Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4068/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi-vəkili X4, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, avtomobilin alqı-satqı müqaviləsinin və qeydiyyat şəhadətnaməsinin ləğvi, miras əmlaka vərəsəlik hüququnun tanınaraq, müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki işə 31 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, avtomobilin alqı-satqı müqaviləsinin və qeydiyyat şəhadətnaməsinin ləğvi, miras əmlaka vərəsəlik hüququnun tanınaraq, müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 03 fevral 2022-ci il tarixdə Cavabdeh1 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız edilməsi, həmin Şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, eləcə də “MERSEDES E klass” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısına dair xx.xx.2022-ci il tarixli müqavilənin, həmçinin həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “MERSEDES E klass” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə, eləcə də “Vinçestr” tüfənginə onun ½ hissədə vərəsəlik hüququnun tanınaraq, “MERSEDES E klass” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, eləcə də “Vinçestr” tüfənginin ½ hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinə əlavə verərək, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 03 fevral 2022-ci il tarixdə Cavabdeh1 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin Şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, eləcə də “MERSEDES E klass” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilənin, həmçinin həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “MERSEDES E klass” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə, eləcə də “Churchill” markalı, 12-çaplı 15221507 nömrəli yivsiz ov silahına onun ½ hissədə vərəsəlik hüququmun tanınaraq, “MERSEDES E klass” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, eləcə də “Churchill” markalı, 12-çaplı 15221507 nömrəli yivsiz ov silahının ½ hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Abşeron rayon 2 saylı Notariat Ofisinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, anası X14 24 iyul 2014-cü il tarixdə, atası X10 isə 02 aprel 2021-ci il tarixdə vəfat etmişlər və birgə nikah dövründə “MERSEDES E klass” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər. Qanuna əsasən o, Təyyar Ağayevin oğlu birinci növbə vərəsəsidir və miras əmlakı atasının vəfat etməsindən sonra faktiki olaraq qəbul etmişdir. Belə ki, atasının vəfat etməsindən sonra təxminən 2 aydan çox müddət ərzində ondan miras qalmış ‘‘MERSEDES E klass” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sahiblik və istifadəsində olmuş və avtomobili özü idarə etmişdir. Həmçinin atası vəfat etməzdən az bir müddət əvvəl xəstəxanada olarkən onu yanına çağırıb üzük, sırğa və sepdən ibarət komplekti ona vermişdir ki, həm də həmin miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bundan başqa atasından həm də “Vinçestr” tüfəngi miras qalmışdır. Lakin az bir müddət əvvəl məlum olmuşdur ki, hazırkı iş üzrə cavabdehlərdən biri olan qardaşı Cavabdeh1 atasından miras qalmış avtomobilə dair ondan xəbərsiz vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq, öz mülkiyyətinə keçirmiş və dərhal da özgəninkiləşdirmişdir. Bundan sonra, o müvafiq sənədlərin əldə edilməsi üçün vəkillə müqavilə bağlamış və vəkil tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə, daha sonra müvafiq notariat kontoruna sorğular verilmişdir. Əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusuna müraciət edilərək, onun da vərəsə olmağı gizlədilmiş, eləcə də, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən aldığı saxta arayışla (arayışda onun da ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşadığı qeyd edilməmişdir) atasından qalmış “MERSEDES E klass” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı miras avtomobilə dair 03 fevral 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə alaraq həmin Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə avtomobili öz adına keçirərək, elə həmin gün də alqı-satqı müqaviləsi əsasında avtomobili digər Cavabdeh2 satmışdır. Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 03 fevral 2022-ci il tarixdə Cavabdeh1 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə qanunvericiliyin tələblərinin açıq-aşkar şəkildə pozulması ilə verildiyindən etibarsız hesab edilməlidir. Həmçinin, Abşeron rayon 2 saylı notariat ofisinin notariusu tərəfindən verilmiş 03 fevral 2022-ci il tarixli “Qanun üzrə və hüququ haqqında” Şəhadətnamə qanunsuz olaraq əldə edildiyindən, şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməli, eləcə də “MERSEDES E klass” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilə, həmçinin həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi də ləğv edilməlidir. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddiaçının iddia tələbi aşağıdakı səbəblərə əsasən tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçı iddia ərizəsində həmin avtomobilin atası ilə anasının birgə nikahı dövründə əldə edildiyini bildirsə də, anası X14 xx.xx.2014-cü ildə vəfat etmiş, qeyd olunan avtomobil isə atası anasının vəfatından təqribən 1 il sonra xx.xx.2015-cı ıl tarixində almışdır. Yəni, avtomobil paylı deyil, atasının tam mülkiyyətində olmuşdur. İddiaçı iddia ərizəsində həmin avtomobilin atasının vəfatından sonra faktiki onun tərəfindən qəbul edildiyini, atasının vəfatından təxminən 2 aydan çox müddət ərzində ondan miras qalmış “MERSEDES E klass” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun sahiblik və istifadəsində olduğunun və həmin avtomobili onun idarə etdiyini qeyd etmişdir. İddiaçı anasının vəfatından sonra, yəni 2015-ci il tarixində qanunsuz şəkildə, anası X7 tək vərəsəsi kimi Bakı şəhəri 27 saylı notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə almış və anasından miras qalan ESKA MMC-nin 111 nömrəli, 08 avqust 2011-ci il tarixli müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, 34 ünvanındakı binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 125 kv.m olan, 3 otaqlı, 47 saylı mənzildən tam pay əldə etmiş və həmin vaxtdan da qeyd olunan mənzildə ailəsi ilə birlikdə yaşamaqdadır. Halbuki, o və atası da, X7 vərəsələri olmaqlarına baxmayaraq, həmin əmlakdan onlara hər hansı pay verilməmiş, ümumiyyətlə vərəsəliyə çağrılmamışlar. Həmin vaxtdan yəni, 2015ci ildən vəfat edən günə kimi atası onunla birlikdə yaşamışdır. Onun qayğısına qalmış, xəstəxanada qaldığı müddətdə bütün xəstəxana məsrəflərini, eləcə də, vəfat etdikdən sonra dəfn xərclərini qarşılamışdır. Qardaşı İddiaçı bu xərclərin heç birində iştirak etməmiş, atasının qayğısına qalmamışdır. Atası vəfat etdikdən sonra iddiaçının iddia etdiyi avtomobil onun istifadəsində olmuş, həmin avtomobili özgəninkiləşdirilən günə kimi idarə etmişdir. Atasının vəfatından sonra həmin avtomobilin texniki baxışdan keçirilməsi, eyni zamanda, avtomobilin icbari sığortası da onun tərəfindən həyata keçirilmişdir. Avtomobili idarə etdiyi dövrdə yol verdiyi yol hərəkətinin pozulmasına görə inzibati cərimələr də avtomobilin onun tərəfindən idarə olunduğunu bir daha təsdiq edir. İddiaçı özünün həmin dövrdə də, hal-hazırda da şəxsi avtomobili olmuş və o, öz avtomobilini idarə etmişdir. Yəni, burada iddiaçının mirası faktiki qəbulundan söhbət belə gedə bilməz. Atasından qalmış mirası həm hüquqi, həm də faktiki əsaslarla qəbul etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, notariusa müraciət edərək, onun vərəsə olmağını gizlətmiş, eləcə də, Abşeron rayonu İHB-nın Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən saxta arayışla (saxtalığı da onunla əsaslandırır ki, arayışda onun da ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşadığı qeyd edilməmişdir) atasından qalmış avtomobilə dair vərəsəlik şəhadətnaməsi almışdır. İddiaçı anasının vəfatından sonra, yəni 2015-ci il tarixində qanunsuz şəkildə, anası X7 tək vərəsəsi kimi Bakı şəhəri 27 saylı notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə almış və anasından miras qalan "xxxx" MMC-nin 111 nömrəli, 08 avqust 2011-ci il tarixli müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, 34 ünvanındakı binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 125 kv.m olan, 3 otaqlı 47 saylı mənzildən tam pay əldə etmiş və həmin vaxtdan da qeyd olunan mənzildə ailəsi ilə birlikdə yaşamaqdadır. İddiaçının onun mülkiyyətində olan evdə pasport qeydiyyatı formal xarakter daşıyır. Yəni, Abşeron rayonu İHB-nın Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin həmin ünvanda yaşayanlar barədə verdiyi arayış tamamilə qanunidir. Lakin iddiaçı tərəfindən miras qoyan mərhum atasının ölümündən sonra miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi ilə əlaqədar hər hansı bir tədbir görülməmişdir. Digər tərəfdən, ıddıaçı tərəfindən mirası qəbul etmək üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Miras qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən iddiaçı mirası qəbul etmə hüququnu itirmişdir. İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi uçun hər hansı maneə mövcud olmamış, lakin o, miras əmlakın əldə edilməsinə yönələn hərəkət etməmişdir. Belə olan halda miras əmlak onun adına rəsmiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda, miras qalmış əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula gorə vərəsənin konkret hərəkətləri və rəftarı onun miras, qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı, tərəfindən miras əmlakı qeyri- formal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması öz təsdiqini tapmır. İddiaçı, həmin müddətləri çox gözəl bilir. Belə ki, yuxanda da qeyd etdiyi kimi anasının vəfatından sonra müddətlərə riayət etməklə Bakı şəhəri 27 saylı notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə almış, nə atasına, nə də ona vərəsələr olmağına baxmayaraq hər hansı məlumat verməmişdir. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edfilməsini xahiş etdi. Digər Cavabdeh2 iddia ərizəsinə etiraz verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, o, “MERSEDES E klass” markalı **-XL-*** d.q.n. avtomobili alarkən avtomobil Cavabdeh1 mülkiyyətində olmuş, avtomobilin texniki pasportu onun adına olmuşdur. O, cavabdehin qardaşı İddiaçı ilə miras qalmış əmlaklara o cümlədən qeyd olunan avtomobillə bağlı vərəsə kimi mübahisəsinin olmasını bilməmişdir. Avtomobilin onun mülkiyyətinə keçməsində hər-hansı bir qanun pozuntusunun olmasını da bilməmişdir. Avtomobili alarkən onun özünün sahibliyində “ASTRA H” markalı **-DD-*** d.q.n. avtomobil olmuş, “MERSEDES E klass” markalı **-XL-*** d.q.n. avtomobillə dəyişdirərək müqabilində öz avtomobilini 8000 manat dəyərləndirərək əlavə da 5500 manatı Cavabdeh1 vermişdir. Beləliklə, faktiki olaraq “MERSEDES E klass” markalı **-XL- *** d.q.n. avtomobili Cavabdeh1 13.500 manata almışdır. Avtomobili adına keçirən zaman dövlət qeydiyyat nömrəsi dəyişmiş **-CN-*** olmuşdur. Avtomobili aldıqdan sonra 5 ay onu idarə etmişdir, 2022-ci ilin iyun ayının 20-də yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində avtomobil yararsız hala düşmüşdür. Hadisə ilə bağlı Bakı şəhər BPİ-si, Nərimanov RPİ tərəfindən araşdırma başlamış, araşdırmanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra, maşını təmir etdirmədən etibarnamə ilə onu xx.xx.2022-ci il tarixdə 7300 manata X1. Qeyd olunanlardan müəyyən olunur ki, “MERSEDES E klass” markalı **-XL- *** d.q.n. avtomobilini əldə edərkən vicdanlı alıcı olmuş, vicdanlı əldə edən olduğu halda da əldə edən əşyanın mülkiyyətçisi hesab olunur, avtomobilə dair iddia təmin edilməməlidir. İddiaçı qardaşı Cavabdeh1 qarşı vərəsəliklə bağlı avtomobilə dair hüquqlarını yalnız ona satdığı avtomobilin dəyərinin ½ hissəsinə ola bilər ki, onu da cavabdehi qardaşından tələb etməsinə etiraz etmir. İddiaçı nümayəndəsi-vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili X12 iddia tələbinə verilən etirazı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil3 iddia tələbinə verilən etirazı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunan şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, İddiaçı “MERSEDES E klass” markalı **-XL-*** d.q.n. avtomobili olub, Abbas onu sürürdü. Abbasın atası Bakıda xəstəxanada olan zaman onunla birgə olmuşdur, tibb bacısı əlində bükülü gətirib Abbasa verdi ki, atan verib,Abbas bildirdi ki, bəs qızıl sırga-üzükdü atasının vəziyyəti yaxşı deyil ona verib. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X9 da digər şahidin ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan nikahın bağlanması haqqında arayışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, X13 ilə X14 xx.xx.1979-cu ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X13, ana qrafasında X14 qeyd edilmişdir. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən edilir ki, X14 xx.xx.2014-cü ildə, X10 xx.xx.2021ci ildə vəfat etmişdir. Mülki işin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X5 adında və ya etibarnamə ilə istifadəsinə verilmiş nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Həmin məktuba əlavə olunmuş çıxarışdan görünür ki, “MERCEDES BENZ E220 CDİ” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə xx.xx.2015-xx-xx.2018-ci ildə İddiaçı, xx.xx.2015-xx.xx.2021-ci ildə Cavabdeh1 adına qeydiyyatdan keçmiş, Cavabdeh1 adından xx.xx.2022-ci ildə qeydiyyatdan çıxmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: Cavabdeh1, şəhadətnamə verilən miras əmlak: DİN BDYPi Qİİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AC487469 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100061B271533, mühərrik nömrəsi və buraxılış ili 2000-ci il olan “MERCEDES BENZ E220 CDİ” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Mülki işin materiallarında olan Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışdan görünür ki, “MERCEDES BENZ E220 CDİ” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r və avtomobil müayinədən keçirilmişdir. Mülki işin materiallarında olan Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ E220 CDİ” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci ildə X5 adına qeydə alınmışdır. Mülki işin materiallarında olan Abşeron RİHB-nın İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, mərhum X5 xx.xx.2021-ci ildə vəfat edib, vəfat edən günə kimi oğlu Cavabdeh1 ilə birlikdə Hökməli qəsəbəsi, Koroğlu küçəsi, dal 6, ev 4-də yaşamışdır. Mülki işin materiallarına əlavə olunan Abşeron RİHB-nın İƏD üzrə Nümayəndəliyi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Hökməli qəsəbəsi, Koroğlu küçəsi, dalan 6, ev 4-də qeydiyyatda olan mərhum atası X13 vəfat edən günə kimi onunla birgə yaşayıb, dəfn xərcini çəkmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon Polis İdarəsindən göndərilmiş cavabdan müəyyən edilir ki, Cavabdeh1 RPİ-nə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci ildə vəfat etmiş mərhum atası X3 miras qalmış “Churchill” markalı, 12-çaplı 15221507 nömrəli yivsiz ov silahını vərəsəlik hüququ əsasında əldə edənə kimi RPİ-nə saxlanılması üçün təhvil vermişdir. Hal-hazırda həmin silah X5 adındadır, heç kimin adına sənədləşdirilməyib. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, X10 “MERCEDES BENZ E220 CDİ” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2015-ci il tarixədək Cavabdeh1 vermişdir. Mülki iş materiallarına əlavə olunan aktın surətindən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X3 miras qalmış “Churchill” markalı, 12-çaplı 15221507 nömrəli yivsiz ov silahı 1 ədəd saz və işlək vəziyyətdə təhvil götürülmüşdür. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X10 xx.xx.2021ci ildə vəfat etmişdir, iddiaçı Cavabdeh1 və Cavabdeh1 onun qanun üzrə birinci dərəcəli vərəsələridir. X2 ölümündən sonra ondan miras əmlak kimi özünün tam mülkiyyətində olan “MERCEDES BENZ E220 CDİ” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili miras qalmişdır.Tərəflərin izahatlarına görə, habelə “Churchill” markalı, 12-çaplı 15221507 nömrəli yivsiz ov silahı da miras qalmışdır.Lakin, həmin öv silahının X2 adına qeyd alınması barədə hər hansı hüquqmüəyyənediici sənəd məhkəməyə təqdim edilməmişdir.Bundan başqa, iddiaçı iddia edir ki, atası xəstəxanada olarkən səhhətinin vəziyyəti ağırlaşdığından ona qızıldan sep, sırğa, üzük dəstini vermişdir ki, bunun foto şəkillərini məhkəməyə təqdim etmişdir. Həmçinin, işin araşdırılan hallarından görünür ki, X13 hələ sağlığında əmlakı olan “MERCEDES BENZ E220 CDİ” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə xx.xx.2015-xx-xx.2018-ci il tarixlərdə oğlu İddiaçı, xx.xx.2015-xx.xx.2021-ci il tarixlərdə isə oğlu Cavabdeh1 istifadəsinə vermişdir. Həmin nəqliyyat vasitəsinin istifadəsində yol hərəkəti qaydalarının pozulmasına görə Cavabdeh1 cərimələr yazılmışdır. İşin materuiallarından göründüyü kimi X13 ölən günə kimi oğlu Cavabdeh1 ilə birlikdə yaşamışdır.İddiaçı mübahisəli avtomaşının atasının ölümündən sonra onun istifadəsində olduğunu bildirsə də, bu cavabdehin izahatı və işin digər halları ilə təkzib olunur.Onun tərəfindən təqdim edilən şahidlər qonşuları olmaqla, onları verdiyi ifadələr iş materialları ilə təsdiq edilmədiyindən ifadələri sübut kimi qəbul edilə bilməz.İş materiallarından göründüyü kimi xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1, şəhadətnamə verilən miras əmlak: DİN BDYPi Qİİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AC487469 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100061B271533, mühərrik nömrəsi və buraxılış ili 2000-ci il olan “MERCEDES BENZ E220 CDİ” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə mirası qəbul etmiş, xx.xx.2022-ci il tarixdə isə Cavabdeh2 satmışdır. Bu hal özü təsdiq edir ki, mübahisəli avtomaşın atasının ölümündən sonra cavabdehin faktiki sahibliyində olmuşdur. İddiaçının atasının xəstəxanada olarkən ona bir dəst qızıl sırğa, üzük və sep verməsinə gəldikdə isə cavabdeh tərəf bunun atası tərəfindən xəstəxanada deyil, ailə qurarkən hədiyyə etdiyi əmlaklar olduğu, mirasa dəxli olmadığını bildirdi. Bu hissədə iddiaçı iddiasını əsaslandıran mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.Bundan başqa, fotoşəkildən həmin əşyaların hansı metal növü olduğu da müəyyən edilmir. Miras əmlak hesab edilən ov tüfəngi isə göründüyü kimi cavabdehdə olmuş, könüllü olaraq Abşeron rayon Pİ-ə təqdim etmişdir.Həmin silahin isə hüquq müəyyənediçi sənədi olmadığından kimə məxsusluğu müəyyən deyil, ona görə də, miras əmlak hesab edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Mülki Məcəllənin 1159- cu maddəsinin məzmununa əsasən qanun üzrə vərəsələr mirasdan bərabər pay hüquqları vardır. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barəd ə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqd a və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hes ab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mir ası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1243.2ci maddəsinə görə mirasın qəbul edilməsinin iki üsulu müəyyən edilmişdir: 1. vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəb ul etdiyi barədə ərizə verməsi; 2. əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyı r. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və mir as əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutu r ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun İddiaçı atası vəfat etdikdən sonrakı üç ay ərzində mirası qəbul etmək barədə notariat kontoruna ərizə verməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməyə başlamamışdır.Şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qe yd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş müddətlər ötəndən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bu isə iddia tələbinin vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və bununla bağlı digər hissələrin də də rədd edilməsi üçün əsasdır. Məhkəmə iddia tələbinin alqı-satqı müqavilələrinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, müqavilənin ləğvini yalnız müqavilə tərəfləri edə bilər, iddiaçı isə göründüyü kimi müqavilə tərəfi deyildir. Bu hissədə iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, avtomobilin alqı-satqı müqaviləsinin və qeydiyyat şəhadətnaməsinin ləğvi, miras əmlaka vərəsəlik hüququnun tanınaraq, müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4068/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4068/2022
31.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver