Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4147/2022 29.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilə sahiblik hüququnun tanınması tələbi barədə iddia ərizəsinə dair mülki işə 29 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı dəyəri tərəfindən ödənilmiş mənzilə sahiblik hüququnun tanınması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi və Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 294 ünvandakı mənzilin qeyd şərtsiz onun sahibliyinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, İddiaçı Cavabdeh MMC tərəfindən vurulan 30700 (otuz min yeddi yüz) manat miqdarında maddi və mənəvi zərər cavabdeh "FAM-88” MMCdən tutularaq iddiaçı zərərçəkmiş İddiaçı verilməsi barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 28 dekabr 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə icraçı Cavabdeh MMC ilə ünvan 1 ünvanda qarşılıqlı müqavilə imzalanmış və qarşılıqlı razılaşmışlar ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 3 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilən çoxmənzilli, yüksəkmərtəbəli binanın 5-ci giriş, 5-ci mərtəbə, 294 saylı, üç otaqdan ibarət 120,69 kvadrat metr ümumi sahəsi olan, izolə olunmuş mənzilin hər kvadrat metrinə 650 (altı yüz əlli) manat pul vəsaitinin tərəfindən ödənilmək şərtilə payçı kimi ona verir. Razılaşdıqları qaydada 28 dekabr 2017-ci il tarixdə mənzilin hər kvadrat metrinə 650 (altı yüz əlli) manat, müqavilədə qeyd olunduğu kimi 120,69X650 AZN = 78449 (yetmiş səkkiz min dörd yüz qırx doqquz) manat pul vəsaitini hesablayaraq Cavabdeh MMC-nin direktoru X1 ödəmişdir. Mənzilin ümumi dəyəri tərəfindən ödənildikdən sonra Cavabdeh MMC- nin direktoru X3 və o, hazırlanmış müqaviləni imzalamışlar. Əlavə olaraq Fəxrəddinə demişdir ki, rəhbərlik etdiyi tikintidə dələduzluq halları mövcuddur. Əgər bir problem olacaqsa, onu övladlarının yanında utandırma, ona verdiyi pullar qızının evini satdığı pullardır. Cavabdeh MMC-nin direktoru Fəxrəddin Hüseynov mənzilə dair heç bir problemin olmadığını və gələcəkdə də, olmayacağını bildirmişdir. Ona pulunun hamısını birdəfəlik ödəməsini, 2018-ci ilin iyun ayında gəlib evini təmir etdirməsini demiş və ona aid olan komplekt müqavilə sənədlərini (005 saylı müqaviləni, mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını, vergi arayışını, ona verilən mənzilin layihəsindən çıxarışı da götürmüş və halallaşaraq ayrılmışlar. Bir müddət keçmiş, yaşadığı ünvana Cavabdeh MMC-nin direktoru Hüseynov Fəxrəddinin adından imza edilməmiş pretenziya məktubu gəlmiş, pretenziya imza edilməmişdi və həmin pretenziyanı götürüb Cavabdeh MMC-yə gəlmiş, nə baş verdiyini soruşmuşdur. Fəxrəddin Hüseynov ona işçilər tərəfindən səhv olaraq göndərildiyini, onun heç xəbəri olmadığını bildirmişdir. Həmin vaxt Fəxrəddindən 2018-ci ilin iyun ayına ev hazır olmalıydı bəs nə oldu soruşduqda, o bildirmişdir ki, maliyyə cəhətcə çətinlik çəkirik, imkan varsa bizə pul, yaxud material köməkliyi edin, o isə imkanının olmadığını, uşaqlann mənzili gözlədiyini demiş və binanın nə vaxta təhvil veriləcəyini soruşmuş, Fəxrəddin Hüseynov binanın 2-3 aya hazır olacağını bildirdi. Daha sonra, dəfələrlə Cavabdeh MMC-nin ofisinə gələrək binanın nə vaxta təhvil veriləcəyini soruşmuşdur. 25 may 2020-ci il tarixdə Cavabdeh MMC-yə deyildiyinə yeni təyin olunmuş direktoru Tağıyev Rafiq ona zəng edərək mənzilinə qaz, su, elektrik sayğacları üçün ödəniş etməli olduğunu bildirmişdir. 26 may 2020-ci il tarixdə Cavabdeh MMC-yə gələrək sayğaclar üçün tələb olunan 1100 (bir min yüz) manat ödənişi etmişdir. 17 iyul 2021-ci il tarixdə binanın tikintisinin başa çatdığını, mənzillərin təmirinə icazə verildiyini eşitmişdir. Həmin tarixdə tikintisi başa çatan binaya gələrək ona aid 294 saylı mənzilə Fəxrəddin Hüseynovla birlikdə baxış keçirmiş, mənzilin açarlarının 4-nü Fəxrəddin Hüseynov ona təqdim etmiş və açarın birini özündə saxlamış, təmirə başlanma vaxtını özü ona bildirəcəyini demişdir. Üzürlü səbəblərdən bir müddət mənzilə baş çəkə bilməmişdir. Bir müddətdən sonra mənzilini təmir məqsədilə getmiş, mənzilin giriş qapısının kilidi dəyişdirildiyini görmüşdür. Səbəbini soruşduqda bildirmişlər ki, hüquqşünasları ilə söhbət etsin. MMC-nin rəhbərliyini tapa bilməmişdir. Bir neçə gündən sonra Rafiq Tağıyev bildirmişdir ki, Fəxrəddinin xəstədir, pis xəstəliyə tutulub, bir az gözləmək lazım gələcəkdir. O isə xəstəliyin mənzilə nə aidiyyəti olduğunu, pulunu ödəyib mənzil aldığını, 5 ildir ki, pulunu alıb onu gözlətdiklərini bildirmişdir. O, mənzilin tikintisi məqsədilə 78449 (yetmiş səkkiz min dörd yüz qırx doqquz) manat, sayğacların quraşdirilması üçün 1100 (bir min yüz) manat olmaqla, ümumiyyətlə Cavabdeh MMC-yə 79549 (yetmiş doqquz min beş yüz qırx doqquz) manat pul vəsaiti ödəmişdir ki, mənzil alsın. Cavabdeh MMC-nin direktoru tam səlahiyyətli şəxs kimi onunla imzaladığı müqavilənin şərtlərini pozur, onu vaxtaşırı incidir, hüquq və qanuni mənafelərini pozaraq dəyərini tam ödədiyi mənzilinə buraxılmır. Dəfələrlə, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində tikilən 1 saylı binaya gedir, rəhbər işçilər gizlənir, onu adi işçilər qarşılayırlar, O, qeyd edilən mənzilin tam dəyərini ödəyərək qarşılıqlı razılaşdırılmış şərtlərə görə mənzilə dair sahiblik, istifadə və mülkiyyət hüquqlarını əldə etmişdir. Lakin, cavabdeh çoxmənzilli yaşayış binasını tikən Cavabdeh MMC-nin rəhbərliyi zorakılıq hərəkətləri edərək ona aid mənzilin kilidini dəyişdirərək hüquqlarını və qanuni mənafelərini pozur və pozmaqda davam edir. Mənzil tikintisini şərtləşdikləri tarixdən 4 il müddətinə gecikdirən borclu Cavabdeh MMC binanı tikib qurtardıqdan sonra da bir il müddətinə onun sözlərinə əhəmiyyət verməmiş, onun ölkənin hüquq-müdafiə orqanlarına müraciət etməyini məcburiyyət qarşısında qoymuşdur. 4 il ərzində ona dəymiş zərər-aylıq 400 manat x 48 ay = 19200 (on doqquz min iki yüz) manatdır, bundan əlavə hüquq-müdafiə orqanlarına etdiyi şikayətlər, şikayətlərin yazılmasına, işindən azad olub, məmurların qəbuluna gedibgəlməyə, iddia ərizəsinin hazırlanıb təqdim edilməsinə çəkilən xərclər, məhkəmə rüsumunu və digər izafi xərcləri 1500 (min beş yüz) manat qəbul edilsə, ona dəyən ümumi maddi zərər 19200+1500=20700 (iyirmi min yeddi yüz ) manat yalnız ona dəymiş maddi zərərdir. Bundan əlavə 5 il müddətinə Cavabdeh MMC-nin onu uşaq kimi 5 gündən bir mənzil tikilən əraziyə gedib-gəlməyə, müxtəlif neqativ söhbətlərlə işindən ayırmağa məcbur etməsi nəticəsində əsəbləşdirmiş müxtəlif həkimlərə müraciət etməyinə, müxtəlif dərman vasitələrindən istifadə etməklə sağlamlığına vurduğu zərərin miqdarı böyük olsa da, həmin zərəri 10000 (on min) manat miqdarında dəyərləndirərək, ona vurulan maddi və mənəvi zərərin 30700 (otuz min yeddi yüz) manat miqdarında cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Göründüyü kimi, Cavabdeh MMC ilə aralarında bağlanmış 28 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin ona ünvan 4 ünvandakı satdığı mənzilin tam dəyəri 78449 manat pul vəsaiti 28 dekabr 2017-ci il tarixdə ödənilmiş, quraşdırılan sayğacların dəyəri 26 may 2020-ci il tarixdə ödənilmiş, lakin Cavabdeh MMC sahiblik hüququna maneələr yaradaraq onu mənzilinə sahib olmağa imkan vermir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Nümayəndə izahatında bildirdi ki, xx.xx.2017-ci ildə Rezai Bəhram adlı şəxslə ilk podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bəhram tikinti üçün kərpic gətirəcəkdir, əvəzində onun qeyd etdiyi şəxslərlə mənzilə dair müqavilə bağlanacaqdır. Bundan sonra, iddiaçı ilə müqavilə bağlanmışdır ki, o binaya kərpic və armatur gətirəcəkdir, əvəzində ona mənzil veriləcəkdir. Kərpic və armatur gətirilmiş, armatur yaxşı olmadığından qaytarılaraq əvəzində tikinti materialları gətirilməsi təklif olunmuş, Odur ki, müqavilə bağlanan zaman deyil, müqavilə bağlandıqdan bir müddət sonra ona maliyyə arayışı verilmişdir. Buradan da görünür ki, iddiaçı tərəfindən mənzilin alınması üçün hər hansı məbləğdə ödəniş olmamışdır, müqavilə görünüş üçün bağlanmışdır, iddia tələbi əsassızdır, təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, tikinti işləri ilə məşğul olur. Barter müqaviləsi əsasında işləyir. Belə ki, işlədiyi işlərin müqabilində mənzillər əldə edir və onları digər şəxslərə satır. Cavabdeh MMC ilə də 2017-ci ildə müqavilə bağlamaqla briqadası ilə birlikdə hörgü-suvaq işləri görmüşdür. Gördüyü işlərin müqabilində 12 mənzil veriləcəyi razılaşdırılmışdır. Beş mərtəbə tikdikdən sonra digər tikintidə işləyən Şamil ilə tanış olmuşdur. Şamil ona bildirmişdir ki, tikinti üçün kərpic gətirə bilər, onunla razılaşmışlar. Şamil kərpic gətirdikcə o da mənzillərdən ona vermişdir. Sonra Şamil ona demişdir ki, armatur da gətirə bilər. Təxmini on iki min manat dəyərində kərpic gətirilmişdir. Mübahisəli mənzil armatur gətirilsin deyə yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o Cavabdeh MMC-də hüquqşünas vəzifəsində işləyir. İlk müqavilə Bərham adlı şəxs ilə bağlanmışdır. Bəhram adlı şəxs onlarla əməkdaşlıq etmişdir. Bir müddət sonra o, Şamil adlı şəxsi gətirmişdir ki, zavoddan ona kərpic və beton verilmədiyindən Şamil kərpic və beton işini həll edəcəkdir. Onlar da razılşmışdır. Fəxrəddin müəllim ilə bir otaqda oturduğundan, müqavilələri tərtib etdiyindən bütün olanlardan məlumatı vardır. Bəhram Famili gətirdikdə ona material əvəzi verilən mənzillərdən Şamilə material əvəzi verilməsi razılaşmışlar. Famil bir müddət sonra iddiaçını gətirərək onun köməyi ilə kərpic və armatur əldə edəcəklərini əvəzində iddiaçıya mənzil veriləcəyini bildirmiş, bu barədə razılaşmışlar. Həmin vaxt müqavilə bağlanmış, lakin maliyyə arayışı verilməmişdir. Lakin iddiaçı maliyyə arayışı verilməsə materialları gətirməyəcəyini demişdir. Bu səbəbdən də müqavilə bağlandıqdan bir müddət sonra maliyyə arayışı verilmişdir. 5000 manat dəyərində armatur istifadəyə yararsız olduğundan iddiaçıya geri qaytarılmışdır. Ümumilikdə 80000 manat material gətirilməli idisə, 10000 manat dəyərində material gətirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şahidlərin ifadələrini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: "xxxx" MMC-nin direktoru X2 tərəfindən İddiaçı arasında bağlanan xx.xx.2017-ci il tarixli Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 5 ünvanı 5-ci blok 5-ci mərtəbə 294 №-li mənzil, izolə olunmuş 3 (üç) otaqdan ibarət bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış qəbul etməyi öhdəsinə götürmüşdür. 3.1. Mənzilin sahəsi 120.69 kv.m-dir; Mənzilin 1 kv.m-nin dəyəri 650 (altı yüz əlli) manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 78.448 manatdır. Maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında inşa ediiən yaşayış binası "xxxx" MMC şirkətinə məxsusdur . Bu binanın -5-ci blok 5-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.m olan 3 (üç) otaqlı, 294 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 78448 (yetmiş səkkiz min dörd yüz qırx səkkiz) manat tam ödənilmişdir. FAM MMC-yə borcu yoxdur. "xxxx" MMC-nin direktoru X2 ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Müqavilənin surətindən görünür ki, müqavilənin məzmunu ünvan 5 ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli binaların hörgü işlərinin görülməsi və başa çatdırılmasından ibarətdir. Cəmi görülən işlərin məbləği 306446 man+30380 man = 336826 man. Müqavilə qiymətlərinin razılaşdırılması 1 nömrəli Protokolundan görünür ki, barter olunan mənzillər arasında 294 nömrəli mənzil (120.69 kv/m x 600) Rəzail Bəhram ilə razılamdırılmışdır. İşin materiallarında olan 26 may 2020-ci il tarixli sayğac ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən həmin tarixdə qaz, su və elektrik sayğacları üçün 500, 300 və 300 manat olmaqla, cəmi 1100 manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı tərəfindən mübahisəli mənzilin dəyəri tam olaraq cavabdehə ödənilməsi iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin direktoru X2 tərəfindən İddiaçı arasında bağlanan xx.xx.2017-ci il tarixli Mənzil Tikintisi haqqında mənzilə dair müqavilə və maliyyə arayışı, işin materiallarında olan 26 may 2020-ci il tarixli sayğac ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən həmin tarixdə qaz, su və elektrik sayğacları üçün cəmi 1100 manat məbləğində pulun "xxxx" MMC-yə ödənilməsi barədə qəbzlə, habelə iddiaçının özünün izahatı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa ediiən yaşayış binası "xxxx" MMC şirkətinə məxsusdur. Bu binanın 5-ci blok 5-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.m olan 3 (üç) otaqlı, 294 saylı mənzilin pay dəyərinin payçı İddiaçı tərəfindən 78448 (yetmiş səkkiz min dörd yüz qırx səkkiz) manat tam ödənilməsi və onun FAM MMC-yə borcunun olmaması tam təsdiq olunur. Məhkəmə cavabdeh tərəfin iddiaya etiraz olaraq təqdim etdiyi sübutlara qiymət verərək qeyd edir ki, tərəflər arasında müqavilənin formal müqavilə olması barədə cavabdehin dəlilləri iş materialları ilə təkzib edilir. Belə ki, "xxxx" MMC-nin direktoru X2 ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən, müqavilə qiymətlərinin razılaşdırılması 1 nömrəli Protokolundakı barter olunan mənzillər arasında 294 nömrəli mənzil (120.69 kv/m x 600) Rəzail Bəhram ilə razılaşdırılmasının iddiaçıya hər hansı aidiyyatının olmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. Şahidlərin ifadələrinə hüquqi qiymət verərkən məhkəmə qeyd edir ki, onların ifadələrinin mötəbərliliyi iş materialları ilə təkzib olunur. Beləliklə, göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzillə bağlı öhdəlik tam yerinə yetirilmiş, cavabdeh tərəf isə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin tərəflər arasındakı müqavilə bağlanan zaman qüvvədə olan 178.8ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə işin müəyyən edilən hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi Cavabdeh MMC ilə 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi və Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 294 ünvandakı mənzilin onun sahibliyinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin maddi və mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan müqavilədə müqavilənin icra müddəti göstərilmədiyindən, habelə tərəflərin izahatından göründüyü kimi mübahisəli mənzilini yerləşdiyi bina artıq tikilib qurtardığından öhdəliyin icrası gecikdirilmiş sayıla bilməz. Belə ki, MM-nin 445.1 maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş verən icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu əsasda məhkəmə hesab edir ki, iddia tələbi 19.200 manat maddi ziyan hissəsində əsassızdır və təmin edilməməlidir. İddia tələbinin iddia ərizəsinin hazırlanıb məhkəməyə verilməsi üçün çəkilən 1500 manat hissəsində iddianı əsaslandıran hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. İddia tələbinin həkimlərə müraciət etməsi, müxtəlif müalicə vasitələrindən istifadə etməsi əsəb, stress keçirməsi ilə bağlı 10 000 manat mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddianı əsaslandıran sübutlar habelə, iddiaçının səhhətinin vəziyyəti və bunun cavabdehin təqsirli hərəkətləri ilə əlaqədə olmadığını təsdiq edən sübutlar olmadığından iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh MMC ilə 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən pozulan sahiblik hüququ tanınmalı, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi və Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 294 ünvandakı mənzilin onun sahibliyinə təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumunun 50 manatı Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin olunsun. "xxxx" MMC ilə İddiaçı arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı Mənzil Tikintisi haqqında müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən ünvan 8 ünvandakı mənzil İddiaçı təhvil verilsin, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Cavabdehndən 50 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4147/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4147/2022
29.11.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mülki hüquq pozuntularından (d
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver