Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4504/2021 13.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Abşeron rayonu 1 №-li Notariat Kontoruna və Cavabdeh1 qarşı atalığın etiraf olunması və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi tələbinə dair mülki işə 13 dekabr 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Abşeron rayonu 1 №-li Notariat Kontoruna və Cavabdeh1 qarşı atalığın etiraf olunması və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, X11 onun və X17 ataları olduğunu etiraf etməsi (atalığın etirafı) faktının müəyyən edilməsi, 1964-cü il təvəllüdlü, 02 oktyabr 2016-cı ildə vəfat etmiş X17 onun bacısı olması faktının müəyyən edilməsi və onun X17 qanuni vərəsəsi olaraq X12 qalan mirası faktiki qəbul etməyi faktının müəyyən edilməsi, miras əmlak kimi çıxış edən Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Abşeron rayonu 1 №-li Notariat Kontoruna həvalə edilməsi, Cavabdeh1 miras əmlaka münasibətdə hüququ olmayan hesab edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun adına 02 oktyabr 2016-cı il tarixdə vəfat etmiş, bacısı X17 yeganə vərəsəsi olaraq ondan miras qalmış əmlakdan tam hissədə irs almağı üçün Abşeron rayonu 1 №-li Notariat Kontoru tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən də Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən X17 payına düşən hissəsi onun mülkiyyətinə verilmişdir. Bu barədə dövlət reyestrindən verilmiş Seriya RX, № ******* olan, 31 iyul 2018-ci il tarixli Çıxarışda torpaq sahəsi ümumi paylı mülkiyyət kimi göstərilmiş və pay sahibləri olaraq da onun adı və X3 adı yazılmışdır. X13 isə onun ögey anası, bacısı X17 doğma anasıdır. Belə ki, X32 ilə onun ataları bir, anaları isə ayrı şəxslərdir. X13 hələ bacısının sağ olduğu dövrdə 18 mart 1999-cu ildə ürək-damar çatışmamazlığı səbəbindən vəfat etmişdir. Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli qərarı ilə Raşta Pirəliyevanın və Nailə Səfərovanın birgə ümumi mülkiyyətinə verilmiş, ümumi ərazisi, 0,8 ha olan sözü gedən torpaq sahəsi isə X3 vəfatından sonra tam hissədə X1 və istifadəsində qalmışdır. X32 anasının yeganə vərəsəsi olaraq anasının vəfatından sonra torpaq sahəsini tam olaraq istifadəsinə keçirməklə ona sahiblik etsə də onu adına dövlət reyestrində qeydiyyata aldırmamış,yəni torpağın anasından miras qalan hissəsini vərəsə olaraq qəbul etməsi barədə ərizə ilə notariusa müraciət etməmiş, mirasa faktiki sahiblik etməklə, mirası faktiki olaraq qəbul etməklə kifayətlənmişdir. 18 mart 1999-cu ildə ürəkdamar çatışmamazlığı səbəbindən vəfat etmiş X3 bir övladı X32 olmuşdur. X32 rəsmi nikahda olmamışdır. O, 1999-cu ildən öldüyü günə kimi X37 ilə faktiki nikah münasibətində olmuş və bu münasibətdən də uşağı yoxdur,yəni X17 ondan başqa vərəsəsi yoxdur. Ona görə də o, X23, anası X4 qalmış mirası, yəni Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin 1/2 hissəsini də adına keçirməyi üçün cavabdeh notariat kontoruna müraciət etmişdir. Oradan isə tələbinin icrasının mümkünsüz olduğu bildirilmişdir və səbəb kimi də o göstərilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istədiyi torpaq sahəsi Cavabdeh1 tərəfindən məhkəmədə mübahisələndirilir və onun ünvan 2at kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX- nin 4 saylı Ərazi İdarəsinə qarşı, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması tələbinə dair” iddia ərizəsinə Abşeron rayon Məhkəməsinin icraatında baxılır. Hətta iddianı təmin tədbiri olaraq sözügedən ərazinin üzərinə məhkəmə tərəfindən həbs də qoyulmuşdur. Cavabdeh notariat kontorundan ona bu barədə rəsmi cavab, sənəd verilməsə də, deyilənlərin doğruluğu ilə məhkəmədən maraqlandıqda bunun həqiqət olduğu, yəni məhkəmənin icraatında 2(012)-2939/2019 №-li mülki işə baxıldığı ona bildirilmiş, lakin iddiaçı Cavabdeh1, iddiası üzrə keçirilmiş məhkəmə iclaslarına gəlmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının iddianı təmin tədbiri barədə ərizəsinə məhkəmə münasibətini soruşduqda da ona bildirilmişdir ki, həmin ərizənin təmin olunduğu barədə 13 iyun 2019-cu il tarixli, 2(012)- 2939/2019 №-li, qərardad var və qüvvədədir. Ona məlum olunanlardan sonra onu, məhkəmənin icraatında olmuş həmin 2(012)-2939/2019 №-li mülki işə cəlb olunmağı barədə ərizəni verməklə yanaşı, iddianı təmin tədbiri barədə ərizənin təmin olunması barədə qəbul edilmiş 13 iyun 2019-cu il tarixli qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmiş və şikayəti təmin olunsada məhkəmənin icraatında olmuş həmin 2(012)-2939/2019 №-li iş sonradan təzələnməklə 2(012)-900/2020 №-li mülki iş olaraq baxılmış və Cavabdeh1, mübahisəli torpaq sahəsinə dair, dövlət reyestrində onun adına aparılmış qeydiyyatla əlaqədar verilmiş çıxarışın və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması barədə tələbini təmin edən 10 noyabr 2020-ci il tarixli qətnamə qəbul edilmişdir. Hazırda tamamilə qanun pozuntuları ilə qəbul edilmiş həmin qətnamə tərəfindən Sumqayıt apellyasiya məhkəməsi mülki kollegiyasında 2(105)-1039/2021 №-li iş olaraq mübahisələndirilir. Həmin qanun pozuntusu andlandırdığı hallardan biri kimi, məhkəmədə onun adına verilən çıxarış mübahisələndirilir, lakin o, həmin iş üzrə cavabdeh tərəf kimi keçmir. Hansıki, mübahisələndirilən çıxarış, şəhadətnamə üzrə məsələ onun mənafelərinə birbaşa toxunan məsələdir. Onun hazırkı iddiasına zərurət ondan irəli gəlir ki, yuxarıda qeyd etdiyi kimi, vəfat etmiş bacısı X17 və onun ataları eyni şəxs, yəni Sahib Bahadur oğludur. Onun, nə onun anası ilə, nə də ki bacısı X17 anası ilə rəsmi nikahı olmamışdır. Onun da, bacısının da doğum şəhadətnamələri analarının sözləri əsasında yazılmışdır. Sahib Bahadur oğlunun ataları olmasının (atalığın) müəyyən olunmasının qeydiyyatı da aparılmamışdır. Ataları olan Sahib Bahadur oğlu hər zaman onları övladı olaraq qəbul etmiş, varlıqlarını etiraf etmişdir və bunu, atasının onlarla olan fotoşəkilləri, eləcə də onun bu etirafını eşidən və hazırda sağ olan şəxslər təsdiq edir. Həmin şəxslərdən biri də atalarının bacısı, bibiləri olan X9r. O bu təsdiqini ((012)-2939/2019 №-li) 2(012)-900/2020 №-li mülki işə birinci instansiyada baxılarkən şahid qismində verdiyi ifadəsində də bildirib və bu ifadə məhkəmə qətnaməsində qeyd olunmuşdur. Miras qoyan X32 ilə qardaş-bacı olmaları faktının müəyyən olunmasına dair tələbinin təmin olunması barədə məhkəmə qətnaməsi, mirası faktiki qəbul etməyi faktının müəyyən olunmasına dair tələbinin təmin olunduğu barədə məhkəmə qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirildiyi üçün həmin tələblərinə ərizə icraatında deyil, iddia icraatında baxılmalı olduğu qənaətinə gəlinməklə qətnamələr ləğv edilmişdir. Ona görə də o, hazırkı iddiası ilə məhkəməyə müraciət etməklə hüququnun, haqqının tanınmasını Cavabdeh1 iddiasında saxta olduğunu, qanunsuz yolla mirasa sahib çıxmaq istədiyini sübut etmək istəyir. Eləcə də, cavabdeh notariat kontorundan ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməsi tələbinin tam qanuni əsaslı olduğunu sübut etmək istəyir. Cavabdeh1 qeyd olunan mirasa münasibətdə heç bir subyektiv hüquqa malik olmadığının sübutu olaraq özünün Nailə Səfərovanın qardaşı olmağını və onun vərəsəsi kimi mövcudluğunu, Cavabdeh1 iddiasında göstərdiyi dəlillərinin saxta olduğuna sübut olaraq da, mülki məhkəmə icraatında preyidusial əhəmiyyətə malik, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünü, Abşeron rayon Novxanı bələdiyyəsindən verilmiş 25 may 2017-ci il tarixli arayışı, Abşeron rayon İcra Hakimiyyətinin Novxanı kəndi üzrə nümayəndəliyindən verilmiş 93 №-li, 18 yanvar 2018-ci il tarixli arayışı, “torpağın mülkiyyətə verilməsinə dair” AİK-nın Şəhadətnaməsini və sair faktlar vardır. Odur ki hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, atası Sahibin sağlığında Nailə adlı Bacısının olduğunu eşitmişdir, təxminən 1989-cu il olardı atası onu Nailə ilə görüşdürdü, sonradan onlar ara-sıra görüşmüşlər. Cavabdeh1 iddianı qəbul etmədi və izahatında bildirdi ki, eyni iddia tələbi ilə məhkəmədə artıq bu işə baxılmışdır. Belə ki, onun tərəfindən İddiaçı adına olan “26.07.2018-ci il tarixli **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışa İddiaçı verilmiş 28.07.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunmasına dair” iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmin mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olmuş, həmin mülki iş üzrə maraqlı şəxs İddiaçı tərəfindən eyni tələb ilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Yekun olaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-900/2020 saylı qətnaməsinə əsasən tərəfiidən verilmiş iddia ərizəsi təmin olunmuş, İddiaçı tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi isə icraata qəbul olunmasından imtina edilmişdir. Bundan sonra İddiaçı tərəfindən həmin qətnamədən Apellyasiya şikayəti verilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1039/2021 saylı qətnaməsi yenidən onun xeyrinə çıxmışdır. Bundan başqa, qeyd etdiyi qətnamələrdən öncə bir neçə qətnamə onun xeyrinə çıxmışdır. Belə ki, bibisi X14 öz övladı əvvəllər soyadı Pirəliyeva olan, sonradan isə soyadını dəyişən X32 ilə birlikdə yaşayırdı. 20 ildən çox idi ki, bibisi və bibisinin qızına o, baxırdı. Bundan başqa, həmin torpağın üzərində tikilən və Pirəliyeva Rasta ilə qızı Səfərova Nailənin yaşdıqları evi o, öz şəxsi vəsaiti ilə bir neçə il ərzində tikmişdir. 1999-cu il tarixdə Pirəliyeva Rasta vəfat etmişdir. Bibisi qızı Nailə Səfərova isə ağır onkoloji xəstə olduğu üçün, onun bütün yaşayış üçün xərclərini və dərmanlarının vəsaitini özü ödəyirdi. Lakin, 2016-ci ildə X32 ürək çatmamazlıqdan vəfat etmişdir. X41 və X17 ondan başqa qohumları qalmamışdır. Beləliklə, tərəfindən bütün sənədləri yığararaq ünvan 2at Kontoruna vərəsəliklə əlaqədər 2016-ci il tarixdə müraciət olunmuşdur. Lakin sənədlərdə müəyyən bir promlerlər yarandığı üçün tərəfindən “Hüququ faktının müəyyən edilməsinə” dair ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Yeganə qohumluğu olduğu üçün 25 dekabr 2017-ci il tarixdə 2(012)-8950/2017 saylı Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən ərizəsi təmin edilmişdir. Bundan sonra, ƏMDK-nin DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə gedərkən ona məlumat verilmişdir ki, həmin torpağın üzərinə Abşeron Rayon Məhkəməsi tərəfindən həbs qoyulmuşdur. Məhkəməyə gedərkən ona məlumat verilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-7184/2017 saylı 23 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən ərizəçi İddiaçı “Hüququ əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin olunmuş və İddiaçı X17 qardaşı faktı təsdiqlənmişdir. Bundan başqa, İddiaçı tərəfindən onu cavabdeh qismində qoyaraq, “Mirasın qəbul edilməsi və müddətin uzadılmasına” dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(012)-1122/2018 saylı qətnaməsinə əsasən məhkəmə İddiaçı xeyrinə qətnamə çıxarmışdır. Lakin tərəfindən 15 may 2018-ci il tarixli 2(012)-1122/2018 saylı və 23 oktyabr 2017-ci il tarixli 2(012)-7184/2017 saylı hər iki qətnamələrdən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi hər iki apellyasiya şikayətlərinə baxaraq 13 noyabr 2018-ci il tarixli 2(105)-4184/2018-saylı qərardada əsasən 23 oktyabr 2017-ci il tarixli 2(012)- 7184/2017 saylı qətnaməni ləğv etmişdir. Bununla belə, Şükürov X22 Nailənin qardaşı olduğu faktını təsdiqləyən qətnamə ləğv olunmuşdur. Bundan başqa Sumqayıt Apellyasiya məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(105)-331/2018 saylı qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(012)-1122/2018 saylı qətnaməsi də ləğv olunmuşdur. Həmçinin, qeyd edir ki, Nailə Səfərova onun bibisi Rastanın qızııdır.Bibisi rəsmi nikahda olmamışdır. Nailənin atasının kim olması onlara məlum deyil, Nailə ilə həmişə yaxşı münasibəti olmuşdur. Nailənin Bahadaur adında qardaşının olmasını heç vaxt ondan eşitməmişdir. Odur ki, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Abşeron rayonu 1 №-li Notariat Kontoru nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 27.10.2021-ci il tarixdə Abşeron rayonu 1 №-li Notariat Kontoru məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasını onların iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 ifadəsində bildirdi ki, o, mərhum Nailə Səfərovanın qeyri-rəsmi həyat yoldaşı olmuşdur. Nailənin atası Sahib, tək qardaşı Bahadur idi. Saleh isə onun bibisi oğludur. Bahadur ilə hər həftə bir-birlərinə gedirdilər. Bahadur atası evində olurdu. Nailə vəfat etdikdə Bahadur gəlməmişdir. Nailənin dediyinə görə Sahibi sonuncu dəfə 1980-ci ildə onu görməyə gəldikdə görmüş, lakin qohumları yaxın qoymamışdır.Nailə vəfat etdikdən sonra orada özü qalırdı, Bahadur gedib- gəlirdi. Torpağın vergisini özü ödəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, Nailənin anası Rasta idi. Rasta ilə onun anası birlikdə işləyirdi. Rastanı Sahibə almaq istədilər. Anası onu Rastanı gətirmək üçün göndərmişdir. Qafanda bunlar baş verəndə onun on yaşı olardı. Rasta ilə Sahib evlənəndən sonra Sahib əsgərliyə getmişdir. Rasta qardaşından böyük idi. Nailəni qardaşı Sahib əsgərlikdən gələndən sonra gördü. Sahib əsgərlikdən gələndən sonra arvadı Rastanı istəmədi,Rasta Nailəni götürüb apardı. Bahaduru da anası saxlamışdı. Nailə ilə Bahadurun münasibətləri normal olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Bahadurun qonşusudur. Bahadurun atasını tanıyırdı. 10 ildir qonşudurlar. 6-7 il bundan əvvəl qadın görmüş, soruşduqda Bahadur ona bacısı Nailə olduğunu, münasibətlərinin normal olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan: JN-696A KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən edilir ki, X19 və X16 Abşeron rayonu, Novxanı kəndində Abşeron r-nu Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi verilmişdir. 28.07.2018-ci il tarixli Qanun üzrə vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 02.10.2016-cı il tarixdə ölmüş X17 vərəsəsi qardaşı İddiaçıdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın 4 saylı Ərazi İdarəsi tərəfindən 26.07.2018-ci il tarixdə verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsində X17 payına düşən torpaq sahəsindən ibarətdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.12.2017-ci il tarixli AZ-T № 052372 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X27, anası X5r. Ermənistan Qafan rayon Zaqs şöbəsi tərəfindən 31.05.1974-cü ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 23.04.1964-cü ildə Qafan rayonunda anadan olmuş, anası X7r.Ata qrafası boşdur. Abşeron rayon Novxanı kəndi üzrə Nümayəndəliyi tərəfindən 02.06.1999-cu ildə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 18.03.1999-cu ildə Abşeron rayonu Novxanl kəndində ölmüşdür. Qubadlı rayon ZAQS şöbəsi tərəfindən 04.05.1977-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.1970-ci ildə Qubadlı rayonunda anadan olmuş, atası X20, anası X6r. 29.12.2017-ci il tarixli arayışın surətindən görünür ki, X14 18.03.1999-cu ildə Abşeron rayonu, Novxanı kəndində ölmüşdür. Ölümün səbəbi ürək-damar çatışmazlığıdır. 18.01.2018-ci il tarixli arayışın surətindən görünür ki, X32 ölən gününə kimi Abşeron rayonu, Novxanı kəndində Y.Məmmədəliyev küçəsi, ev 6-da qeydiyyatda olub və yaşayıb. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 19.01.2018-ci il tarixdə verilmiş AZ-İ № 905836 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 02.10.2016cı ildə ürək çatışmazlığı səbəbindən ölmüşdür. Abşeron rayon Məhkəməsinin 23.10.2017-ci il tarixli, 2(012)-7184/2017 saylı qətnaməsinin surətindən görünür ki, 1970-ci il təvəllüdlü İddiaçı 1964-cü il təvəllüdlü X17 qardaşı olması faktı müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13.11.2018-ci il tarixli, 2(105)-4184/2018 saylı qərardadının surətindən görünür ki, apellyasiya şikayət qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 23.10.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı X32 ilə qardaş-bacı olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 134850 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 978 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində 31.07.2018-ci il tarixdə hüquqi sahibləri X19 və İddiaçı olmaqla qeydiyyata alınmışdır. 20.05.2019-cu il tarixli arayışın surətindən görünür ki, Şükürov X2 əvvəlki adı (Y.Məmmədəliyev) küçəsi hal hazırki adı N.Kəsəmənli küçəsində mülkiyyətində 0.08 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinin 2018-2019-cu illər üçün torpaq vergisini ödəmiş 31.12.2019-cu il tarixə borcu yoxdur. Abşeron rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(012)-900/2020 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair ünvan 2at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiqlənərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin torpaq sahəsinə aid Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı “02 oktyabr 2016-cı ildə vəfat etmiş X17 qanuni vərəsəsi kimi tanınmağı” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2(105)-1039/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-900/2020 saylı qətnaməsi Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinə dair ünvan 2at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiq edilərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı adına Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində X17 payına düşən torpaq sahəsinə dair ünvan 2at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiq edilərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin 30.03.2017-ci il tarixli 1(012)-131/2017 saylı hökmün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirli bilinib ona aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilmişdir. Həmin hökmün giriş hissəsindən görünür ki, Cavabdeh1 19 fevral 2017-ci il tarixdə təxminən saat 20 radələrində vəfat etmiş qohumu X30 rayonu, Novxanı kəndində yerləşən evinə gedərək sonuncunun əri X21 evdən çıxmasını tələb etdiyi üçün aralarında yaranmış mübahisə zamanı Cahid Əhmədovun kürək nahiyyəsinə təpiklə vuraraq onu yerə yıxmış, daha sonra isə yumruq zərbələri ilə sifət nahiyyəsinə qəsdən vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün üst və alt qapaqlarının, gözaltı nahiyyənin, döş qəfəsinin arxa səthinin qançırları, sol göz almasının kontuziyası (əziyi), sol gözaltı, sol almacıq və sol yanaq nahiyyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli, 28 saylı qərarı ilə X8 və X10 mülkiyyətlərinə Abşeron rayonu Novxanı kəndində 0,08 hektar torpaq sahəsi verilmiş, mülkiyyət hüquqları torpağın mülkiyyətə verilməsinə dair kodu 30800118 olan JN-696A saylı şəhadətnamə ilə rəsmiləşdirilmiş, həmin şəhadətnamə əsasında Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X32 və X8 adlarına 26 iyul 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 978 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. X14 18 mart 1999-cu il tarixdə, X32 02 oktyabr 2016-cı il tarixdə ölmüşlər. Bundan sonra, İddiaçı ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(012)-7184/2017 saylı qətnaməsi ilə onun X17 qardaşı olması faktı müəyyən edilmiş, eləcə də Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)- 1122/2018 saylı qətnaməsi ilə İddiaçı bacısı X12 qalan mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilmiş, bərpa edilmiş müddətin başlanması qətnamənin qanuni qüvvəyə mindikdən sonra hesablanmışdır. Abşeron RayonMəhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(012)-7184/2017 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)-1122/2018 saylı qətnaməsi üzrə 15 iyun 2018-ci il tarixdə icra vərəqəsi verilmiş və icra edilməsi üçün ünvan 2at ofisinə göndərilmişdir. ünvan 2at kontorunun xüsusi notariusu tərəfindən İddiaçı 28 iyul 2018-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən 02 oktyabr 2016-cı il tarixdə ölmüş X17 vərəsəsi qardaşı İddiaçı miras əmlakdan tam hissədə irs almalıdır, şəhadətnamə verilən miras əmlak Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində X17 payına düşən torpaq sahəsindən ibarət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında 31 iyul 2018-ci il tarixdə X19 və İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 978 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2(105)-4184/2018 qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(012)-7184/2017 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı X32 ilə qardaş-bacı olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmış, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(105)-3317/2018 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 15 may 2018ci il tarixli, 2(012)-1122/2018 saylı qətnaməsi ləğv edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 2at kontoruna qarşı X17 mülkiyyətində olmuş ünvan 3 ünvanda yerləşən 0,08 ha torpaq sahəsində yerləşən bir mərtəbəli həyət evinə onun tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddiası rədd edilmişdir. Həmçinin, işin materiallarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(012)-900/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, ünvan 2at ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması tələbləri, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh1 qarşı miras qoyanın vərəsəsi kimi tanınması tələbi barədə iddia ərizələrinə dair mülki iş üzrə iddianın təmin edilməsi, Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinə dair ünvan 2at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiqlənərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı 02 oktyabr 2016-cı ildə vəfat etmiş X17 qanuni vərəsəsi kimi tanınmağına dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09.09.2021-ci il tarixli 1039/2021 saylı qətnaməsi ilə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin edilərərk, Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-900/2020 saylı qətnaməsi Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinə dair ünvan 2at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiq edilərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı adına Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində X17 payına düşən torpaq sahəsinə dair ünvan 2at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiq edilərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsinin məzmunundan göründüyü kimi məhkəmə iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı 02 oktyabr 2016-cı ildə vəfat etmiş X17 qanuni vərəsəsi kimi tanınmağına dair iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən ona əsaslanmışdır ki, Şükürov Bahadur Sahib oğlunun Səfərova Nailə Sahib qızının qanun üzrə vərəsəsi olacaq hər hansı sənədi məhkəməyə təqdim etməmiş, onların qohumluq münasibəti müəyyən edilməmişdir. Məhz iddiaçı da bu əsasda hazırkı iddia tələbi ilə məhkəməyə yenidən müraciət etməli olmuşdur. İddiaçı hazırkı iddia ərizəsində X11 onun və X17 ataları olduğunu etiraf etməsi (atalığın etirafı) faktının müəyyən edilməsi, 1964-cü il təvəllüdlü, 02 oktyabr 2016-cı ildə vəfat etmiş X17 onun bacısı olması faktının müəyyən edilməsi və onun X17 qanuni vərəsəsi olaraq X12 qalan mirası faktiki qəbul etməyi faktının müəyyən edilməsi, miras əmlak kimi çıxış edən Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Abşeron rayonu 1 №-li Notariat Kontoruna həvalə edilməsi, Cavabdeh1 miras əmlaka münasibətdə hüququ olmayan hesab edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1.maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin; 307.2.10.maddəsinə görə atalığın etiraf olunması faktını müəyyən edir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2. maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Cavabdeh iddianı qəbul etmir. İş materiallarında olan Ermənistan Qafan rayon Zaqs şöbəsi tərəfindən 31.05.1974-cü ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 23.04.1964-cü ildə Qafan rayonunda anadan olmuş, anası X7r.Ata qrafası boşdur. İddiaçı iddia edir ki, Səfərova Nailə Sahib qızı onun atabir ögey bacısıdır. İş materiallarından göründüyü kimi İddiaçı xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur atası X27, anası X5r. X24 23.04.1964-cü ildə Qafan rayonunda anadan olmuşdur.Doğum şəhadətnaməsində ata qrafası boşdur. İddiaçının özünün izahatına görə Nailənin adını atasından eşitmiş,lakin ilk dəfə təxminən 1989-cu ildə onu görmüş, sonra ara-sıra görüşmüşlər. İddiaçının şahid kimi məhkəməyə təqdim etdiyi X18 ifadəsində özünün on yaşı olan vaxtlar anası onu Rastanı gətirmək üçün göndərmiş, Rasta ilə Sahib evlənmiş,sonra Sahib əsgərliyə getmiş, Nailəni qardaşı Sahib əsgərlikdən gələndən sonra görmüş,Sahib əsgərlikdən gələndən sonra arvadı Rastanı istəməmiş,Rasta Nailəni götürüb getmiş deyə bildirmişdir. Digər şahid X37 ifadəsində Nailə Səfərovanın qeyri-rəsmi həyat yoldaşı olduğunu, Nailənin atasının Sahib, tək qardaşının Bahadur olduğunu, Salehin isə Nailənin bibisi oğlu olduğunu, Bahadur ilə hər həftə bir-birlərinə gedib- gəldiklərini, Nailə vəfat etdikdə Bahadurun gəlmədiyini bildirmişdir. Qeyd edilən sübutlara məhkəmə hüquqi qiymət verərək hər hansının mötəbərliyinin mümkün olmaması qənaətinə gəlir.Belə ki, iddiaçının bibisi kimi təqdim olunan Bənövşə Əzimova Raşta ilə Sahib evlənəndə onun özünün on yaşı olduğunu bildirsə də, işin materiallarında olan onun şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi o, 1940-cı ildə anadan olmuşdur.Yəni, Nailə anadan olan vaxt onun 24 yaşı var idi.Göründüyü kimi şahid özü zidiyyətli ifadə verir.Həmçinin, onun özünün də ifadəsindən göründüyü kimi Raştanı anasının məsləhəti ilə gedib gətirmiş, az sonra Sahib əsgər getmiş və qayıdandan sonra da Raştanı bəyənməmiş, ayrılmışlar, Raşta Nailəni də götürüb getmişdir.İddiaçı özü Nailəni ilk dəfə 1989-cu ildə gördüyünü bildirir. Şahidlər isə eşitdiklərinə görə Bahadurla Nailə ögey bacı –qardaş olduqlarını bildirmişlər. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı Nailədən daha sonralar anadan olmaqla, şahidlər isə Raşta Pirəliyevanın Nailə Səfərovaya məhz Şükürov Sahiblə faktiki nikahda olduqları vaxtda anadan olduğunu təsdiq etmirlər. Şahid Bənövşə Əzimovanın ifadəsindən Raşta ilə Sahibin cox qısa müddət birlikdə ər-arvad kimi yaşadıqlarını bildirmişdir. Digər şahid Nailə Səfərovanın faktiki nikahda olduğu əri X25 ifadəsinin həqiqili isə onun iş üzrə cavabdeh Cavabdeh1 ilə qərəzli münasibətdə olmasından istisna olunur.Belə ki, yuxarıda qeyd edilən Abşeron rayon Məhkəməsinin 30.03.2017-ci il tarixli 1(012)-131/2017 saylı hökmün surətindən göründüyü kimi Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib ona aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilmişdir ona görə ki, o,19 fevral 2017-ci il tarixdə təxminən saat 20 radələrində vəfat etmiş qohumu X30 rayonu, Novxanı kəndində yerləşən evinə gedərək sonuncunun əri X21 evdən çıxmasını tələb etdiyi üçün aralarında yaranmış mübahisə zamanı Cahid Əhmədovun kürək nahiyyəsinə təpiklə vuraraq onu yerə yıxmış, daha sonra isə yumruq zərbələri ilə sifət nahiyyəsinə qəsdən vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün üst və alt qapaqlarının, gözaltı nahiyyənin, döş qəfəsinin arxa səthinin qançırları, sol göz almasının kontuziyası (əziyi), sol gözaltı, sol almacıq və sol yanaq nahiyyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Pirəliyeva (Səfərova)Nailə Sahib qızının doğum şəhadətnaməsində ata qrafası boşdur, Nailə özü sağlığında belə atalıq faktını müəyyən etdirməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X11 X17 atası olmasını təsdiq edən sübutlar yetərli olmadığından iddia tələbi atalığın etirafı faktının müəyyən edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.İddia tələbinin X11 iddiaçının atası olması faktının tanınması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal iddiaçının doğum şəhadətnaməsi ilə müəyyən edildiyindən onun hüquqi fakt kimi tanınmasına ehtiyac yoxdur.Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi X11 X17 atası olması hissəsində təmin edilmədiyindən elə bu əsasda iddianın digər hissələri də əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarına və istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən belə qənaətə gəlir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı cavabdehlər Abşeron rayonu 1 №-li Notariat Kontoruna və Cavabdeh1 qarşı atalığın etiraf olunması və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrli edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4504/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4504/2021
13.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver