Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4593/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Rabitəbank ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinədair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rabitəbank ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh3 və Cavabdeh2 31.01.2020-ci il tarixli, RBSB-6410 saylı kredit müqaviləsi üzrə əsas borca görə 47991,57 manat, faiz borcuna görə 4283,34 manat, cərimə borcuna görə 10 manat olmaqla cəmi 52274,91 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 175.7 kv.m, torpaq sahəsi 0.03 ha olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh3 və Cavabdeh2 31.01.2020-ci il tarixli, RBSB- 6410 saylı kredit müqaviləsi üzrə cəmi 52274,91 manat və 61 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 175.7 kv.m, torpaq sahəsi 0.03 ha olan fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3 məxsus fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, yetkinlik yaşına çatmayan X2 və X1 tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Rabitəbank ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qalan tələblər dəyişdirilmədən saxlanılmaqla, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 31.01.2020-ci il tarixli, RBSB-6410 saylı kredit müqaviləsi üzrə əsas borca görə 45501,05 manat, faiz borcuna görə 5951,38 manat, cərimə borcuna görə 831.78 manat olmaqla cəmi 52284,21 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Rabitəbank ASC yenidən Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qalan tələblər dəyişdirilmədən saxlanılmaqla, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 31.01.2020-ci il tarixli, RBSB-6410 saylı kredit müqaviləsi üzrə əsas borca görə 45501,05 manat, faiz borcuna görə 6488,63 manat, cərimə borcuna görə 831.78 manat olmaqla cəmi 52821,46 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Rabitəbank ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Rabitəbank ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4593/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4593/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil mübahisələri - Mənzil münasibətləri üz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver