Məhkəmə qərarları › İş №2(012)-4802/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4802/2021

07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4802/2021 07.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 14.08.1977-ci il təvəllüdlü həyat yoldaşı X10 16.06.2021ci il tarixdə ölüm faktının müəyyən edilməsi və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, 14.08.1977-ci il təvəllüdlü həyat yoldaşı X16 yaşadığı ünvan 1 ünvanında 16.06.2021-ci il tarixdə vəfat etmiş və ünvan 2 dəfn edilmişdir. Bu barədə Abşeron rayonu Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 30 iyul 2021-ci il tarixli arayış verilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı o, Maraqlı şəxsnə müraciət etsə də, sözügedən şöbənin 27.07.2021-ci il tarixli cavab məktubu ilə imtina verilmişdir. Hal-hazırda 14 avqust 1977-ci il təvəllüdlü həyat yoldaşı X10 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Bu səbəblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 14.09.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, X7 onun böyük oğludur. X10 ürəyində xəstəliyi var idi. 16.06.2021-ci il tarixdə gecə saatlarında gəlini yəni Ərizəçi ona zəng edərək hadisə barədə ona məlumat bildirmiş, o isə dərhal oğlunun evinə getmişdir. Mərhumun evi onun evinin yaxınlığında, qonşuluqda yerləşirdi. Həmin vaxt təcili tibbi yardım çağırsalar da tibbi heyət işçiləri gələnədək oğlu vəfat etmişdir. Belə ki, oğlu həyətdə oturduğu vəziyyətdə vəfat etmişdir. Ürəyində infarkt olmasından şübhələnmişlər. Buna görə də oğlunun ölümü barədə arayışın verilməsindən imtina edilmişdir. X3 ölümünə səbəb hər hansı qəsd, bədbəxt hadisə olmamış, təbii ölüm olmuşdur. 07.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, X7 onun qardaşı olmuşdur. Qardaşının evi onun evinə yaxın məsafədə yerləşirdi. Bu səbəbdən də tez-tez qardaşının evinə gedib-gəlirdi. Hadisə baş verən gün o, Məhəmmədi kəndində mağazasında işləyirdi. 2021-ci ilin yay ayları, təxminən iyun ayının ortalarında həyat yoldaşı ona zəng vuraraq qardaşının halının pis olduğunu bildirib dərhal ora gəlməsini qeyd etmişdir. O, mağazanı bağlayıb qardaşının evinə getmiş, lakin təcili tibbi yardım işçiləri gələnədək qardaşı artıq vəfat etmişdir. Məlum olmuşdur ki, qardaşı hamama girib duş qəbul etmiş, daha sonra həyətdə oturduğu yerdə vəfat etmişdir. Növbəti gün qardaşını Məhəmmədi kənd qəbiristanlığında dəfn etmişlər, pandemiya ilə əlaqədar olaraq yalnız üç mərasimi keçirilmiş, yaxın qohumlar gələrək baş sağlığı vermişlər. X3 ölümünə səbəb hər hansı bədbəxt hadisə olmamış, təbii ölüm olmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayonu Məhəmmədi kəndi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 17.07.2000-ci il tarixli Vİİ-ЖГ № 386053 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X8 17.07.2000-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Əmirova soyadı verilmişdir. -16.06.2021-ci il tarixli Təcili və X9 X2 görünür ki, Abşeron rayonu, Məhəmmədi kəndinə X10 adına həmin tarixdə çağırış daxil olmuş, həkimə qədər kişi cinsindən olan ölüm halı aşkar edilmişdir -Məmmədli həkim məntəqəsi tərəfindən verilmiş 24.07.2021-ci il tarixli 12 saylı məktubdan görünür ki, Ərizəçi müraciəti ilə əlaqədar Abşeron rayon Məmmədli kəndində qeydiyyatda olmuş həyat yoldaşı mərhum X4 həkim məntəqəsində tibbi qeydiyyatda olmamışdır. Mərhumun xəstəliyi və ölümü haqqında heç bir məlumat olmadığı üçün Məmmədli həkim məntəqəsindən ölüm haqqında tibbi şəhadətnamə verilə bilmir. -Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı 27.07.2021-ci il tarixli 05/Q-1014/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30.07.2021-ci il tarixli 1264 saylı arayışdan görünür ki, həqiqətən X7 ölən günədək yəni 15.06.2021-ci il tarixədək Abşeron rayonu Məmmədli kəndində yaşamış və Məmmədli kəndində vəfat etmişdir. Mərhum X1 qəbristanlığında dəfn olunmuşdur. -Asan-Sumqayıt tərəfindən verilmiş 01.05.2015-ci il tarixli AZE № 15911356 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 rayonu, Məmmədli kəndində qeydiyyatda olmuşdur. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X16 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu 16.06.2021-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X10 ölüm faktı ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi şahidlər də məhkəməyə verdikləri ifadələrində X10 16.06.2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi həyat yoldaşının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin həyat yoldaşı X16 16.06.2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməli, 14.08.1977-ci il tarixdə Abşeron rayonu Məmmədli kəndində anadan olmuş X10 16.06.2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə ərizəçinin tələbinin “ölüm haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxs üzərinə öhdəlik qoyulması” hissəsində qeyd edir ki, ölüm haqqında şəhadətnamə icra hakimiyyəti nümayəndəliyinin müstəsna səlahiyyəti olduğundan və ölüm faktı məhkəmə qaydasında təsdiqlənmiş işlər üzrə məhkəmə qətnamələri ölüm haqqında şəhadətnamə verilməsi üçün əsas olduğundan, məhkəmə qeyd olunan vəzifəni icra etmək öhdəliyini daşıyan qurumun üzərinə həmin vəzifəsinin icrası öhdəliyinin qoyulması üçün əsaslar görmədiyindən ərizə bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.5. bəndinə əsasən icra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 8.14. bəndinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 8.15. bəndinə əsasən ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 14.08.1977-ci il tarixdə Abşeron rayonu Məmmədli kəndində anadan olmuş X10 16.06.2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar