Məhkəmə qərarları › İş №2(012)-4882/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4882/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Digər - Torpaq münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4882/2021 15.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul və daşınmaz əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc pul və daşınmaz əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə ******* manat əsas borc, 30 manat məhkəmə xərci, 1 manat bank xidmət haqqı olmaqla, ümumilikdə isə ******* manat pul məbləğinin tutulması, tərəflər arasında bağlanan 04 iyun 2021-ci il tarixli reyestr 3M-1075 nömrəli qeydiyyatdan keçən kredit (borc) müqaviləsinin və 04 iyun 2021-ci il tarixli reyestr 3M-1079 nömrəli qeydiyyatdan keçən ipoteka müqaviləsinin ləğv edilməsi, borcun əvəzi olaraq Cavabdeh məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 5210.8 kv.m olan əmlak kompleksi kimi müəssisənin və 1.50 ha torpaq sahəsinin mülkiyyətinə keçirilməsi, həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı adına yeni çıxarışın və texniki pasportun verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddiaçı ilə cavabdeh arasında hazırki mülki iş üzrə qarşılıqlı razılığa gəlinərək barışıq sazişi bağladıqlarını bildirmiş, həmin barışıq sazişini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 İddiaçı nümayəndəsi və vəkili X1 izahatı ilə eyni məzmunlu izahat vermiş və barışıq sazişinin təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin vəkil və nümayəndələri öz səlahiyyətləri çərçivəsində barışıq sazişini imzalayaraq təsdiq edilməsi üçün məhkəməyə təqdim etmiş və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 52.3. maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. 191.2. maddəsinə əsasən işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin nümayəndə və vəkillərinin imzaları ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borc pul və daşınmaz əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: Bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı (Ş/V AA*******) bir tərəfdən və digər tərəfdən “Cavabdeh” adlandırılacaq Cavabdeh (Şəxsiyyət vəsiqəsi AZE ********, Qax RPŞ tərəfindən 08.06.2015-ci il tarixdə verilib) digər tərəfdən bu barışıq sazişini bağladılar: İşin halları: 1.İddiaçı və Cavabdeh arasında 04 iyun 2021-ci il tarixli (Reyestr 3M-1075 №) 1.500.000 (bir milyon beş yüz min) manat dəyərində olan kredit (borc) müqaviləsi bağlanmışdır. Borcun təminatı olaraq, Cavabdeh və İddiaçı arasında cavabdehə məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında 1.50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5210.8 kv.m olan əmlak kompleksi kimi müəssisə 04 iyun 2021-ci il tarixli reyestr 3M-1079 nömrə ilə qeydiyyatdan keçən ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit (borc) müqaviləsi üzrə öz üzərinə düşən öhdəliklərini vaxtında icra etmədiyindən, İddiaçı sonuncuya yazılı bildiriş və xəbərdarlıq məktubu göndərmişdir. Cavabdeh bundan sonra da öhdəliklərini icra etmədiyindən, İddiaçı tərəflər arasında bağlanan kredit (borc) və ipoteka müqaviləsinin 7.3-cü bəndinin tələblərini rəhbər tutaraq, iddia tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir və 2(012)-4882/2021 saylı mülkin işin mahiyyəti üzrə baxılması 14.10.2021-ci il tarixinə təyin edilmişdir. Barışıq şərtləri:

2. İddiaçı və Cavabdeh 04 iyun 2021-ci il tarixli reyestr 3M-1075 nömrə ilə qeydiyyatdan keçən kredit (borc) müqaviləsinin və 04 iyun 2021-ci il tarixli reyestr 3M- 1079 nömrə ilə qeydiyyatdan keçən ipoteka müqaviləsinin ləğv edilməsini, (əmlak üzərindən yüklülüyün götürülməsini) və aşağıdakı şərtlər daxilinə barışıq sazişinin təsdiq edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər.

3. Bu barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra, İddiaçı Cavabdeh ona olan 1.500.000 (bir milyon beş yüz min) manat borcundan imtina edir. Cavabdeh öz borcunun əvəzində ona məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında 1.50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5210.8 kv.m olan əmlak kompleksi kimi müəssisəni İddiaçı mülkiyyətinə keçirilməsinə etiraz etmir.

4. İddiaçı və Cavabdeh məhkəmədən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında 1.50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5210.8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair İddiaçı adına yeni çıxarışın və texniki pasportun verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsini xahiş edirlər.

5. Hazırki barışıq sazişi Azərbaycan dilində üç nüsxədə tərtib edilir, tərəflərin imzası ilə təsdiq edilir, Abşeron rayon Məhkəməsində, habelə iddiaçı və cavabdeh şəxslərdə saxlanılır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4882/2021 nömrəli mülki iş üzrə icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver