Məhkəmə qərarları › İş №2(012)-5602/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5602/2021

17.09.2021 · Sair mülki iş - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5602/2021 17.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Kazımov Elçin Məmməd oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MTK-ya, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə və Bakı şəhəri 43 saylı Notariat ofisinə qarşı 02.12.2020-ci il tarixli məktubun, **********851 saylı, 07.08.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və 07.08.20201-ci il tarixli maliyyə arayışının ləğv edilməsi tələbinə dair mülki iş üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MTK-ya, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə və Bakı şəhəri 43 saylı Notariat ofisinə qarşı 02.12.2020-ci il tarixli məktubun, **********851 saylı, 07.08.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və 07.08.20201-ci il tarixli maliyyə arayışının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər. 17 sentyabr 2021-ci il tarixdə İddiaçı məhkəməyə dəftərxana vasitəsilə ərizə ünvanlayaraq, əlavə sübutların toplanması zərurəti yarandığından iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 170-ci maddəsinə əsasən, 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud idiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MTK-ya, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə və Bakı şəhəri 43 saylı Notariat ofisinə qarşı 02.12.2020-ci il tarixli məktubun, **********851 saylı, 07.08.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və 07.08.20201-ci il tarixli maliyyə arayışının ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdə sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver