Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4909/2021 20.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə 20 oktyabr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "'Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1391,70 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "'Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1390,40 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, atası İddiaçı 2014-cü ildə onun, Türkiyə Respublikasında doktorantura təhsilini başa vurduqdan sonra Bakıda işləyəcəyini düşünərək Hökməli qəsəbəsi, M.Hüseynzadə 15 A ünvanında yerləşən yarımtikilini almışdır. Yarımtikili alındığı zaman Azəriqaz sayğacı quraşdırılmış vəziyyətdə olmuşdur. Həmin vaxtdan yarımtikilidə 1 ildə heç kim yaşamamışdır. İştirakları olmadan sayğaclar müxtəlif vaxtlarda dəyişdirilmişdir. 2020-ci ildə evi təmir edərək həmin evə köçmüşdür. Qazın ödəniş qəbzi gəldiyində onlara 1390,40 manat cərimə yazıldığını görmüşdür. Ona görə də qaz idarəsinə yaxınlaşmışdır. Orada ona məlum olmuşdur ki, 2018-ci ilin yanvar,mart və aprel aylarında atasının adına akt tərtib olunaraq guya kənar xətt istifadə edildiyi üçün1390,40 manat cərimə yazılmışdır.Atasının həmin aktlardan xəbəri olmamış,heç bir akt atasına təqdim olunmamış və yuxarıda qeyd etdiyi kimi həmin dövrlərdə sözügedən fərdi yaşayış evində ümumiyyətlə yaşayış olmamış və bu Hökməli qəsəbə nümayəndəsi tərəfindən verilmiş rəsmi arayışla da təstiqini tapır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. İlkin olaraq iddiaçı öz tələbini sübuta yetirməlidir. Sayğac quraşdırılarkən evdə kiminsə olması mütləq deyildir. İddiaçı 2020-ci ilin oktyabr ayından ödənişlərə başlamışdır. 2020-ci ilin mart ayında sonuncu sayğac quraşdırılmışdır. Ünvana mexaniki sayğac quraşdırılmış və borc ilə bağlı iddiaçıya bildirişlər təqdim edilmişdir. 2018-ci ilin borclarını 2021-ci ildə mübahisələndirməsi səbəbindən iddia müddətinin tətbiqini xahiş etmişdir. Abonent kənar xətdən istifadə etdiyi üçün barəsində 3 akt tərtib edilmiş və 1390,40 manat cərimə yazılmışdır. Aktlar kənar xətdən istifadəyə görə tərtib edilmiş və aktlar 2018-ci ilin yanvar, mart və aprel aylarını əhatə edir və ümumilikdə 1390,40 manat manat cərimə yazılmışdır. Saldoya əsasən, iddiaçının hazırda debitor bocu yoxdur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Başçısının X4 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08.10.2021-ci il tarxli, 3345 №-li arayışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Hüseynzadə 15 A ünvanında özünə məxsus tam sənədləşdirilməmiş fərdi yaşayış evi olan X3 11.07.2014-cü ildən göstərilən evi aldıqdan sonra yaşayış olmamışdır. Qonşulardan alınan aktın əsasında qeyd olunan fərdi yaşayış evində 2020-ci ilin avqust ayında yaşayış olmuşdur. Məhkəmə tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki,iddia tələbi təmin olunmalıdır. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı adına abonent kodu **********03190 olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə görə Azəriqaz» İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar, mart və aprel aylarını əhatə dövrlər üçün sayğacdan kənar xətdən istifadəyə görə aktlar tərtib edilərək ümumilkdə abonent 1390,40 manat cərimə edilmiş və bu hal iş materiallarında İddiaçı adına olan abonentin saldosu ilə təstiq olunur.İddiaçı tərəf aktlara görə yazılmış cəriməni mübahisələndirdiyinə görə məhkəmə tərəfindən həmin aktların mötəbərliyinə qiymət verilməsi üçün məhkəmə tərəfindən Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinə sayğacdan kənar xətdən istifadəni təstiq edən hər hansı bir digər sübutları, fotoşəkilləri, video görüntüləri, o cümlədən aktların tərtibində iştirak etmiş şəxləri məhkəməyə təqdim etməyi təklif olunsada, bununla bağlı hər hansı bir sübut təqdim edilməmiş, əvəzində nümayəndə 3 il keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.Ona görə də məhkəmə yuxarıda qeyd olunan faktiki halllara istinad edərək hesab edir ki, İddiaçı adına abonent kodu **********03190 olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə 2018-ci ilin yanvar, mart və aprel aylarını əhatə edən dövrlər üçün sayğacdan kənar qaz xəttinin olması aktlardan başqa hər hansı bir sübutla təstiqini tapmadığından, məhkəmə həmin aktların mötəbərliyinə tənqidi yanaşaraq hesab edir ki, həmin akrlar əsasında hesablanmış 1390,40 manat cərimə silinməlidir. Bundan başqa Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinin 3 illik iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi ilə bağlı məhkəmə qeyd edi ki, mübahisə müqavilə öhdəlikləri ilə bağlı olmadığı üçün həmin xüsusatla iddianın rədd edilməsinə əsas vermir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarıınbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********03190 olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə 2018-ci ilin yanvar, mart və aprel aylarını əhatə edən dövr üçün aktlar əsasında ümumilikdə hesablanmış 1390,40 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-4909/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4909/2021
20.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver