Məhkəmə qərarları › İş №2(012)-5161/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5161/2021

06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5161/2021 06.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 05.05.1947-ci il təvəllüdlü X1 Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi 68 saylı evin 41 saylı mənzilində 12.07.2018-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi 68 saylı evin 41 saylı mənzilində yaşamış 05.05.1947-ci il təvəllüdlü X3 onun atasıdır. Atası 12.07.2018-ci il tarixdə yaşadığı həmin ünvanda vəfat etmişdir. Tərəfindən Təcili və X9 Stansiyasına müraciət edilməmiş, bununla bağlı xəbərdarlıq vərəqəsi verilməmişdir. Bu vərəqə ilə əlaqədar Masazır Poliklinikasına müraciət etmiş, lakin Poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra o, Maraqlı şəxsnə müraciət etsə də ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göründüyü kimi tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və o, həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. X3 isə ərizəçinin atası olmuşdur. Qonşu kimi mehriban münasibətləri vardı. Bilirdi ki, ərizəçinin atası onkoloji xəstə idi. Həm yaşlı olduğundan son vaxtlar sağlamlığında narahatlıqları yaranmışdır. Bu səbəbdən də o, ərizəçinin atasına tez-tez baş çəkirdi. 2018-ci ilin iyul ayının 10-12 tarixləri olardı. Ərizəçi böyük qardaşı X2 saat 6 radələrində onun evinə gələrək atasının vəfat etdiyini bildirmişdir. Atasının ölümündən bir gün əvvəl ərizəçi X20 çağırmış, tibb işçiləri mərhumdan analizlər götürərək müalicələr etmişlər. Lakin mərhumun vəfatından sonra X20 çağırmamışlar. Mərhum Quba rayonunun Bağbanlı kəndində dəfn olunmuşdur. O, dəfndə iştirak etmişdir. Qurban Məmmədovun ölümünə səbəb hər hansı qəsd və bədbəxt hadisə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Belə ki, eyni binada, bir blokda birinci mərtəbədə o, beşinci mərtəbədə isə Ərizəçi yaşayır. X3 isə ərizəçinin atası olmuşdur. Qonşu kimi mehriban münasibətləri vardı. Bilirdi ki, ərizəçinin atası onkoloji xəstə idi. Həm yaşlı, həm də xəstə olduğundan son vaxtlar daha da zəifləmişdir. 12 iyul 2018-ci tarixində səhər saat 4-5 radələrində ona Qurban Məmmədovun vəfat etdiyi bildirilmiş və o, dərhal köməyə getmişdir. Mərhumun vəfatından sonra X20 çağırılmamışdır. Mərhum Quba rayonunun Bağbanlı kəndində dəfn olunmuşdur. Lakin o, dəfn mərasimində iştirak etməmiş, ailəsinin evdə keçirdiyi yas mərasimində iştirak etmişdir. Qurban Məmmədovun ölümünə səbəb hər hansı bədbəxt hadisə olmamışdır. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -27.07.1985-ci il tarixli İİ-ИУ № 703466 saylı pasportun surətindən görünür ki, Qurban Mamedov 05.05.1947-ci il tarixdə Türkmənistan Respublikası Marı vilayəti Bayraməli şəhərində anadan olmuşdur. -20.12.1990-cı il tarixli İİ-ИУ № 315102 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1990-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1321 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Qurban Mamedov, anası X4r. -Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş 29.06.2018-ci il tarixli arayışdan görünür ki, X3 27.06.2018-ci il tarixdə MOM poliklinika şöbəsinə müraciət etmiş və ona qırtlağın törəməsi diaqnozu qoyulmuşdur. -Quba rayonu Barlı Bələdiyyəsi tərəfindən verilmiş 30.07.2020-ci il tarixli 139 saylı arayışdan görünür ki, 05.05.1947-ci il təvəllüdlü Türkmənistan Respublikası Marı vilayəti Bayraməli şəhərində anadan olmuş azərbaycanlı Qurban Məmmədov həqiqətən də 12.07.2018-ci il tarixində Abşeron rayonu Masazır qəsəbəsində yaşadığı müddətdə qəflətən vəfat etmişdir. Ailə üzvləri onun yaxın qohumlarının məskunlaşdığı Quba rayonunun Bağbanlı kəndində yerləşən kənd qəbiristanlığında dəfn etmişdir. Vəfat etmiş Qurban Məmmədovun pasportu İİ-ИУ № 703466, 27.07.1985-ci ildə Türkmənistan Respublikası Marı vilayəti Bayraməli şəhər İcraiyyə Komitəsinin daxili işlər Şöbəsi tərəfindən verilmişdir. -Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı 14.08.2020-ci il tarixli 05/Q-937/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə X18 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 25.08.2021-ci il tarixli 1171 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"-nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Q.Məmmədovun ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına "xxxx" verilmir. -Qurtuluş-93 Yaşayış Kompleksi MMC tərəfindən verilmiş 18.06.2020-ci il tarixli 432 saylı arayışdan görünür ki, Məmmədov X7-93 X12 rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi 68 saylı evin 41 saylı mənzilində yaşayır. -Ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, X3 12.07.2018-ci il tarixdə vəfat etmiş və dəfn olunmuşdur. -Asan-Sumqayıt tərəfindən verilmiş 21.12.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi 68 saylı evin 41 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X3 ərizəçinin atası olmuş, sonuncu 12.07.2018-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X1 ölüm faktı ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi şahidlər də məhkəməyə verdikləri ifadələrində X1 12.07.2018-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi 68 saylı evin 41 saylı mənzilində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin atası X3 12.07.2018-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi 68 saylı evin 41 saylı mənzilində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 05.05.1947-ci il tarixdə Türkmənistan Respublikası Marı vilayəti Bayraməli şəhərində anadan olmuş X1 12.07.2018-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi 68 saylı evin 41 saylı mənzilində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05.05.1947-ci il tarixdə Türkmənistan Respublikası Marı vilayəti Bayraməli şəhərində anadan olmuş X1 12.07.2018-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 68 saylı evin 41 saylı mənzilində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar