Məhkəmə qərarları › İş №2(012)-47/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-47/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-47/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia qaldıraraq, Cavabdeh əsas borc üzrə 6501,12 manat, faiz borcu üzrə 2096,45 manat olmaqla, cəmi 8597,57 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan 99-EA905 dövlət qeydiyyat nömrəli “VAZ-21901 minik” markalı (buraxılış ili 2013, banXTA2109010D0135680, rəngi -ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan fiissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1699/2019 saylı, 14 iyun 2019-cu il tarixli qərardadı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatı cavabdehlə iddiaçı arasında restrukturizasiya müqaviləsi bağlananadək dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-47/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Hal-hazırda İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə 27.08.2021-ci il tarixli, 3127 №-li ərizə ünvanlayaraq, bildirmişdir ki, icraatda olan İddiaçı MMC-nin tərəfindən Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması,tələbin ipoteka predmetinə yönəldilməsinə dair” 2(012)- 1699/2019 saylı mülki iş üzrə icraat Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanında göstərilən məsələlər öz həllini tapanadək Abşeron Rayon Məhkəməsinin 2(012)-1699/2019 saylı 14.06.2019-cu il tarixli qərardadı ilə dayandırılmışdır. Bildirmək istəyir ki, Cavabdeh “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi imzalandığı üçün mülki işə xitam verilməsi zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, icraatda olan 2(012)-1699/2019 saylı mülki işə xitam verilməsi, həmçinin iddia təmin tədbiri barədə qərardadın ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə 27.08.2021-ci il tarixli, 3127 №-li ərizə ünvanlamış və həmin ərizədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi imzalanmış və bu səbəbdən də iddiaçı təşkilat işin icraatına xitam verilməsini xahiş etdiy 2(012)-47/2021 saylı mülki işin icraatına xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.4-ci maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan başqa iddiaçı təşkilar ərizəsində həmçinin iddia təmin tədbiri barədə qərardadın ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, lakin sözügedən mülki iş araşdırılarkən müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1699/2019 saylı, 04 mart 2019-cu il tarixli qərardadı ilə, İddiaçı MMC-in iddianı təmini tədbiri barədə ərizəsi rədd edilmiş və həmin dövrdən sonra da iddianın təmini tədbiri ilə bağlı hər hansı bir qərardad qəbul edilməmişdir.Bu səbəbdən də ərizənin bu hissəsinə qiymət verilməsinə zərurət aradan qalxmışdır. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.4; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı MMC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(012)-47/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar