Məhkəmə qərarları › İş №2(012)-3755/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3755/2021

31.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3755/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «cavabdeh barəsində xüsusi qərardad çıxarmaqla prokrora xəbər verilməsi» barədə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək МÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəmədə yalan ifadə verməklə cavabdehin əməlində cinayət əməli olduğundan cavabdeh barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırki tələbə mülki qaydada baxılmalı deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ərizədə göstərilənlərlə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etməlidir. Azərbayсan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslanmış qərar çıxarır, işə məhkəmə qaydasında baxılmalı deyildirsə iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardad ərizəyə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı «cavabdeh barəsində xüsusi qərardad çıxarmaqla p.rokrora xəbər verilməsi» barədə ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. İddiaçıya ərizədə göstərilənlərlə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar