Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5908/2025 13.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın müalicə və təminatı ilə əlaqədar əlavə xərcin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 iyul 2014-cü il təvəllüdlü X2 müalicə və təminatı ilə əlaqədar əlavə xərc olaraq hər ay 200 manat məbləğində pul vəsaitinin tutulması, mediasiya ilə bağlı ödədiyi 60 manat məbləğin və dövlət rüsumu olaraq məhkəməyə ödədiyi 42 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 16 may 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların yola getməmələri səbəbindən Abşeron Rayon Məhkəməsinin 2(012)-5264/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikahdan onların iki övladı vardır: 09 iyul 2014-cü il təvəllüdlü X5 və 18 mart 2021-ci il təvəllüdlü X6. Abşeron Rayon Məhkəməsinin 2(012)-2744/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında alimentin miqdarı dəyişdirilərək, ümumilikdə, iki övladına görə 440 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Daha sonra məhkəmə tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında hər ay hər bir uşaq üçün 252 manat olmaqla, cəmi 504 manat aliment tutulması qərara alınmışdır. Bildirir ki, övladlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Belə ki, birgə nikahdan olan qızı Xədicə Dadaşzadə anadangəlmə sinir sisteminin xəstəliklərindən əziyyət çəkir, gözləri görmür. Xəstəliyi ilə əlaqədar qızına müddətsiz birinci dərəcə əlillik təyin edilmiş, başqasının qulluğuna ehtiyacı olması barədə TSEK-in qərarı vardır. Uşağın mütəmadi müalicəyə və xüsusi qayğıya ehtiyacı vardır, qızının müalicəsi üçün bahalı dərman vasitələri alınmalıdır, mütəmadi həkim nəzarəti və müayinəsi tələb olunur. Onun isə maddi imkanları məhduddur, qızının bütün məsuliyyəti və xərcləri faktiki olaraq onun üzərindədir. Xədicənin müalicəsi və mütəmadi həkim müayinələri üçün əlavə maliyyə vəsaitinə ehtiyacları vardır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, qızı Xədicənin xəstəliyi səbəbindən heç yerdə işləmir, uşağın maddi ehiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə bir valideyn kimi üzərinə düşən öhdəliyi yerinə yetirməyərək uşağı ilə maraqlanmır, uşağın maddi və mənəvi tələbatlarının yerinə yetirilməsində iştirak etmir. Dəfələrlə xahiş və xəbərdarlıqlara baxmayaraq, bu vəziyyət dəyişməmişdir. Bu isə övladının sağlamlığı və rifahı üçün ciddi təhlükə yaradır. Övladına birinci qrup əlillik dərəcəsi müəyyən edildiyindən onlara 670 manat məbləğində müavinət ödənilir. Övladını müayinə və müalicə olunması üçün özəl xəstəxanalardan birinə aparır. Uşağın müalicəsi üçün yazılan dərmanların qiyməti təxminən 600 manatdır, hətta elə dərman vardır ki, yalnız onun qiyməti 458 manat təşkil edir. Bundan əlavə o, uşağı masaja aparır. O, iki övladı ilə kirayə evdə qalır və uşaqların saxlanılması üçün cəmi 504 manat aliment təyin edilsə də həmin məbləğin 400 manatını kirayə haqqı olaraq ödəyir. Hazırda o, kredit borcunu ödəyir və övladına baxdığı üçün işləyə bilmir. Məlumat üçün bildirir ki, Cavabdeh “Avropa Qapıları”nda işləyir və məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğini ödəmir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında İddiaçı izahatına uyğun izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh 2014-cü ildə ailə həyatı qurmuş, lakin 2021-ci ildə boşanmışdırlar. Tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün hər ay hər bir uşaq üçün 252 manat aliment təyin edilmişdir. 09 iyul 2014-cü il təvəllüdlü X5 anadan gəlmə qüsurludur və birinci qrup əlildir. Belə ki, uşaq özünü idarə edə bilmir və onun müalicəsi üçün dərmanlara görə hər ay pul verirlər. Uşağa birinci qrup əlillik dərəcəsi ömürlük olaraq təyin edilmişdir. İddiaçı hazırda işləyə bilmir, çünki uşaqlara daim qulluq göstərməlidir. X1 üçün müavinət verilir, lakin belə xəstəliklərin dərmanları baha qiymətə satılır. Qarşı tərəf hazırda qapı-pəncərə ilə bağlı işdə işləyir və əmək fəaliyyətlidir. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Cavabdeh onun övladıdır. Onun oğlu ilə İddiaçı birgə nikahdan olan övladlarının saxlanılması üçün cəmi 504 manat məbləğində aliment təyin edilmişdir və oğlunun imkanı olmadığından qeyd edilən məbləği o, öz pensiyası hesabına ödəyir. Cavabdeh fəhlə işləyir. Xədicə Dadaşzadənin vəziyyəti ilə bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər əvvəlki dövrlərə aid şəkillərdir. Cavabdehin adına VÖEN-nin mövcud olması ilə bağlı bildirir ki, vaxtilə məhz sosial yardım almaq üçün VÖEN açdırmışdırlar. O, oğlunun 8400 manat məbləğində aliment borcunu ödəmiş və ayda 504 manat aliment məbləğini pensiyasına əlavə pul qoymaqla verir. Onların artıq ödəniş etməyə imkanları yoxdur. Qeyd edilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 367036 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 18353304 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 09 iyul 2014-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-5264/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 16 may 2014-cü il tarixdə bağlanmış, Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 302 №-li nikahın pozulması, nikah pozulduqdan sonra 09 iyul 2014-cü il təvəllüdlü X5 və 18 mart 2021-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları, xx.xx.2021-ci il tarixdən başlayaraq 09 iyul 2014-cü il təvəllüdlü X2 və 18 mart 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin əlavə olaraq 18 mart 2021-ci il təvəllüdlü X3 3 yaşına çatana kimi hər ay 100 manat maddi yardımın cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində rədd edilməsi, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi və qətnamənin aliment hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2744/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-5264/2021 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması, Cavabdeh dövlət rüsumuna görə 30,8 manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 8(012)-245/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2744/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 220 manat alimentin məbləği xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğinə indeksasiya edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, 09 iyul 2014-cü il təvəllüdlü X4 “G04.8 Digər ensefalit, mielit və ensefalomielit, Ensefalomiyelit.” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq birinci qrup əlillik dərəcəsi təyin edilmişdir. İş materiallarında olan Cavabdeh vergi məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü ildən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir və VÖEN-i hazırda aktiv statusdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17 dekabr 2025-ci il tarixli, 3-21-2-3/2-1406904/2025 nömrəli cavab məktubundan görünür ki, uçot-baza məlumatlarına əsasən Cavabdeh (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək olan dövr ərzində vergi orqanına müvafiq vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləğini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh gəlir məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh qüvvədə olan əmək müqaviləsi ilə bağlı Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumat mövcud deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq və bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci, 81.2-ci və 81.3-cü maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Beləliklə işin faktiki hallarından göründüyü kimi xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tərəfindən hal-hazırda İddiaçı hər ay hər bir uşaq üçün 252 manat olmaqla 504 manat aliment və Xədicə Dadaşzadəyə birinci qrup əlillik dərəcəsi müəyyən edildiyindən 670 manat məbləğində müavinət dövlət tərəfindən ödənilir. İddiaçı Cavabdeh 09 iyul 2014-cü il təvəllüdlü X2 müalicə və təminatı ilə əlaqədar əlavə xərc olaraq hər ay 200 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir. Lakin məhkəmədə sübutların tədqiqatı zamanı Cavabdeh həmin xərclərə cəlb edilməsi üçün sonuncunun buna maddi durumunun imkan verməsinə dair hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Belə ki, Cavabdeh gəlir məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh qüvvədə olan əmək müqaviləsi ilə bağlı Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumat mövcud deyildir. Həmçinin Cavabdeh vergi məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü ildən vergi ödəyicisi (VÖEN: **********) kimi qeydiyyatdan keçmişdir və VÖEN-i hazırda aktiv statusdadır, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17 dekabr 2025-ci il tarixli, 3-21-2-3/2-1406904/2025 nömrəli cavab məktubuna əsasən uçot-baza məlumatlarına əsasən Cavabdeh (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək olan dövr ərzində vergi orqanına müvafiq vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləğini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə cavabdehin maddi durumu ilə bağlı qeyd olunan faktiki hallara əsaslanaraq hesab edir ki, cavabdehin iddiaçının xeyrinə hər ay alimentdən əlavə 200 manat sabit pul məbləğində pul ödəməsi faktiki olaraq onun imkanı xaricindədir və əlavə xərclərin tutulması cavabdehin hazırkı durumu ilə heç cür uzlaşmır. Həmçinin iddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı çəkilmiş xərc, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh 09 iyul 2014-cü il təvəllüdlü X2 müalicə və təminatı ilə əlaqədar əlavə xərc olaraq hər ay 200 manat məbləğində pul vəsaitinin tutulması, mediasiya ilə bağlı ödədiyi 60 manat məbləğin və dövlət rüsumu olaraq məhkəməyə ödədiyi 42 manat məbləğin onun xeyrinə tutulması barədə iddiası rədd edilsin. Mediasiya ilə bağlı çəkilmiş xərc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5908/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5908/2025
13.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver