Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4325/2022 08.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh3, Cavabdeh2 hər birinə 5000 manat kompensasiya ödənilməklə, Cavabdeh1 isə kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, anası İddiaçı 2 aydan çoxdur ki, Ağstafa rayonunda qızının yanında yaşayır. İddia ərizəsində İddiaçı qarşısında göstərilən imza anasına məxsus deyil, anası tərəfindən imzalanmamış, o cümlədən anasının nümayəndəsi olaraq onun tərəfindən də imzalanmamışdır. İddia ərizəsi Abşeron Rayon Məhkəməsində Rəşad adlı vəkil tərəfindən dəftərxanaya verilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasında işin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddia ərizəsi İddiaçı tərəfindən imzalanmamış, onu imzalamağa səlahiyyəti olmayan vəkil tərəfindən imzalanmış və ona İddiaçı tərəfindən heç bir etibarnamə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizənin baxılmamış saxlanması haqqında qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-4325/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4325/2022
08.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver