Məhkəmə qərarları › İş №2(012)-5505/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5505/2022

04.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Sair mülki iş - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq sahəsinin boşaldılması - Qanunsuz tikilinin sökülməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5505/2022 04.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı cavabdehlər Azərbaycan Respublikası İQ ƏMDX DƏDKR publik Hüquqi şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinə, Abşeron rayon Qobu Bələdiyyəsinə (İİİ şəxs X2) qarşı torpaq sahəsinin boşaldılması, sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə 04 oktyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İQ ƏMDX DƏDKR publik Hüquqi şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinə, Abşeron rayon Qobu Bələdiyyəsinə (İİİ şəxs X2) qarşı torpaq sahəsinin boşaldılması, sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən (ona məxsus olan torpaq sahələri) digər şəxslərlə edilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestrdən alınmış çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin 3-cü şəxslərin hesabına boşaldılması və aparılmış tikililərin onların hesabına sökülməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun 3cü şəxslərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələbində Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən (ona məxsus olan torpaq sahələri) digər şəxslərlə edilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini xahiş etsə də bu alqı-satqı müqavilələrinin kiminlə, nə vaxt bağlanmasını qeyd etməmişdir. İddia tələbləri dəqiq və aydın olmayıb, qeyri-müəyyəndir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İQ ƏMDX DƏDKR publik Hüquqi şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinə, Abşeron rayon Qobu Bələdiyyəsinə (İİİ şəxs X2) qarşı torpaq sahəsinin boşaldılması, sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, ərizəçilər yenidən məhkəməyə müraciət edə bilərlər. İddiaçı iddia ərizəsinin verilməsinə görə ödədiyi 100 manat dövlət rüsumuna görə pul geri ona qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver