Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4518/2021 08.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil Rüfət oğlu və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 08 oktyabr 2021ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən 190B saylı evin, M10, 59 saylı mənzilinə dair Bakı şəhəri 23 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş 2021-ci il tarixli alqı-satqı müqaviləsindən cavabdeh tərəfindən alınmış 86000 manat məbləğində pul vəsaitinin ½ hissəsinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil Rüfət oğlu məhkəməyə “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində yerləşən 190B saylı evin, M10, 59 saylı mənzilinə dair Cavabdeh tərəfindən götürülmüş Bakı şəhəri 23 saylı Notariat ofisi tərəfindən 3M-1142 reyestr nömrəsi ilə təsdiq edilmiş, 11 iyun 2021-ci il tarixli "İlkin alqı-satqı müqaviləsi" üzrə 30000 manat və Bakı şəhəri 23 saylı Notariat ofisi tərəfindən 4Ə-852 reyestr nömrəsi ilə təsdiq edilmiş, AN-İ seriyalı, ******* nömrəli, 19 iyun 2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" üzrə 54000 manat olmaqla, ümumilikdə 84000 manat məbləğində pul vəsaitinin ½ hissəsinin və dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X3 ilə 13 iyun 2009-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan 28 aprel 2010-cu il təvəllüdlü X6 və 14 yanvar 2013-cü il təvəllüdlü X7 anadan olmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4961/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə X3 arasında Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində 13 iyun 2009-cu il tarixdə 635 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 28 aprel 2010-cu il təvəllüdlü X6 və 14 yanvar 2013-cü il təvəllüdlü X4 anaları X1 yanında qalmalarının müyyən edilməsi, həmin azyaşlıların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 19 iyun 2019-cu il tarixdən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 190B, M10, 5 saylı mənzilin üzərində onun ½ payının müyyən edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3707/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4961/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 190B, M10, 5 saylı mənzilin alınmasına görə Azərbaycan Beynəlxalq Bankı ilə X3 arasında bağlanmış 18 may 2016-cı il tarixli müqaviləyə əsasən götürülmüş 32000 manat kredit borcundan ödənilməmiş qalan 27.649,17 manat pulun ½ hissəsinin ona aid edilməsi və həmin borc məbləğinin hər ayın 18-ci günü 133,85 manat olmaqla, həmin kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində hissə-hissə olaraq ondan tutularaq X2 verilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4961/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3707/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 190B, M10, 5 saylı mənzili yuxarıda qeyd olunan qətnamələrə əsasən tərəflərin hər birinin payı ½ hissədə olmaqla bölündükdən sonra mənzilə dair çıxarış cavabdeh X1 adına qalmış, bu səbəbdən aralarında olan razılığa əsasən İddiaçı əmlakın satılmasına notariat qaydasında razılıq verdikdən sonra cavabdeh X3 əmlakın alqı-satqısından sonra notariusun depozit hesabından vəsaiti götürüb iddiaçının payına düşən ½ hissədə olan pul vəsaitini ona ödəməli olmasına baxmayaraq, pul vəsaitinin tamamını özünə götürərək ona düşən hissəni ödəməkdən imtina edir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil Rüfət oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya pul ödənilməyib. Pulun ödənilməsini təsdiq edən heç bir sənəd mövcud deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, sözügedən mənzil 84000 manata satılmışdır. Qeyd olunan vəsaitin 30000 manatı ilkin alqı-satqı müqaviləsi, qalan 54000 manatı isə əsas alqı-satqı müqaviləsi əsasında ödənilmişdir. Həmin mənzil bankdan onun adına götürülmüş 32000 manat kredit əsasında alınmışdır. İlkin alqı-satqı müqaviləsi əsasında, 11 iyun 2021-ci il tarixdə 30000 manat ona ödənildikdən sonra banka qalan 29212 manat borcu ödəyərək mənzili girovdan çıxarmış, 603 manat vergi tutulmuşdur. Buna iddiaçı notariat orqanında razılıq verib. Yekunda evin satışından onun bank hesabında 54000 manat qalmışdır. 19 iyun 2021-ci il tarixdə iddiaçı ilə görüşərək həmin məbləğin yarısını, yəni 27000 manatı iddiaçıya vermişdir. Ona inandığı üçün pulun verilməsinin rəsmiləşdirilməsinə ehtiyac duymamışdır. İddiaçının ona 6820 manat aliment borcu olub. Pulu aldıqdan sonra ödəyəcəyini bildirsə də, ödəməmişdir. Ona məxsus 27000 manat pul vəsaitindən 25000 manat məbləğ banka əmanət olaraq qoyulmuşdur. Dəfələrlə iddiaçı ilə əlaqə saxlamağa çalışsa da, bu, mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən mənzil X1 mülkiyyətindədir və ********** qeydiyyat nömrəsi ilə 20.12.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarından olan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3707/2020 saylı 10.09.2020-ci il tarixli qətnaməsi ilə ilk iddiaçı X1 vermiş olduğu apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(004)-4961/2019 saylı qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində qismən ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti ev 190B, M10, 5 saylı mənzilin alınmasına görə Azərbaycan Beynəlxalq Bankı ilə X3 arasında bağlanmış 18 may 2016-cı il tarixli müqaviləyə əsasən götürülmüş 32000 manat kredit borcunun ödənilməmiş qalan 27649,17 manatın ½ hissəsi qarşılıqlı İddiaçı oğluna aid edilməsi və həmin borc məbləğinin hər ayın 18-ci günü 133,85 manat olmaqla, həmin kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində hissə-hissə olaraq İddiaçı tutularaq X2 verilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(004)-4961/2019 saylı qətnaməsinin apelyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işin materiallarından olan nikahın pozulması haqqında 380495 №-li şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı və X3 arasındakı rəsmi nikaha Yasamal rayon Qeydiyyat şöbəsində 24.02.2021-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına “Hacıyeva” soyadı verilmişdir. Mülki işin materiallarından olan 11 iyun 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən müəyyən edilir ki, “alıcı” X9 Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.3 kv.m olan mənzil üçün həmin əmlakın qiyməti olaraq müəyyən edilən 84000 manat məbləğində pul vəsaitinin 30000 manatını “satıcı” Cavabdeh notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir, “satıcı” Cavabdeh isə həmin pulu qəbul edir. Yerdə qalan 54000 manatı isə “satıcı”ya mənzilin yüklülük və məhdudiyyətdən azad etdikdən sonra əsas alqı-satqı müqaviləsi rəsmiləşdirməyi öz öhdəsinə götürür. Mülki işin materiallarından olan 11.06.2021-ci il tarixli **********015 saylı ərizədən müəyyən edilir ki, İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. Mülki işin materiallarından olan ******* №-li 19 iyun 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı” Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.3 kv.m olan mənzili 84000 manat müqabilində “alıcı” X5 mülkiyyətinə verir. Alıcı daşınmaz əmlakın dəyəri olan 84000 manat məbləğində pul vəsaitinin 30000 manatını ilkin alqı-satqı müqaviləsi əsasında ödəmişdir. Yerdə qalan 54000 manatı isə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Satıcı Cavabdeh 602,10 manat, ümumilikdə cəmi 602,10 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur. Mülki işin materiallarından olan 9807 №-li 14.06.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, "xxxx" ASC (Abşeron filialı) ilə Cavabdeh arasında bağlanmış 18.05.2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona 32000 manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə 14.06.2021-ci il tarixinə bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyil. Mülki işin materiallarından olan 01 iyul 2021-ci il tarixli ərizədən müəyyən edilir ki, Cavabdeh 25000 manat məbləğində pul vəsaitini "xxxx" QSC-yə əmanət olaraq qoymuşdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından və işə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4961/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan anadan olan azyaşlıların analarının yanında qalması, həmin azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ümumilikdə 320 manat aliment məbləğinin müəyyən edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı payının ½ hissədə müəyyən edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3707/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə əvvəlki məhkəmə qətnaməsi qismən ləğv edilərək, mübahisəli mənzilin alınmasına görə bankdan götürülmüş 32.000 manat kredit borcundan ödənilməmiş qalan 27.649,17 manatın ½ hissəsinin İddiaçı aid edilməsi, həmin məbləğin X2 verilməsi qət edilmişdir. Sözügedən mənzili tərəflər birgə nikah dövründə bankdan 32000 manat kredit götürərək əldə etmiş, həmin mənzil cavabdehin mülkiyyətinə keçirilmişdir. Tərəflər arasında rəsmi nikah pozulduqdan sonra onlar mübahisəli mənzili satmaq qərarına gəlmişlər. Həmin daşınmaz əmlak 84000 manat müqabilində iki müqavilə ilə satılmışdır. Belə ki, ilkin alqı-satqı müqaviləsi ilə cavabdehə əvvəlcə 30000 manat, daha sonrakı müqavilə ilə 54000 manat ödənilmiş, iddiaçı ərizəsi ilə əmlakın satılmasına etiraz etmədiyini bildirmişdir. Mənzil satılarkən Cavabdeh 602,10 manat, ümumilikdə cəmi 602,10 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur. İddiaçı hazırda satılan əmlakdan əldə edilən 84000 manat məbləğində pul vəsaitinin ½ hissəsinin ona ödənilməsini məhkəmədən tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, ilkin müqavilə ilə əldə etdiyi 30000 manat məbləğində pul vəsaitini mənzili əldə edərkən götürülən kreditdən qalan 29212 manat kredit borcunu və 603 manat vergi haqqını ödədiyini, ikinci müqavilə ilə isə ona ödənilən 54000 manat pulun yarısını, yəni 27000 manat məbləğində pul vəsaitini iddiaçı ilə görüşdükdən sonra ona təqdim etdiyini, ona inandığı üçün bunu rəsmiləşdirmədiyini bildirir. Mənzilin əldə edilməsi üçün bankdan götürülən kredit üzrə tərəflərin banka olan borcunun cavabdeh tərəfindən tam şəkildə ödənildiyi işin materiallarından olan maliyyə arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, yaxud əmanətin kimi adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak hesab edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan ilkin alqı-satqı müqaviləsi üzrə 30000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən tərəflərin bankdan götürdükləri kredit borcunun ödənilməsinə xərcləndiyi iş materialları ilə təsdiq olunduğundan, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdeh daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə 54000 manat məbləğində pul vəsaitinin yarısını, yəni 27000 manat hissəsini iddiaçıya ödədiyini qeyd etsə də, həmin halı təsdiq edən təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, mənzil satılarkən Cavabdeh tutulmuş 602,10 manat məbləğində sadələşdirilmiş vergi 54000 manat pul məbləğindən çıxılmaqla (54000-602,10=53397,9) əldə edilən məbləğin, yəni 53397,9 manat pul vəsaitinin ½ hissəsini təşkil edən 26698,95 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, İddiaçı mənzilin satılmasına etiraz etmədiyindən və cavabdeh alqı-satqı müqaviləsi üzrə sadələşdirilmiş vergi kimi ödənilən 602,10 manat məbləğində pul vəsaitindən faydalanmadığından bu məbləğ tərəflərdən bərabər şəkildə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26698,95 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26698,95 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4518/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4518/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver