Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-447/2021 01.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması və mənzilin təhvil verilməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli, 509 №-li müqavilənin əsasında, onun hüquqi varisi olan Cavabdeh MTK ilə aralarında yenidən bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 111.4 kv.m olan, 57 №li 3 otaqlı mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin mənzilin İddiaçı yerində təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və “xxxx” MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 509 №-li müqaviləyə əsasən, həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 111.4 kv.m olan, 57 №li 3 otaqlı mənzil pay kimi İddiaçı ayıraraq ümumilikdə 42000 manat dəyəri tam ödənildikdən sonra verməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh MTK həmin mənzillə bağlı əvvəlki müqaviləni tanıyaraq, həmin mənzilin iddiaçıya satılmasına dair onunla xx.xx.2017-ci il tarixli yeni müqavilə bağlamış və yeni maliyyə arayışı vermişdir. İddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh mənzilin ona təhvil verilməsi öhdəliyindən yayınır və 5-ci blokun tikintisinin başa çatmaması bəhanəsi ilə orada təmir işlərinə başlamağına maneələr yaradır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə təqdim edərək, “xxxx” MMC-nin hüquqi varisi olan Cavabdeh MTK ilə aralarında yenidən bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin əsasında yenidən bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, həmin MTK-nın Abşeron rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə cavabdehin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blokunun yaşayış hissəsinin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 111.4 kv.m olan, 3 otaqlı 63 №-li mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin mənzilin iddiaçıya yerində təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2019-cu ilin əvvəlindən tətbiq edilmiş yeni mərtəbə və mənzillərin nömrələnmə qaydalarına əsasən, iddiaçının müqaviləsində qeyd olunmuş sözügədən binanın 5-ci blokunun yaşayış hissəsinin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 111.4 kv.m olan 57 №-li mənzilin hazırki nömrəsi 63 №-li hesab olunmuşdur. Bununla əlaqədar olaraq əvvəlki müqavilə əsasında İddiaçı Cavabdeh MTK ilə həmin mənzilin yeni nömrəsinə müvafiq olaraq 63 №-li mənzilə dair yenidən xx.xx.2021-ci il tarixli müqavilə bağlamışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MTK lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclas zamanı nümayəndəsinin iştirakını təmin etməməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdeh iddiaya etiraz təqdim etmişdir.Etirazda qeyd edilir ki, sözügədən binanın 5-ci blokunda yerləşən ümumi sahəsi 60.4 kv.m olan 57 №-li mənzil digər vətəndaşa satılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşin materiallarından olan xx xxxxx 2010-cu il tarixli, 509 №-li müqavilənin surətindən müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 111.4 kv.m olan, 57 №-li 3 otaqlı mənzili “xxxx” MMC İddiaçı ayırmağı öhdəsinə götürür. İşin materiallarından olan xx xxxx 2010-cu il tarixli, 07 №-li maliyyə arayışının surətindən müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 111.4 kv.m olan, 57 №-li 3 otaqlı mənzil üçün İddiaçı “xxxx” MMC-yə mənzilin 42000 manat pay dəyərindən sonuncu qalıq məbləğ olan 15000 manatı ödəmişdir və MMC-yə heç bir borcu yoxdur. İşin materiallarından olan xx xxxxxx 2017-ci il tarixli müqavilənin surətindən müəyyən edilir ki, bu müqavilə Cavabdeh MTK varisi olduğu “xxxx” MMC ilə İddiaçı arasında əvvəllər bağlanmış xx xxxxx 2010-cu il tarixli, 509 №-li müqavilə əsasında yeni şərtlərlə bağlanmışdır. Müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 111.4 kv.m olan, 57 №-li 3 otaqlı mənzili Cavabdeh MTK İddiaçı ayırmağı öhdəsinə götürür. İşin materiallarından olan xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 111.4 kv.m olan, 57 №-li 3 otaqlı mənzilin pay dəyəri olan 42000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir və onun MTK-ya heç bir borcu yoxdur. İşin materiallarından olan xx xxxxxx 2021-ci il tarixli müqavilənin surətindən müəyyən edilir ki, bu müqavilə Cavabdeh MTK-nın İddiaçı ilə əvvəllər bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilə əsasında aşağıdakı dəyişikliklərlə bağlanmışdır. İcraçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 111.4 kv.m olan, 57 №li 3 otaqlı mənzili payçıya ayırmağı öhdəsinə götürmüşdür. Hazırda isə həmin binada mənzillərin nömrələnmə qaydalarında olan dəyişiklikdən sonra, əvvəli müqavilədə göstərilmiş 57 №-li mənzilin yeni nömrəsi 63 №-li olması ilə əlaqədar olaraq, Cavabdeh MTK indiki müqaviləyə uyğun olaraq Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blokunun yaşayış hissəsinin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 111.4 kv.m olan, 3 otaqlı 63 №-li mənzili İddiaçı ayırmağı öhdəsinə götürür. İşin materiallarından olan xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blokunun yaşayış hissəsinin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 111.4 kv.m olan, 3 otaqlı 63 №-li mənzilin pay dəyəri olan 42000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir və onun MTK-ya heç bir borcu yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, xx xxxxxx 2021-ci il tarixli müqavilə ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blokunun yaşayış hissəsinin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 111.4 kv.m olan, 3 otaqlı 63 №-li mənzili Cavabdeh MTK 42000 manat müqabilində İddiaçı ayırmağı öhdəsinə götürür. Müqavilə şərtləri iddiaçı tərəfindən əvvəlcədən tam şəkildə ödənilsə də, cavabdeh MTK mənzili iddiaçının istifadəsinə verməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzil ilə bağlı öhdəlik tam yerinə yetirilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçının həmin obyektə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən maneələr vardır. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən mübahisəli obyekt sahəsinin iddiaçıya təhvil verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blokunun yaşayış hissəsinin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 111.4 kv.m olan, 3 otaqlı 63 №-li mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələr aradan qaldırılmalı və həmin mənzilin İddiaçı yerində təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blokunun yaşayış hissəsinin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 111.4 kv.m olan, 3 otaqlı 63 №-li mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələr aradan qaldırılsın və həmin mənzilin İddiaçı yerində təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-447/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-447/2021
01.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə mülkiyyət hüququnun tanınması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver