Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4131/2021 11.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Əhməd (Şirinova) Turalə Fərman qızının vəkili və nümayəndəsi Sadiq Akif oğlunun və cavabdeh Cavabdeh MTK-nın nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Əhməd (Şirinova) Turalə Fərman qızının Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi, qalıq ödəniş məbləğinin qəbul edilməsi və müqavilə predmeti olan mənzilin təhvil verilməsi tələbinə dair mülki işə 11 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əhməd (Şirinova) Turalə Fərman qızı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi, qalıq ödəniş məbləğinin qəbul edilməsi və müqavilə predmeti olan mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin İİ blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,2 kv.metr olan, 7 nömrəli mənzilinə görə ödəməli olduğu 2.230 (iki min iki yüz otuz) manat məbləğində qalıq pulun ondan qəbul edilməsi və Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin İİ blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,2 kv.metr olan, 7 nömrəli mənzilinin ona təhvil verilməsi vəzifəsinin cavabdeh //PROGRES-2016,/ Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ilin iyun ayında mənzil almaq istəmiş və maddi imkanına uyğun olaraq ailə üzvləri ilə birlikdə Xırdalan şəhərində inşa edilən yeni tikililəri araşdırmağa başlamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli binanı bəyənmişdir. 09 iyun 2007-ci il tarixdə iddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) arasında 135 nömrəli müqavilə bağlandı. Qeyd edilən müqavilənin 1.1.-ci bəndinə əsasən "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində, ümumi sahəsi 96,2 kv.metr olan, İİ blok, 7 №li izolə olunmuş mənzili iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1.-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 435 (dörd yüz otuz beş) manat olmaqla ümumilikdə 41.847 (qırx bir min) manat təşkil edirdi. Müqavilə bağlandığı gün iddiaçı, həmin Müqavilənin 3.1-ci bəndinə uyğun olaraq Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində, ümumi sahəsi 96,2 kv.metr olan, İİ blok, 7 №li mənzilinə görə ödəməli olduğu 41.847 (qırx bir min) manat məbləğində ümumi dəyərin 50%-dən artıq məbləği olan 21.750 (iyirmi bir min) manat məbləğində pulu "xxxx" MTK-ya ödəmişdir. Sonradan 12.07.2007-ci il tarixdə 2.975 (iki min doqquz yetmiş beş) manat, 18.01.2008-ci il tarixdə 425 (dörd yüz iyirmi beş) manat, 20.02.2008-ci il tarixdə 1700 (min yeddi yüz) manat, 26.05.2008-ci il tarixdə 1.640 (min altı yüz qırx) manat, 18.09.2008-ci il tarixdə 1.400 (min dörd yüz) manat, 21.09.2008ci il tarixdə 850 (səkkiz yüz əlli) manat, 01.11.2008-ci il tarixdə 1.000 (min) manat, 15.01.2009-cu il tarixdə 1.600 (min altı yüz) manat, 05.04.2009-cu il tarixdə 1.600 (min altı yüz) manat, 03.07.2009-cu il tarixdə 1.600 (min altı yüz) manat, 08.02.2010-cu il tarixdə 1.500 (min beş yüz) manat, 15.07.2010-cu il tarixdə 1.600 (min altı yüz) manat olmaqla ümumilikdə 17.890 (on yeddi min səkkiz yüz doxsan) manat məbləğində pul iddiaçı tərəfindən "xxxx" MTK-ya ödənilmişdir. Nəticədə 09 iyun 2007-ci il tarixdə iddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) arasında 135 nömrəli müqavilə bağlandığı günü ödədiyi 21.750 (iyirmi bir min) manat məbləğində ilkin ödəniş ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində, ümumi sahəsi 96,2 kv.metr olan, İİ blok, 7 №li mənzilinə görə ödəməli olduğu 41.847 (qırx bir min) manat məbləğində ümumi dəyərin 39.640 (otuz doqquz min altı yüz qırx) manat iddiaçı tərəfindən "xxxx" MTK-ya ödənilmişdir. Binanın mənzil sahəsinin yerləşdiyi korpusu hətta o dövrdə inşa olunsa da, ancaq mənzillərin giriş qapıları quraşdırılmamışdır. İddiaçı mənzilin giriş qapısını öz vəsaitləri hesabına qoydurmaq istəsələr də, ancaq "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi olan Rafiq adlı şəxs mənzilin daxilində işlərin tamamlanmadığını, həmçinin Fövqəladə Hallar Nazirliyinin və başqa dövlət qurumlarının əməkdaşlarının tikinti işləri və digər məsələlərlə bağlı mənzillərə baxış keçirdiyini əsas gətirərək mənzilə giriş qapısı qoydurmaqlarına icazə verməmişdir. İddiaçının "xxxx" Mənzil Tikinti Kooperativinə qalan borcu cəmi 2.230 (iki min iki yüz otuz) manat təşkil etmiş, lakin sonradan baş verən hadisələr səbəbindən o, həmin məbləği MTK-ya ödəyə bilməmişdir. Belə ki, "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbərliyinin qanun pozuntuları ilə bağlı Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən cinayət işi başlanmış və adı gedən MTK-nm rəhbərliyi və bir neçə əməkdaşı cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilmişlər. Bundan sonra keçən 10 ildən artıq müddət ərzində "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyəti, o cümlədən binanın tikintisi dayanmış və məhz bu səbəbdən iddiaçı, qalıq 2.230 (iki min iki yüz otuz) manat ödəyə bilməmişdir. 2020-ci ilin may ayında təsadüfən iddiaçıya məlum olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin inşası "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən davam etdirilməyə başlanıb. Bundan sonra ailə üzvləri ilə birlikdə "xxxx" Mənzil Tikinti Kooperativinin ofisində əvvəllər tanımadıqları əməkdaşı ilə görüşərək qalıq 2.230 (iki min iki yüz otuz) manat vəsaiti ödəmək istədiyi bildirmişdir. Həmin şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi olduğunu bildirsə də, lakin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bağlanmış müqavilələrin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bir tərəfli şəkildə ləğv edildiyini və hətta mənzillərin, o cümlədən iddiaçıya məxsus mənzilin artıq başqa şəxsə satıldığını bildirmişdir. Lakin iddiaçı payçıların ümumi yığıncağı keçirilmədən və razılıqları alınmadan "xxxx" Mənzil Tikinti Kooperativinin "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi olmasına, habelə mənzilin dəyərini 10 ildən daha artıq müddətdir ki, ödədiyini bildirərək etiraz etsə də, ancaq sözlərinə heç bir əhəmiyyət verən olmamışdır. Sonradan məsələnin məhkəmədən kənar həll olunmasına bir neçə dəfə cəhd etsə də sonda cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin qanunsuz hərəkətləri ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa iddiaçı ilə 09 iyun 2007-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) arasında 135 nömrəli müqavilə bağlandığı zaman soyadı "Şirinova" olmuş, lakin 08 dekabr 2018-ci il tarixində rəsmi nikaha daxil olduqdan sonra həyat yoldaşının soyadını götürərək "Əhməd" soyadına dəyişmişdir. İddiaçı tərəfindən mübahisəli mənzilə görə ödəməli olduğu 41.847 (qırx bir min) manat məbləğində ümumi məbləğin 39.640 (otuz doqquz min altı yüz qırx) manat məbləğində hissəsi "xxxx" MTK-ya ödənilmiş və həmçinin özündən asılı olmayan səbəblərdən ödəyə bilmədiyi 2.230 (iki min iki yüz otuz) manat məbləğində qalıq pulu da ödəməyə hazırdır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı Əhməd (Şirinova) Turalə Fərman qızının vəkili və nümayəndəsi Sadiq Akif oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etmədiyini, iddiaçı ilə Cavabdeh MTK arasında iddia tələbində qeyd olunan müqavilə bağlanmamışdır. İddiaçı tərəfindən təqdim olunan müqavilənin əslindən görünür ki, mənzilin və evin nömrəsində düzəliş qeydi var.Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşin materiallarından olan icraçı Hayan-E MMC-nin direktoru X2 ilə payçı İddiaçı arasında bağlanmış 09.06.2007-ci il tarixli 135 saylı müqavilədən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.2 kv.m olan izolə olunmuş İİ blok 3 otaqdan ibarət 7 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri hər bir kv.m sahə üçün 435 manat təşkil edir. Sahəsi 96.2 kv.m mənzil üçün cəmi 41.847 manat ödənilməlidir. Müqavilənin 3.2-ci bəndindən görünür ki, müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi dəyərinin 40% məbləğindən az olmayaraq ilk haqq ödənilməli, payçı isə pulun qalan hissəsini cəmiyyətə bərabər hissələrdə olmaqla ümumi dəyərin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndindən görünür ki, payçı ilkin ödənişi gecikdirərsə, cəmiyyətin ixtiyarı var ki, bu müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqlar 40 gündən artıq gecikdirilərsə icraçının müqaviləni birtərəfli qaydada ləğv etmək ixtiyarı vardır. Bu halda ödənilmiş pul payçıya cəmiyyət tərəfindən yalnız mənzil başqasına satıldıqdan sonra qaytarılır. İşin materiallarından olan X3 görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 26.05.2008-ci ildə 1640 (min altı yüz qırx) manat, 15.07.2010-cu ildə 1600 (min altı yüz) manat, 08.02.2010-cu ildə 1500 (min beş yüz) manat, 15.01.2009-cu ildə 1600 (min altı yüz) manat, 03.07.2009-cu ildə 1600 (min altı yüz) manat, 05.04.2009-cu ildə 1600 (min altı yüz) manat, 18.01.2008-ci ildə 425 (dörd yüz iyirmi beş) manat, 01.11.2008ci ildə 1000 (min) manat, 21.09.2008-ci ildə 850 (səkkiz yüz əlli) manat, 18.09.2008-ci ildə 1400 (min dörd yüz) manat, 20.02.2008-ci ildə 1700 (min yeddi yüz) manat, 12.07.2007-ci ildə 2975 (iki min doqquz yüz yetmiş beş) manat ödənilmişdir. Bərdə rayon VVAQ şöbəsi tərəfindən 12.09.1988-ci il tarixdə verilmiş Xİİİ-ЖГ № 320538 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1988-ci ildə Bərdə rayonunda anadan olmuş, atası X4, anası X1r 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11.05.2019-cu il tarixdə verilmiş AZ-İİ № 334192 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə İddiaçı arasında 08 dekabr 2018-ci il tarixdə rəsmi nikah bağlanmış, İddiaçı Əhməd soyadı verilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, 09 iyun 2007-ci il tarixli, 135 №-li müqavilə ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.2 kv.m olan izolə olunmuş İİ blok 3 otaqdan ibarət 7 nömrəli mənzili Cavabdeh MTK 41847 manat müqabilində Əhməd (Şirinova) Turalə Fərman qızına ayırmağı öhdəsinə götürür. İddiaçı tərəfindən 41.847 (qırx bir min) manat məbləğində ümumi dəyərin 39.640 (otuz doqquz min altı yüz qırx) manatı "xxxx" MTK-ya ödənilmiş, iddiaçının "xxxx" Mənzil Tikinti Kooperativinə qalan borcu cəmi 2.230 (iki min iki yüz otuz) manat təşkil etmiş, lakin o, həmin məbləği MTK-ya ödəyə bilməmişdir. Sonradan qalan məbləği ödəmək istədikdə ona "xxxx" Mənzil Tikinti Kooperativinin "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi olduğunu, lakin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bağlanmış müqavilələrin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bir tərəfli şəkildə ləğv edildiyini və hətta mənzillərin, o cümlədən iddiaçıya məxsus mənzilin artıq başqa şəxsə satıldığını bildirmişlər. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya məxsus qeyd edilən müqavilənin ləğvi və yaxud həmin mənzilini kiməsə satılması barədə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən qeyd edilən müqavilə üzrə məhkəmə ekspertizası təyin edilməsi barədə vəsatəti təmin edilməmişdir. Belə ki, qeyd edilən müqavilədə mənzilin sıra nömrəsi qrafasında əvvəlcə hansısa rəqəmin qeyd edildiyi,lakin onun ağardıcı ilə pozularaq 7 rəqəminin yazıldığı, mənzilin mərtəbəsində də eyni qayda da 2 rəqəminin qeyd edildiyi açıq aşkar görünür, odur ki, bunun üçün ekspertiza keçirilməsinə zərurət qalmamışdır.İşin bu halına qiyəm verərəkən məhkəmə bu qeydin cavabdehin özü tərəfindən aparılmasının daha ağlabatan olması nəticəsinə gəlir.Bunun əksi iddiaçının maraqlarına zidd ola bilərdi.Tərəflər arasında bağlanan müqavilənin etibarsızlığına əsas olan hallar məhkəmə prosesində müəyyən edilmədiyindən məhkəmə cavabdehin nümayəndəsinin iddiaya etirazını əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzil ilə bağlı öhdəliyi özündən asılı olmayan səbəbdən qismən yerinə yetirilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçının həmin mənzilə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən maneələr vardır. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən mübahisəli mənzilin iddiaçıya təhvil verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin İİ blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,2 kv.metr olan, 7 nömrəli mənzilinə görə iddiaçının ödəməli olduğu 2.230 (iki min iki yüz otuz) manat məbləğində qalıq pul ondan qəbul edilməli, həmin mənzilr Əhməd (Şirinova) Turalə Fərman qızına təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumuna görə pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin İİ blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,2 kv.metr olan, 7 nömrəli mənzilinə görə Əhməd (Şirinova) Turalə Fərman qızının ödəməli olduğu 2.230 (iki min iki yüz otuz) manat məbləğində qalıq pul Cavabdeh MTK tərəfindən qəbul edilsin, həmin mənzil Əhməd (Şirinova) Turalə Fərman qızına təhvil verilsin. Cavabdeh MTK –dan 10,40 manat dövlət rüsumuna görə pul tutulub Əhməd (Şirinova) Turalə Fərman qızına verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4131/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4131/2021
11.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver