kv.m olan 28 saylı mənzildən çıxarılması, Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış 07 mart 2021-ci il tarixli, 708a saylı mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 ilə onun arasında bağlanmış müqavilələr üzrə öhdəliyin icra edilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyularaq, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbə, 3-cü blok, ümumi sahəsi 78,8 kv.m olan 28 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 31 avqust 2007-ci il tarixdə 192 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbəsində, ümumi sahəsi 78,8 kv.m olan, 3-cü blok 28 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzili bir pay kimi iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı mənzilin dəyərinə görə hər kv.metr üçün 426 manat olmaqla, cəmi 33.569 manat pulu tam ödəmişdir. İddiaçı müqavilə üzrə borcunu tam ödəyərək 25.08.2011-ci ildə maliyyə arayışı almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti işlərini dayandırmışdır. Sonradan 11 dekabr 2019-cu ildə 446 saylı müqavilə bağlanmışdır. Həmin müqavilədə qeyd edilir ki, Cavabdeh1 sədri X2 ilə iddiaçı arasında Azərbaycan Respublikasının mövcud qanunverciliyinə uyğun olaraq bu müqaviləni Cavabdeh1 ilə və ya varisi olduğu HAYAN-E» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvvələr bağlanmış müqavilənin əsasında yeni müqavilə bağlandı. Müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” əvvəlki müqaviləyə uyğun olaraq Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 78,8 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 28 nömrəli mənzili payçıya ayırmağı öhdəsinə götürmüşdür. İddiaçı borcumu tam şəkildə ödədiyindən ona maliyyə arayışı təqdim edilmişdir. 26.03.2021-ci ildə iddiaçı öz mənzilində təmir işlərinə başlamaq istəyərkən məlum olmuşdur ki, ona məxsus mənzil 07.03.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh4 adlı şəxsə satılmışdır. Cavabdeh4 da hazırda iddiaçıya məxsus mənzilə daxil olmuş və təmir işləri aparır. Cavabdeh1 ilə arasında müqavilə mövcud olmasına və borcunu tam şəkildə ödəyərək maliyyə arayışı almasına baxmayaraq, iddiaçıya məxsus mənzilin qanunsuz digər şəxsə satılması cinayətdir. İddiaçı dəfələrlə Cavabdeh1ndən mənzilini təhvil verməsini və həmin şəxsin ona məxsus mənzildən çıxarılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı daşınmaz mübahisəli əmlaka ilkin olaraq sahiblik və istifadə hüququ əldə etmiş, binanın tikilərək təhvil verilməsini gözləmiş ki, sərəncam hüququ da əldə etsin. Hazırda iddiaçıya məlum olmayan səbəbdən mənzili qanunsuz olaraq başqa şəxsə satılmışdır. Cavabdeh4 həmin mənzildə qanunsuz yaşamaqla mənzildən çıxmaq istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X3 izahatında bildirdi ki, həqiqətən də Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78,8 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət 28 nömrəli mənzilə dair Cavabdeh4 ilə mənzil tikintisi haqqında 07 mart 2021-ci il tarixli 708a saylı müqavilə bağlanmışdır. İddiaçı iddia tələbində qeyd etdiyi mənzillə Cavabdeh4 satılmış mənzilin müqavilələrdə mərtəbələri fərqli qeyd edilsə də, eyni mənzildir. İddiaçının qeyd edilən mübahisəli mənzili satmaq fikri olmuşdur. Buna əsasən Cavabdeh1 tərəfindən 2.000 manat da ödənilmişdir. Hazırki mübahisə tərəflər arasında həl edilməli idi. Ola bilər ki, ödənilmiş ödəniş tam təmin olunacaq və mənzillə bağlı mübahisə olmayacaq. Mənzillə bağlı Cavabdeh4 ilə bağlanan mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilib-edilməməsini məhkəmənin mülahizəsinə verdiyini, iddia tələbinin digər hissədə isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31.08.2007-ci il tarixli 192 №-li müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” İddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” Abşeron rayon İH başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbə, 3-cü blokunda yerləşən ümumi sahəsi 78,8 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət 28 №-li mənzili “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 426 manat təşkil edir və sahəsi 78,8 kv.m olan mənzil üçün cəmi 33.569 manat ödənilməlidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 avqust 2011-ci il tarixli,192 №-li maliyyə arayışının surətindən müəyyən edilir ki, Osmanov X4 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” saylı ünvanda inşa olunan yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 78,8 kv.m olan mənzilin dəyəri olan 33.569 manat MMC-yə ödəmişdir, heç bir borcu yoxdur. İş materiallarında olan 11.12.2019-cu il tarixli, 446 nömrəli mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” Cavabdeh1 ilə “Payçı” İddiaçı arasında Cavabdeh1 varisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvvəllər bağlanmış müqavilə əsasında yeni müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” əvvəlki müqaviləyə uyğun olaraq Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78,8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 28 №-li mənzili pay kimi “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 426 manat təşkil edir və sahəsi 78,8 kv.m olan mənzil üçün cəmi 33.569 manat ödənilməlidir. İş materiallarında olan Cavabdeh1 11 dekabr 2019-cu il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, Osmanov X4 rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsi, ev 1 “A” ünvanda inşa olunan 5 bloklu 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 78,8 kv.metr olan 2 otaqlı 28 saylı mənzilin dəyəri olan 33.569 manatı MTK-ya ödəmişdir, heç bir borcu yoxdur. İş materiallarında olan 07.03.2021-ci il tarixli, 708a nömrəli mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” Cavabdeh1 ilə “Payçı” Cavabdeh4 müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78,8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 28 №-li mənzili pay kimi “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 500 manat təşkil edir və sahəsi 78,8 kv.m olan mənzil üçün cəmi 39.400 manat ödənilməlidir. İş materiallarında olan Cavabdeh1 07 mart 2021-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, Cavabdeh4 ünvan 2 ünvanda inşa olunan 5 bloklu 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 6-ci mərtəbəsində yerləşən ümumi sahəsi 78,8 kv.metr olan 2 otaqlı 28 saylı mənzilin dəyəri olan 39.400 manatı MTK-ya ödəmişdir, heç bir borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülki Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsin Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına görə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 78,8 kv.m olan 2 otaqdan ibarət 28 saylı mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 31 avqust 2007-ci il tarixli, 192 №-li müqavilə bağlanmış, mənzilin ümumi dəyəri 33.569 manat məbləğində pul tam olaraq ödənmişdir. Daha sonra Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78,8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 28 №-li mənzilə dair Cavabdeh1 ilə İddiaçı arasında Cavabdeh1 varisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvvəllər bağlanmış 31 avqust 2007-ci il tarixli, 192 №-li müqavilə əsasında yeni 11 dekabr 2019-cu il tarixli, 446 nömrəli mənzil tikintisi haqqında müqavilə bağlanmış, habelə Cavabdeh1 tərəfindən mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı İddiaçı 11 dekabr 2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Həmçinin işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzilə dair Cavabdeh4 ilə Cavabdeh1 arasında 07 mart 2021-ci il tarixli, 708a №-li mənzil tikintisi haqqında müqavilə bağlanmış, habelə Cavabdeh1 tərəfindən mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı Cavabdeh4 07 mart 2021-ci il tarixli maliyyə arayışı verilmişdir. İşin məhkəmə baxışında Cavabdeh1 iddiaçıya məxsus qeyd edilən müqaviləni mübahisələndirməmiş, qeyd edilən müqavilənin cavabdeh MTK ilə bağlanması və mənzilin dəyərinin tam olaraq cavabdehə ödənilməsi mübahisəsiz qaydada təsdiq olunmuşdur. O halda, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbində subyektiv hüquqa malikdir. Məhkəmə iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh4 arasında 07 mart 2021-ci il tarixli, 708a №-li mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh4 mübahisəli mənzildən çıxarılması ilə əlaqədar aşağıdakıları qeyd edir. Cavabdeh4 ilə bağlanan mənzil tikintisi haqqında müqavilədə mübahisələndirilən mənzilin 6-cı mərtəbədə yerləşdiyi qeyd edilsə də, əslində Cavabdeh1 ilə İddiaçı arasında bağlanan 11 dekabr 2011-ci il tarixli payçı müqaviləsinə əsasən həmin yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 78,8 kv.m ümumi sahəsi olan 28 saylı mənzildir. Məhkəmə Cavabdeh1 ilə Cavabdeh4 arasındakı müqavilənin bağlanması tarix etibarı ilə iddiaçı ilə bağlanan müqavilədən sonrakı tarixə olmasına, habelə binanın blok, mərtəbə və mənzilin sahə ölçüsü, habelə cavabdeh MTK-nın izahatına görə eyni mənzil olmasına əsaslanaraq həmin mənzillərin eyni mənzil olması qənaətinə gələrək hesab edir ki, bu hissədə iddia əsaslı olmaqla təmin edilməli,Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanan 07 mart 2021-ci il tarixli, 708a №-li mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməli və Cavabdeh4 həmin mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış müqavilələr üzrə öhdəliyin icra edilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyularaq Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbə, 3-cü blok, ümumi sahəsi 78,8 kv.m olan 28 saylı mənzilin iddiaçıya təhvil verilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Proses iştirakçılarının izahatlarından, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzil ilə bağlı öhdəlik tam yerinə yetirilmiş, lakin həmin mənzil iddiaçıya təhvil verilməmişdir. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən mübahisəli mənzilin iddiaçıya təhvil verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 11 dekabr 2019-cu il tarixli, 446 №-li müqaviləyə əsasən həmin Mənzil tikinti kooperativinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 78,8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 28 №-li mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1nə üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edildiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən tərəflər ilkin vəziyyətə qaytarılmalıdırlar. Belə ki, həmin maddəyə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, PROGRESS-2016» Mənzil tikinti kooperativi ilə Cavabdeh4 arasında bağlanan 07 mart 2021-ci il tarixli, 708a №-li mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə üzrə MTK-ya ödənilmiş olan 39 400 manat məbləğində pul MTK tərəfindən Cavabdeh4 qaytarılmalıdır. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dğvlət rüsumuna görə pul Cavabdeh1ndən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh4 ilə Cavabdeh1 arasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78,8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 28 №-li mənzilə dair bağlanan 07 mart 2021-ci il tarixli, 708a №-li mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilsin və Cavabdeh4 həmin mənzildən çıxarılsın. Cavabdeh1ndən 39 400 manat məbləğində pul alınaraq Cavabdeh4 qaytarılsın. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 11 dekabr 2019-cu il tarixli, 446 №-li müqaviləyə əsasən həmin Mənzil tikinti kooperativinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 78,8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 28 №-li mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1nə üzərinə qoyulsun. Cavabdeh1ndən İddiaçı xeyrinə 10 manat dövlət rüsumuna görə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver