Məhkəmə qərarları › İş №2(012)-4106/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4106/2021

29.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzilə istifadə hüququnun tanınması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4106/2021 29.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı X3 vəkili Vəkil, Cavabdeh1 MTK-nın nümayəndəsi İsmayılov Samir Şahid oğlunun iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh4-yə, Cavabdeh1 MTK-ya, "xxxx" MTK-ya və Cavabdeh3 MMC-yə qarşı mənzilin təhvil verilməsi, əmlaka mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və digər tələblərinə dair mülki işə 29 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər Cavabdeh4-yə, Cavabdeh1 MTK-ya, "xxxx" MTK-ya və Cavabdeh3 MMC-yə qarşı mənzilin təhvil verilməsi, əmlaka mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və digər tələblərinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh4-nin direktoru R.N.Nəsirov ilə bağlanılmış 06.02.2012-ci il tarixli, 512 saylı Müqaviləyə əsasən cavabdehlər Cavabdeh4, Proqress 2016 MTK və REAL 2016 MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçəsinin kəsişməsində 12 mərtəbəli yaşayış evinin, Vİ mərtəbə, ümumi sahəsi 97.7 kvadrat metr olan İV blok 22 saylı mənzili izolə olunmuş 3 otaqdan ibarət pay kimi “Payçı” X6 verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçəsinin kəsişməsində 12 mərtəbəli yaşayış evinin, Vİ mərtəbə, ümumi sahəsi 97.7 kvadrat metr olan İV blok 22 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət mənzilin iddiaçı X1 verilməsi vəzifəsinin və pay haqqı tam verildiyi üçün X3 əmlaka mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçəsnin kəsişməsində 12 mərtəbəli yaşayış evinin, Vİ mərtəbə, ümumi sahəsi 97.7 kvadrat metr olan İV blok 22 saylı mənzilin açarlarının təqdim edilməsi və mənzilə girişin və mənzilin təmiri üçün planlaşdırılma işlərinə maneələrin cavabdehlərə qadağan olunması, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçəsnin kəsişməsində 12 mərtəbəli yaşayış evinin, Vİ mərtəbə, ümumi sahəsi 97.7 kvadrat metr olan İV blok 22 saylı mənzilə dair tikinti üçün əlavə xərclərin hesablanmasının qadağan olunması, 10.09.2016-cı il tarixli, 165 saylı bildirişə əsasən hesablanmış 9770 manat (doqquz min yeddi yüz yetmiş) və 06.06.2018-ci il tarixdə 183 saylı bildirişə əsasən hesablanmış 37905 manat (otuz yeddi min doqquz yüz beş) borcun ləğv edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçəsinin kəsişməsində 12 mərtəbəli yaşayış evinin tikintisi ilə əlaqədar layihə və inşaat sənədlərinin, vərəsəlik və həvalə sənədlərinin təqdim edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.04.2011-ci il tarixdə "xxxx" İnşaat MMCnin direktoru X7 ilə alqı-satqı müqaviləsi bağlanılmış, MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək pulunu ödədiyi mənzili təqdim etməmişdir. Bununla əlaqədar "xxxx" İnşaat MMC-yə qarşı məhkəmədə iddia verilmişdir. Cavabdeh "xxxx" İnşaat MMC-nin öhdəliklərini üzərinə götürən X7 direktoru olduğu Cavabdeh4 adı altında Abşeron rayonunda yerləşən tikilməyə başlayan binadan yeni mənzilə dair iddiaçı ilə 06.02.2012-ci il tarixli yeni müqavilə bağlayaraq”Birlik” İnşaat MMC-dən alınan mənzillə əvəzləşdirmiş və buna dair Müqavilə bağlamaqla borcun olmamasına dair maliyyə arayışı təqdim etmişdir. Bundan bir gün sonra məhkəməyə 07.02.2012-ci il tarixli ərizə təqdim edərək iddianın baxılmamış saxlanması xahiş edilmişdir. 06.02.2012-ci il tarixli, 512 saylı Müqaviləyə əsasən, X7 direktoru olduğu Cavabdeh4 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçəsinin kəsişməsində 12 mərtəbəli yaşayış evinin, Vİ mərtəbə, ümumi sahəsi 97.7 kvadrat metr olan İV blok 22 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət pay kimi iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.1-ci bəndinə əsasən bununla da X7 13.04.2011-ci il tarixdə Birlik İnşaat MMC-dən alınan mənzillə hazırkı müqavilə üzrə Cavabdeh4-nin inşa etdiyi mənzil əvəzləmişdir. Sonradan özünü Hayan-E MMC-nin hüquqi varisi kimi təqdim edən Proqress-2016 adlı MTK 10.09.2016-cı il tarixli, 165 saylı bildirişlə müraciət edərək təqdim edilən və borcunun olmamasına dair maliyyə arayışı verilmiş mənzilə görə əlavə xərclər tələb edilmiş, guya ki şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar 9770 manat əlavə borc yaranmışdır. Əks təqdirdə müqaviləyə xitam veriləcəyi bəyan edilmişdir. Maliyyə arayışına əsasən heç bir borc olmadığı üçün Proqress-2016 MTK müraciət edərək hüquqi varisliyə dair sənədlərin təqdim edilməsi tələb edilmişdir. Lakin, buna dair heç bir cavab verilməmişdir. Binanın tikintisi isə tam başa çatmamışdır. 22.06.2017-ci il tarixdə eyni ünvandan yeni bildiriş daxil olaraq bildirilmişdir ki, Hayan-E MMC-nin 2006-cı il tarixdən bağladığı tikinti işləri müəyyən səbəblərdən başa çatmadığı üçün 01.05.2017-ci il tarixdən tikinti işi Cavabdeh2 MTK-ya həvalə edilmişdir. Borc olduğu üçün MTK-ya yaxınlaşmağı, əks təqdirdə müqavilənin hüquqi əhəmiyyətinin itiriləcəyi bildirilmişdir. Bundan sonra da dəfələrlə MTK-ya müraciət edilərək, hətta ofislərinə gedilərək sənədlərin təqdim edilməsi tələb edilmiş lakin bundan imtina edilmiş, heç qapıdan içəri girmək mümkün olmamışdır. 21.05.2018-ci il tarixdə 149 saylı yeni Xəbərdarlıq göndərilərək Real 2016 MTK-nın Hayan-E MMC-nin tikinti işlərini başa çatdırmaq üçün tikintinin onlara həvalə edildiyini, borc olduğu üçün ödənilməyi tələb edilmişdir, Lakin nə mənzili tikirlər, nə mənzili təqdim edirlər, nə varislik, nə həvalə barədə heç bir sənəd əlavə etmirlər. 06.06.2018-ci il tarixdə 183 saylı yeni Xəbərdarlıq göndərilərək Real 2016 Hayan-E MMC-nin tikinti işlərini başa çatdırmaq üçün tikintinin onlara həvalə edildiyini, bu dəfə artıq yeni borc hesabladıqlarını bildirərək yeni borc məbləği 37905 tələb etmişlər. Lakin nə müqaviləni ləğv etmişlər nə məhkəməyə müraciət etmişlər. Eyni zamanda, varislik və həvalə edilmə barədə sənədlərin verilməsi barədə tələbə əhəmiyyət belə verməmişlər. Bu günədək mənzilin tikintisi başa çatmamışdır, tikintini kimin icra etməsi, kimin kimin vərəsəsi, kimin kimə nəyi həvalə etməsi barədə heç bir sənədlər təqdim edilməmiş, əksinə payçıları narazı salaraq mənzili tikib təhvil vermirlər, müxtəlif şəxslərə satırlar mənzilləri, əlavə borc hesablayırlar. Müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəlilərin yerinə yetirilməsinə dair sənədlər təqdim edildiyi halda cavabdehlər üzərilərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Bundan başqa, təqdim edilən sənədlərdən müəyyən olunur ki, eyni ərazidə müxtəlif MTK-lar olan, lakin səlahiyyətli şəxsləri eyni olan şəxslər tərəfindən bir MTK digər ilə əvəz edilməsinə dair heç bir hüquqi sənədlər təqdim edilməmiş, əsassız olaraq borclar hesablanmış, əksinə ofis kimi təqdim etdikləri ünvana müraciət edərkən daxil olmaq, mənzilə baxmaq mümkün deyildir. Hazırda isə faktiki mülkiyyətinə verilən mənzilin yerləşdiyi binanı kimin tikdiyi, nə üçün borc hesabladığı bəlli deyildir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı X3 vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi İsmayılov Samir Şahid oğlu iddianı qəbul etməyib izahatında bildirdi ki, Rafiq Nəsirov 28 oktyabr 2014-cü il tarixdən Hayan-E MMC-nin qanuni təmsilçisi olduğu halda, iddiaçı ilə 06 fevral 2012ci il tarixli müqaviləni imzalaya bilməzdi, həmin vaxt səlahiyyətsiz olmuşdur.Yəni həmin müqavilə qanunsuz bağlanmışdır. İş üzrə digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan icraçı "xxxx" MMC-nin direktoru X7 ilə payçı X8 arasında bağlanmış 13.04.2011-ci il tarixli 42 saylı müqavilədən görünür ki, icraçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamı ilə ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış evinin Vİİİ mərtəbə, ümumi sahəsi 96.0 kv.metr olan İİ blok, 50 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri hər bir kv.m sahə üçün 267 manat təşkil edir. Sahəsi 96 kv.m mənzil üçün cəmi 25600 (iyirmi beş min altı yüz) manat ödənilməlidir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin 13.04.2011-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, X8 tərəfindən ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış evinin Vİİİ mərtəbə, ümumi sahəsi 96.0 kv.metr olan İİ blok, 50 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilin dəyəri 25600 (iyirmi beş min altı yüz) manat "xxxx" MMC-yə ödənilmiş, X3 MMC-yə heç bir borcu yoxdur. Mülki iş materiallarında olan icraçı Hayan-E MMC-nin direktoru X10 ilə payçı X8 arasında bağlanmış 06.02.2012-ci il tarixli 512 saylı müqavilədən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 97.7 kv.m olan izolə olunmuş İV blok 3 otaqdan ibarət 22 saylı mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri hər bir kv.m sahə üçün 267 manat təşkil edir. Sahəsi 97.7 kv.m mənzil üçün cəmi 25600 (iyirmi beş min altı yüz) manat ödənilməlidir. Müqavilənin 3.2-ci bəndindən görünür ki, müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi dəyərinin 40% məbləğindən az olmayaraq ilk haqq ödənilməli, payçı isə pulun qalan hissəsini cəmiyyətə bərabər hissələrdə olmaqla ümumi dəyərin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.1. bəndindən görünür ki, Bu müqavilənin 1.1. bəndində qeyd olunan mənzili dəyəri 2011-ci il 13 aprel tarixində "xxxx" MMC ilə X8 arasında bağlanmış ümumi məbləği 25600 (iyirmi beş min altı yüz) manat təşkil edən ümumi sahəsi 96.0 kv.m təşkil edən mənzil əvəzlənir Cavabdeh4-də olan 97.7 kv.m mənzillə əvəzlənir. Mülki işin materiallarında olan Cavabdeh4-nin 06.02.2012-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, X8 tərəfindən Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 6cı mərtəbəsində yerləşən ümumi sahəsi 97.7 kv.m olan izolə olunmuş İV blok 3 otaqdan ibarət 22 saylı mənzilin dəyəri 25600 (iyirmi beş min altı yüz) manat Cavabdeh4-yə ödənilmiş, X3 MMC-yə heç bir borcu yoxdur. Mülki iş materiallarında olan Cavabdeh1 MTK tərəfindən X6 ünvanlanmış 10.09.2016-cı il tarixli bildirişin surətindən görünür ki, müqavilə şərtlərinə əsasən 26.02.2012-ci il tarixdən bugünki tarixədək 26500 manat məbləği ödəmişdir. Lakin müqavilənin 6.3-cü bəndində nəzərdə tutulduğu kimi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı yaranmış əlavə xərclərin indiyədək ödəməkdən yayınmaqla, öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda müqavilənin 6.3-cü bəndinin tələbləri ilə birlikdə müqavilə üzrə 9770 manat borcu yaranmışdır. Bildiriş ona təqdim olunduğu andan 10 gün müddətində borclarını ödəməsi, əks halda müqavilə birtərəfli qaydada ləğv olunacağı, həmin müddət ərzində Bildirişə münasibət bildirməməyi isə müqavilənin ləğv edilməsi üçün onun tərəfindən razılıq kimi qəbul ediləcəyi bildirilmişdir. Mülki iş materiallarında olan "xxxx" MTK tərəfindən X6 ünvanlanmış 06.06.2018-ci il tarixli bildirişin surətindən görünür ki, müqavilə şərtlərinə əsasən 26.02.2012-ci il tarixində həmin mənzilə görə 26500 manat pul ödəmiş, lakin tikintinin təhvil verilməsi və şəraitin kəskin dəyişməsi ilə əlaqədar mənzilin ümumi dəyəri 63505 (almış üç min beş yüz beş) manat təşkil edir ki, bu məbləğin də 25600 (iyirmi beş min altı yüz) manatını ödənilmiş qəbul edildikdə, onun 37905 (otuz yeddi min doqquz yüz beş) manat borcu yaranmışdır. Bu bildiriş ona təqdim olunduğu andan 10 gün müddətində borclarını ödəmədiyi halda müqavilə bir tərəfli qaydada ləğv edilmiş hesab olunacağı, həmin müddət ərzində Bildirişə dair münasibət bildirməməyi isə müqavilənin ləğv edilməsi üçün onun tərəfindən razılıq kimi qəbul ediləcəyi bildirilmişdir. İşin materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 07 fevral 2012ci il tarixli, 2(011)-64/2012 saylı qərardadından görünür ki, iddiaçı Həsənov Çingiz Ələsgər oğlunun “Birlik İnşaat” MMC-yə qarşı müqavilə üzrə qarşılıqlı öhdəliyin məcburi icra edilməsi, mənzilin qanuni sahibinə verilməsi, mənzil üzrə paya mülkiyyət hüququnun tanınması və s. tələbinə dair mülki işin icraatına iddiaçının iddiadan imtinasına əsasən xitam verilmişdir. Beləliklə,işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, 13.04.2011-ci il tarixdə Cavabdeh3 MMC-nin direktoru X7 ilə iddiaçı X8 arasında bağlanan müqaviləyə əsasən Cavabdeh3 MMC ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış evinin Vİİİ mərtəbə, ümumi sahəsi 96.0 kv.metr olan İİ blok, 50 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili iddiaçıya ayırmağı, iddiaçı müqavilədə göstərilmiş 26500 məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Lakin, MMC qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyindən tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh4 ilə iddiaçı X8 arasında ilə 06.02.2012-ci il tarixdə Abşeron rayonunda yerləşən tikilməyə başlayan binadan yeni mənzilə dair yeni müqavilə bağlayaraq Cavabdeh3 MMC-dən alınan mənzillə əvəzləşdirilmiş və buna dair Müqavilə bağlamaqla borcun olmamasına dair maliyyə arayışı təqdim etmiş, lakin bu vaxta qədər həmin mənzil iddiaçıya təhvil verilməmişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh4-nin hüquqi varisi Cavabdeh1 MTK-dır.Cavabdeh4 ilə iddiaçı X8 arasında ilə 06.02.2012-ci il tarixli müqavilə hal-hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzil ilə bağlı müqavilədə qeyd olunan öhdəlik yerinə yetirilsə də, cavabdeh tərəfindən yerinə yetirilməmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçının həmin mənzilə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən maneələr vardır. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən mübahisəli mənzilin iddiaçıya təhvil verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh4-nin direktoru R.N.Nəsirov ilə iddiaçı X8 arasında bağlanılmış 06.02.2012-ci il tarixli, 512 saylı Müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçəsinin kəsişməsində 12 mərtəbəli yaşayış evinin, Vİ mərtəbə, ümumi sahəsi 97.7 kvadrat metr olan İV blok 22 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət mənzil iddiaçı X6 təhvil verilməsi, həmin mənzil üzərində iddiaçının sahiblik hüququnun tanınması vəzifəsi Cavabdeh1 MTK-nın üzərinə qoyulmalı, mənzilin açarları iddiaçıya təqdim olunmalı, mənzilə giriş və mənzilin təmiri üçün planlaşdırma işlərinə manelər Cavabdeh1 MTK-ya qadağan edilməlidir. Məhkəmə iddia tələbinin pay haqqı tam verildiyi üçün X3 əmlaka mülkiyyət hüququnun tanınması hissəsinə münasibətdə qeyd edir ki, mənzilə mülkiyyət hüququ DƏDRX tərəfindən verilən Çıxarışla rəsmiləşdiyindən iddia bu hissədə təmin edilə bilməz. İddia tələbinin mənzilə dair tikinti üçün əlavə xərclərin hesablanmasının qadağan olunması hissəsinə münasibətdə qeyd edir ki, bu hüquq müqavilə tərəflərinin öz hüquqlarıdır, tərəflər arasında bağlanan müqavilənin müqavilənin 6.3 bəndi isə göründüyü kimi müqaviləyə əlavə və dəyişilklik edilməsini nəzərdə tutulub.Ona görə də, bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin 10.09.2016-cı il tarixli, 165 saylı bildirişə əsasən hesablanmış 9770 manat (doqquz min yeddi yüz yetmiş) borc tələbinə dair hissədə məhkəmə qeyd edir ki, bu barədə tərəflər arasında hər hansı müqavilə olmadığından Cavabdeh1 MTK-nın 9770 manat borc məbləğini iddiaçıdan tələb etməsinin hüquqi əsası yoxdur.Belə ki, Cavabdeh1 MTK-nın iddiaçıdan 9770 manat borc məbləği tələb etməsi üçün tərəflər arasında bağlanan müqaviləyə əlavə və ya dəyişiklik edilməsi lazım gəlir,lakin tərəflər arasında bununla bağlı əlavə saziş bağlanmamışdır.Bu halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 MTK- tərəfindən hesablanmış 9770 manat borcun silinməsi hissəsində iddia tələbi əsassız və təmin edilməməlidir. İddia tələbinin "xxxx" MTK-nın 06.06.2018-ci il tarixdə 183 saylı bildirişinə əsasən hesablanmış 37905 manat (otuz yeddi min doqquz yüz beş) borcun ləğv edilməsi vəzifəsinin ona həvalə edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi mübahisəli mənzilin həmin MTK-ya hər hansı aidiyyatının olması iş materialları ilə təsdiq olunmadığından onun iddiaçıya qeyd edilən bildirişi göndərməsi qanunsuz olmuşdur.Belə bir borcun olması barədə rəsmi sənəd yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilib təmin edilməməlidir. Məhkəmə iddia tələbinin iddiaçıdan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçəsinin kəsişməsində 12 mərtəbəli yaşayış evinin tikintisi ilə əlaqədar layihə və inşaat sənədlərinin, vərəsəlik və həvalə sənədlərinin təqdim edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi bina artıq tikilmişdir.İddiaçıya həmin mənzil isə hazır vəziyyətdə verilmişdir, həmin sənədlərin iddiaçıya nə üçün verilməsi isə iddia tələbində əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin digər cavabdehlərə aid hissədə əsassız hesab edir.Belə ki, Cavabdeh1 MTK-Cavabdeh4-nin hüquqi varisidir. Cavabdeh3 MMC –nin isə hazırkı mübahisəyə aidiyyatı yoxdur,mübahisəli mənzillə bağlı mübahisələr artıqCavabdeh1MTK-ya aiddir.MPM-nin 54.1.maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2.maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin cavabdehlərə münasibətdə əsasızdır. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 5 manatı Cavabdeh1 MTK –dan tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh4 (Cavabdeh1 MTK) ilə iddiaçı X8 arasında bağlanılmış 06.02.2012-ci il tarixli, 512 saylı Müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçəsinin kəsişməsində 12 mərtəbəli yaşayış evinin, Vİ mərtəbə, ümumi sahəsi 97.7 kvadrat metr olan İV blok 22 saylı 3 otaqdan ibarət mənzil iddiaçı X6 təhvil verilməsi və həmin mənzil üzərində X2 hüququnun tanınması vəzifəsi Cavabdeh1 MTK-nın üzərinə qoyulsun, mənzilin açarları X6 təqdim olunsun, mənzilə giriş və mənzilin təmiri üçün planlaşdırma işlərinə manelər Cavabdeh1 MTK-ya qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 MTK –dan 05 manat dövlət rüsumuna görə pul tutulub X6 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver