Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5909/2025 16.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma, evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ƏMDK-nin yanında DƏRDXnin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışına əsasən ona məxsus **********21 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ əsasında onun adına qeydə alınmış Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0142 ha yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması, onun həmin fərdi yaşayış evinə köçürülməsi və iddia üçün ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0142 ha yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə **********21 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı həmin torpaq sahəsini üzərində yaşayış üçün yararlı olan 3 mərtəbəli fərdi ev ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 189 ünvanında yerləşən, onun mərhum atası X1 vərəsəlik qaydasında ona miras qalmış 0,1391 ha torpaq sahəsindən yerdə qalan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixli, **********14 reyestr nömrəsi ilə mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmış 0,0640 ha torpaq sahəsinin satışından əldə olunmuş vəsait hesabına əldə etmişdir. Belə ki, iddiaçı atasından miras qalmış sözügedən torpaq sahəsini müxtəlif vaxtlarda hissə-hissə olaraq satmışdır, yerdə qalan 0,0640 ha torpaq sahəsini də satıb hazır, daha yaxşı şəraiti olan fərdi ev almaq qərarına gəlmişdir. İddiaçı cavabdehin qardaşı və keçmiş qaynı Fuadın tanış etdiyi X4 adlı şəxs ilə 200000 manat dəyərində həmin torpağı qiymətləndirərək satılmasına razılaşmışdır. Həmin 200000 manatın əvəzində Kənan iddiaçıya hazırda mübahisələndirilən torpaq sahəsini üzərində tikilmiş yaşayış üçün tam yararlı olan 3 mərtəbəli fərdi evi təklif etmiş, şifahi razılaşmaya əsasən həmin torpaq sahəsini ev ilə birlikdə 150000 manata qiymətləndirilmiş və Kənan həmin daşınmaz əmlakın iddiaçının adına rəsmiləşdirməsinə və əlavə olaraq 5000 manat pul verilməsinə öhdəlik götürmüşdür. İddiaçı razılaşmadan sonra təxminən 2022-ci ilin əvvəlində özünə məxsus 0,0640 ha torpaq sahəsini Kənana faktiki təhvil vermiş, keçmiş ailəsi, yəni cavabdeh və uşaqlarla birlikdə Kənanın verdiyi hazırda mübahisələndirilən torpaq sahəsi üzərində yerləşən hazır 3 mərtəbəli yaşayış evinə köçmüşdür. Kənanın dediyi vaxtda iddiaçı həmin 0,0640 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə Kənanın tanışı X2 adlı şəxsə etibarnamə vermişdir. Sonradan həmin torpaq sahəsi 2022-ci ilin iyununda iddiaçının adından başqa şəxsin adına özgəninkiləşdirilmişdir. Lakin Kənan mübahisələndirilən torpaq sahəsini ev ilə birlikdə iddiaçının sahibliyinə verməsinə baxmayaraq iddiaçı dəfələrlə Kənana torpaq sahəsini onun adına rəsmiləşdirilməsini tələb etsə də Kənan müxtəlif bəhanələrlə yayınmış, hətta cavabdehin adına rəsmiləşdirilməsini də iddiaçıya təklif etmişdir. Nəhayət, Cavabdeh iddiaçını 2023-cü ilin may ayında evdən məcbur çıxardıqdan sonra iddiaçı başa düşmüşdür ki, cavabdehin əvvəldən qardaşı Fuadla birgə planıdır ki, onun əmlakına sahib çıxsınlar. Kənan da bunlara görə torpaq sahəsini iddiaçının adına sənədləşdirməkdən yayınır. Eyni zamanda satışdan ödəməli olduğu 50000 manatdan 20000 manatını da ödəməmişdir. Nəhayət, iddiaçı məcbur qalıb bu məsələ ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırılma aparılmış, məhz Kənan polisə çağırıldıqdan sonra iddiaçı hazırkı torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə nail olmuşdur. Beləliklə, şikayətdən sonra xx.xx.2024-cü il tarixdə hazırkı mübahisələndirilən torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanılmış, xx.xx.2024-cü il tarixdə iddiaçının adına çıxarış alınmışdır. Lakin cavabdeh iddiaçını evdən qovduğundan iddiaçı ev üzərindəki mülkiyyət hüququnu həyata keçirə bilmir. Nəzərə çatdırılır ki, cavabdehin iddiası üzrə yuxarıda qeyd olunan daşınmaz əmlak üzərində ər-arvadın birgə nikah dövründə əldə olunmuş əmlak olaraq pay hüquqların müəyyən olunmasına dair mülki işə baxılmış və iddia rədd edilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-440/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallardan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0142 ha torpaq sahəsi və üzərində yerləşən fərdi ev birgə nikah dövründə əldə edilsə də tərəflərin vəsaiti ilə deyil, miras qalmış əmlakın satışından əldə edilən vəsait hesabına əldə edilmişdir. Əlavə olaraq qeyd edir ki, iddiaçının cavabdeh ilə aralarındakı nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsi ilə pozulmuşdur. 2023-cü ilin may ayından cavabdeh iddiaçını evindən qovmuşdur və iddiaçı hazırda evsiz-eşiksiz qalmışdır. Tərəflər arasında həm torpaq sahəsi, həm də onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mübahisə yaranmışdır. Fərdi yaşayış evinə dair rəsmi sənəd olmasa da həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd mövcuddur. Bundan əvvəl Sumqayıt Apellyasiya Məhkəməsində sözügedən torpaq sahəsi ilə bağlı iddia barədə mülki işə baxılmış, lakin birgə nikah dövründə əldə edilmiş əmlak qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsində qeyd edilmişdir ki, torpaq sahəsi və üzərində olan ev ümumi vahid əmlak hesab olunur. Belə ki, torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə atasından qalan miras əsasında iddiaçı tərəfindən əldə edilmişdir. Cavabdeh hazırda qanunsuz olaraq sözügedən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Cavabdeh özü də etiraf edir ki, fərdi yaşayış evi onun keçmiş həyat yoldaşı olan iddiaçının hesabına alınmışdır. Hazırda sözügedən ev təxminən 180000-200000 manat dəyərindədir. İddiaçı övladlarının saxlanılması üçün aliment ödəmək, eyni zamanda cavabdehdən evi satmağa icazə verməsini istəyir, bunun müqabilində cavabdehə birotaqlı ev alması üçün pul verəcəkdir. Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamədə də iddiaçının fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə aldığı müəyyən edilmişdir. İddiaçı ev satıldıqdan sonra alimenti ödəməyə razıdır. Artıq iki ildir ki, cavabdeh sözügedən evdə yaşayır və bunun heç bir hüquqi əsası yoxdur. Onlar iddiaçı tərəf olaraq aliment ödəməyə və bütün aliment borclarının ödənilməsinə, əlavə olaraq cavabdehə 15000 manat pul verməyə razıdırlar, yetər ki, cavabdeh tərəfindən evin satılmasına şərait yaradılsın. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, İddiaçı ilə evlənərkən iddiaçının atasından miras qalmış bir torpaq sahəsi və evi olmuş, iddiaçı həmin torpaq sahəsini və evi satmışdır. Onlar satışdan əldə edilmiş pul ilə Xırdalan şəhəri, Misir parkının yaxınlığında yerləşən ev almışdırlar. Torpaq sahəsi və evin satışından bir az pul qalmış, iddiaçı həmin pulu içkiyə vermiş, xərcləmiş, daha sonra makleri polisə vermişdir ki, evi onun adına keçirmir. Ev maklerin, torpaq sahəsi isə öz adınadır. Fərdi yaşayış evi ilə bağlı rəsmi sənəd mövcud olmasa da torpaq sahəsinə dair rəsmi sənəd vardır. Əlavə olaraq bildirir ki, artıq 2 ildir, onunla iddiaçı ayrı yaşayırlar, lakin iddiaçı uşaqları ilə görüşmür və ona aliment ödəmir. O, sözügedən fərdi yaşayış evindən çıxmaq istəmir. O, yalnız iddiaçının ona aliment borcunu ödəyəcəyi halda evdən çıxmağa razıdır. Göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil Cavabdeh izahatına uyğun izahat verərək, vaxtilə razılıq əldə edilməsi üçün danışıqlar aparılması məqsədilə İddiaçı axtardıqlarını, lakin iddiaçını tapa bilmədiklərini, iddiaçının aliment borcunu ödəməsi halında cavabdehin evdən çıxmağa razı olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 0,0142 ha olan torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4374/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Abşeron Rayon Qeydiyyat Şöbəsində 239 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların anaları Cavabdeh himayəsində qalmasının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-440/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0142 ha torpaq sahəsinin 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə cavabdehin pay hüququnun tanınması və qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, qızıl-zinət əşyaları aşkar edilməzsə, onların dəyəri olan 9000 manat pulun, habelə iddia ərizəsnin verilməsinə görə ödədiyi 160 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sözügedən qətnaməyə əsasən iddia qismən təmin edilmiş,
1. Kolye (sep, sırğa, qolbaq, üzük) türk qızılı - 38 qram - 3610 manat. 2. Sırğa Türk qızılı - 6 qram - 570 manat. 3. Uşaq sırğası 2 ədəd Türk qızılı - 16 qram - 1520 manat. 4. 1235 manat dəyərində 13 qramlıq 5 ədəd üzükdən ibarət qızıl-zinət əşyası, həmin qızıl-zinət əşyaları aşkar edilməzsə, onların dəyəri olan 6935 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi, qalan hissədə iddianın təmin olunmaması və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 89,35 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1472/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı (vəkilinümayəndəsi Nümayəndə) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-440/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsi, cavabdehin və onun vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, onların birgə nikahdan iki övladı doğulmuş və hal-hazırda mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 0,0142 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin əldə edilməsi,tərəflərin birgə nikahda olduğu dövrə düşsədə,lakin tərəflərin birgə təsəərüfatı hesabına əldə edilməmiş, bu hal qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 2(012)-440/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təstiq edilmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bu xüsusatın artıq yenidən mübahisələndirilməsinə yol verilmir və sübuta ehtiyacı yoxdur. Həmçinin məhkəmədə sübutların tədqiqi zamanı müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4374/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Abşeron Rayon Qeydiyyat Şöbəsində 239 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin faktiki hallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 0,0142 ha olan torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmış və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olmasada,həmin fərdi yaşayış evi torpaq sahəsinin tərkib hissəsi olmaqla vahid əmlakı təşkil etmişdir.Belə olan halda məhkəmə hesab edir ki,hazırki mübahisənin həllinə 1 oktyabr 2009-cu il tarixli, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalı və fərdi yaşayış evindən çıxarılma ilə bağlı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə,məhkəmə tədqiq edilmiş subutların məcmusuna və sadalanan maddi hüquq normalarına əsaslanaraq,həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki,hal-hazırda cavabdeh iddiaçının ailə üzvü olmadığından və iddiaçı ilə birgə təsərrüfat aparmadığından, cavabdehin mübahisə predmeti olan fərdi yaşayış sahəsindən istifadə hüququ mövcud olmadığından çıxarılmalı və iddiaçı həmin fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat pul vəsaiti də cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 0,0142 ha olan torpaq sahəsindən və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılsın, İddiaçı sözügedən fərdi yaşayış evinə köçürülsün. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov