Məhkəmə qərarları › İş №2(012)-481/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-481/2021

19.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-481/2021 19.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə İddiaçı cavabdeh Alyans-MV MMC-yə qarşı öhdəliyin həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Alyans-MV MMC-yə qarşı öhdəliyin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək tərəflər arasında 03 aprel 2019-cu il tarixdə bağlanılmış Tikilməkdə olan yaşayış evinin qeyri-yaşayış sahəsinə dair müqaviləyə əsasən iddiaçıya satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən 13 mərtəbəli yaşayış binasının, ümumi sahəsi 227 kv.m olan qeyriyaşayış sahəsinin hazırkı hüquqi statusu (qeyri-yaşayış sahəsinin müqavilə üzrə kimin adına rəsmiləşdirilməsi) barədə iddiaçıya yazılı məlumat verilməsi vəzifəsi cavabdeh Alyans-MV MMC-yə həvalə edilməsinə dair qətrnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan 06.05.2021-ci il tarixli reyestrə, göndərilmiş bildirişlərə əsasən mülki iş üzrə tərəflər 20.04.2021-ci il tarixinə saat 11:30-a, göndərilmiş bildirişlərə əsasən isə mülki iş üzrə tərəflər 19.05.2021-ci il tarixinə saat 12:10-a təyin olunmuş məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Alyans-MV MMC-yə qarşı öhdəliyin həvalə edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver