Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4844/2021 18.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi X1, Cavabdeh X3 və X6 valideyni (qanuni nümayəndəsi) Cavabdeh iştirakı ilə, İddiaçı Zirvə Liseyi MMC-nin cavabdeh X3 və X6 valideyni (qanuni nümayəndəsi) Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Zirvə Liseyi MMC cavabdeh X3 və X6 valideyni (qanuni nümayəndəsi) Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 və X6 valideyni (qanuni nümayəndəsi) Cavabdeh Zirvə Liseyi MMC-nin xeyrinə ümumilikdə 8255 manat, o cümlədən 4100 manat əsas borcun, 4125 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı MMC ilə təhsilalanlar X2 və X6 valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında 549/2019 (T2019-2020) saylı 13.06.2019-cu il tarixli və 550/2019 (T2019-2020) saylı 13.06.2019-cu il tarixli müqavilələrə əsasən İddiaçı MMC X4 və X9 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, Cavabdeh 2019-2020-ci təhsil ili üçün 8100 manat təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun övladlarına təhsil verilsə də, o, təhsil haqqının 4000 manat hissəsini ödəmiş, 4100 manat borcu qalmışdır. Bununla bağlı bocluya 14.01.2021-ci il tarixli pretenziyalar edilsə də, o, borcun ödənilməsini təmin etməmişdir. 13.06.2019-cu il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən, yəni 15.03.2020-ci il tarixdən 503 gün üçün ödənilməli dəbbə pulu 4125 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 və X6 valideyni (qanuni nümayəndəsi) Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı MMC ilə Təhsilin təşkili haqqında 549/2019 (T2019-2020) saylı 13.06.2019-cu il tarixli və 550/2019 (T2019- 2020) saylı 13.06.2019-cu il tarixli müqavilələr bağlamış, həmin müqavilələrə əsasən X7 və X11 İddiaçı MMC-də ödənişli əsaslarla təhsil almışdır. Pandemiya dövründə mart ayından iyun ayınadək dərslər olmadığından o, ödənişlər etməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Zirvə Liseyi MMC ilə təhsil alacaqlar X3 və X6 valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış 13.06.2019-cu il tarixli 549/2019 (T2019-2020) saylı və 550/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələrindən görünür ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.6-cı bəndinə əsasən bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin vəzifəsidir. 13.06.2019-cu il tarixli 549/2019 (T2019-2020) saylı müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçındə Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 4500 manat təşkil edir. 13.06.2019-cu il tarixli 550/2019 (T2019-2020) saylı müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçındə Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 4500 manat təşkil edir. Eyni ailədən 2-ci uşaq təhsil aldığı üçün və 10% güzəşt tətbiq olunmaqla, 2019-2020-ci tədris ili üçün təhsil haqqı məbləği 3600 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Müqavilənin 3.2-ci bəndinə əsasən valideyn 15.09.2019-cu il tarixinədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Valideyn Təhsilalanın İddiaçındə 2019-2020-ci tədris ili üçün təhsil almasından imtina etdikdə ödənilmiş 500 manat depozit məbləği ona geri qaytarılmır. Müqavilənin 5.1.2.4-cü bəndinə əsasən valideyn tərəfindən müqavilədə nəzərdə tutulan müddətədək, təhsil haqqi ödənilmədikdə digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər. -Zirvə Liseyi MMC tərəfindən Cavabdeh ünvanlanmış 14.01.2021-ci il tarixli 500/1278 və 500/1279 saylı pretenziyalardan görünür ki, MMC tərəfindən Cavabdeh müqavilə üzrə borc 10 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 05.06.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənov X8 rayonu Xırdalan şəhəri 27-ci məhəllə 1 saylı evin 43 saylı mənzilində qeydiyyatdadır. -Dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin Məhkəməyə verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. -Zirvə Liseyi MMC-nin 20.10.2021-ci il tarixli 100/2296 saylı arayışından görünür ki, İddiaçı MMC-də təhsil alan X3 və X6 valideyni Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında 13.06.2019-cu il tarixli 549/2019 (T2019-2020) saylı və 550/2019 (T2019- 2020) saylı müqavilələrə əsasən İddiaçı MMC-nin xeyrinə 2019-2020 tədris ili üzrə 4100 manat təhsil haqqı borcu və 4125 manat dəbbə pulu borcu qalmışdır. Qeyd edilmiş müqavilələr üzrə ümumi təhsil haqqı 8100 manat təşkil edir,bu məbləğdən 4000 manat ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 58.4. maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 58.6. maddəsinə əsasən dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 60.3. maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən: 14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. Göründüyü kimi, pulsuz icbari ümumi orta təhsil almaq hüququ olduğu halda, özəl təhsil müəssisəsində təhsil almaq seçimini edən “təhsilalacaq” X3 və X6 valideyni (qanuni nümayəndəsi) Cavabdeh Zirvə Liseyi MMC ilə 13.06.2019-cu il tarixli 549/2019 (T2019- 2020) saylı və 550/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələrini bağlamış, həmin müqavilələrə əsasən İddiaçı təhsilalanların ümumi təhsil almasını həyata keçirməyi, Təhsilalanların valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilələrin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırki müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən iddiaçı 4100 manat əsas, 4125 manat cərimə olmaqla, ümumilikdə cəmi 8225 manat borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşin digər materiallarından görünür ki, borc barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun əsas borca görə 4100 manat, cərimə borcuna görə 4125 manat olmaqla cəmi 8225 manat borcu yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən təhsil haqqı, bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi təqdirdə valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0.2 faiz məbləğində dəbbə pulu ödəməlidir. Müqaviləyə əsasən cərimə barədə şərtlər cavabdeh tərəfindən qəbul edilmiş, könüllü qaydada öz iradə ifadəsinə uyğun şəkildə imza etməklə müqavilə şərtləri ilə razılaşmışdır. İddiaçı isə haqlı olaraq qeyd olunan müqavilə bəndinə istinad edərək 4125 manat cərimə borcu hesablamışdır. Bununla da, işin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Zirvə Liseyi MMC ilə Cavabdeh arasında bağlanmış 13.06.2019-cu il tarixli 549/2019 (T2019-2020) saylı və 550/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələri üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə 4100 manat əsas, 4125 manat cərimə olmaqla, ümumilikdə cəmi 8225 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh X3 və X6 valideyni (qanuni nümayəndəsi) Cavabdeh 13.06.2019-cu il tarixli 549/2019 (T2019-2020) saylı və 550/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələri üzrə 4100 (dörd min yüz) manat əsas, 4125 (dörd min yüz iyirmi beş) manat cərimə olmaqla, ümumilikdə cəmi 8225 (səkkiz min iki yüz iyirmi beş) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçı X14 Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4844/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4844/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver