Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4255/2022 27.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı kəndli fermer təsərrüfatının cavabdehlər Cavabdehnə (İİİ şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin bağlanması, icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və icarə hüququna dir Çıxarışın verilməsi üçün müvafiq sənədləşmənin aparılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı kəndli fermer təsərrüfatı cavabdehlər Cavabdehnə (İİİ şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin bağlanması, icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və icarə hüququna dir Çıxarışın verilməsi üçün müvafiq sənədləşmənin aparılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh – Abşeron RİH-nin və 3-cü şəxs İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 05 may 1991-ci il tarixli, 87 №-li Qərarı, 11 aprel 1991-ci il tarixli, 90№-li Sərəncamı və 12 aprel 1991-ci il tarixli Aktı, ”Nizamnamə”si və s.sənədləri nəzərə alınaraq İddiaçı kəndli fermer təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 16 hektar (o cümlədən 9 hektar dəmyə əkinə yararlı, 7 hektar dəmyə örüş yerinin) torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin bağlanması, icarə hüquqlarının dövət reyestrində qeydiyyata alınması və icarə hüququna dair Çıxarışın verilməsi üçün müvafiq sənədləşmənin aparılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddialardan biri də, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialardır. (məcburetmə haqqında iddia); İş materiallarından görünür ki, iddiaçı mübahisənin həll edilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmiş, Abşeron rayon İH 10 mart 2022-ci il tarixli məktubunda torpaq sahələri üzərində sənədləşmə işlərinin müvəqqəti olaraq dayandırılması ilə əlaqədar, adı çəkilən tədbirlə əlaqədar sənədləşmə proseduru başa çatdıqdan sonra aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı bundan sonra hazırkı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməyə müraciət etmiş, Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə xahişinə əsasən sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmçinin həmin qərardadda qeyd edilmişdir ki, iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Beləliklə, iş materiallarından göründüyü kimi, iddia tələbinin əsasını cavabdeh tərəfindən verilmiş qərar və sərəncamın cavabdeh tərəfindən icra edilməməsi təşkil edir. O halda, tərəflər arasında olan mübahisə ilə inzibati icraat yaranmalı və bundan sonra müahisənin həlli üçün iddiaçı inzibati məhkəməyə müraciət etməlidir. Bu halda, məhkəmə iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Eyni zamanda, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15.4-cü bəndinin məzmununa görə eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1 maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, hazırkı iddia ərizəsinə məhkəmədə mülki iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsi yolverilməz hesab edilməli və iddiaçıya aidiyyətı inzibati orqanın qərar və hərəkətindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.3. maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa-ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı kəndli fermer təsərrüfatının vəkili-nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixdə 1113 nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı kəndli fermer təsərrüfatının vəkili-nümayəndəsi Vəkil qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı kəndli fermer təsərrüfatının cavabdehlər Cavabdehnə (İİİ şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin bağlanması, icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və icarə hüququna dir Çıxarışın verilməsi üçün müvafiq sənədləşmənin aparılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya aidiyyətı üzrə müvafiq inzibati orqanın qərar və hərəkətindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. İddiaçı kəndli fermer təsərrüfatının vəkili-nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixdə 1113 nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı kəndli fermer təsərrüfatının vəkili-nümayəndəsi Vəkil qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Abşeron rayon Məhkməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4255/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4255/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver