Məhkəmə qərarları › İş №2(012)-4191/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4191/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4191/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Haşim oğluna qarşı borc tələbinə dair mülki işə Məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Haşim oğluna qarşı borc tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 15 aprel 2018-ci il tarixli Sumqayıt şəhəri 3 saylı notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş kredit müqaviləsi ilə müəyyən edilən 50000 (əlli min) manat məbləğində pulun, dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun – cəmi 50030 (əlli min otuz) manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə prosesində iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verib hesab edir ki, iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 23.01.2019-cu il tarixli İcra qeydi olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 maddəsinə görə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. Həmin qanunun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: Həmin qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Belə ki, işin materiallarına əlavə olunmuş Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 23.01.2019-cu il tarixli icra qeydindən müəyyən edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh 30.09.2018-ci il tarixdən sonrakı müddət üçün vaxtında ödənilməmiş 50000 manat 00 qəpik (əlli min manat sıfır qəpik) tutulması barədə icra qeydi aparılmışdır. İşdə olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 17.05.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən müəyyən edilir ki, həmin icra sənədi üzrə icraata başlanılmış və bu barədə tələbin könüllü icrası haqqında Cavabdeh bildiriş göndərilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli Qərarına əsasən Səfərov Qurban Haşım oğlu qeyd e dilən icra qeydini icra etməməsinə görə İXM-nin 528.1 maddəsi ilə nəzərdə tutulan inzibati xədtada təqsirli bilinərək 8 gün müddətində inzibati həbs olunmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Haşim oğlundan 50000 (əlli min) manat məbləğində pulun tutulmasına dair 23.01.2019-cu il tarixli İcra qeydi olduğundan və həmin icra qeydi üzrə icra hərəkətləri davam etdirildiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Haşim oğluna qarşı borc tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən C.İ. Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar