Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-592/2023 28.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil2, Qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı tikililərə müdaxilənin və torpaq sahəsinə girişin qadağan edilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı tikililərə müdaxilənin və torpaq sahəsinə girişin qadağan edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı məxsus mülkiyyət hüquqlu torpaq sahəsinə girişinə və müəyyən hərəkətlər etməsinə qadağaların qoyulması, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə dair əldə etdiyi qanunsuz və əsassız torpaqayırma sənədlərinin ləğv edilməsi və cavabdeh tərəfindən vurulmuş zərərin miqdarının ekspert tərəfindən hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh1 öz növbəsində, cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 40853 manat maddi və 20000 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətdəki torpaq sahəsində olan tikililərə müdaxilələrin və torpaq sahəsinə girişin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəllər İddiaçı qaynatası X10 faktiki sahibliyində olmuş ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş tikililər hazırda, iddiaçının mülkiyyətindədir. Torpaq sahəsinin ölçüləri ayrıc aktından göründüyü kimi, 20x50 m ölçüdə sxematik planda nişanlanaraq təhvil verilmiş və həmin torpaq sahəsi üzərində tikilmiş tikililər faktiki mövcuddur, lakin həmin tikililər Cavabdeh1 tərəfindən heç bir əsas olmadan sökülüb-dağıdılmış, nəticədə, hüquq və qanuni mənafelər cavabdeh tərəfindən pozulmaqda davam etmişdir. X19 uzun illərdir ki, faktiki sahiblik etdiyi əmlak barədə bildirmişdir ki, bu torpaq sahəsində fərdi yaşayış evi tikdirdikdən sonra qardaşı Cavabdeh1 yaşadığı hissədə təsərrüfat otaqları tikmiş, orada ev üçün lazımi əşyaları, alət və avadanlıqlar, toyuq-cücə saxlamışdır. Cavabdeh1 rayonda iş tapmadığından Bakı şəhərinə işləmək üçün gəlmiş, yaşamaq üçün yeri yox idi, həmin təsərrüfat otaqlarını təmir edərək qardaşı Cavabdeh1 müvəqqəti yaşamaq üçün vermişdir. Cavabdeh1 imkan edərək yaşadığı təsərrüfat otaqlarını yenidən təmir edərək hazırki vəziyyətə gətirmişdir. Sonradan, cavabdeh evi satmaq fikrində olduğundan aralarında sözsöhbət olmuş, Cavabdeh1 həyətdən çıxarmaq istədikdə o, mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsi də daxil olmaqla 0.0491 ha torpaq sahəsinin onun mülkiyyətində olması barədə sərəncamın arxiv surətini və torpaq sahəsinə dair Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarışın surətini Abşeron Rayon Polis İdarəsinin təhqiqatçısı vasitəsilə iddiaçının qaynatasına təqdim etmişdir. Cavabdehin təqdim etdiyi sənəd qanunsuz və saxtadır, lakin polisin həmin sənədi təqdim etməsi xeyli şübhə doğurmuş, ona görə vəkillə məsləhətləşməli olmuşdur. Bir torpaq sahəsinə iki sənədin verilməsi mümkün deyildir. Cavabdeh1 Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə İcra nümayəndəliyinin Xırdalan Südçülük-tərəvəzçilik sovxozuna aid torpaq sahəsindən xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamı ilə ayrılan 0.10 ha torpaq sahəsi cavabdeh tərəfindən satıldıqdan sonra cavabdeh həmin sərəncamın arxiv surətinə qanunsuz dəyişikliklər etmiş, Masazır Bələdiyyəsini aldatmış, Bələdiyyədən iddiaçının qaynatasına aid torpaq sahəsinin bir hissəsinə və Xırdalan-Masazır mərkəzi yolunun bufer zonasında (əvvəllər Abşeron Rayon X4 balansından müəssisənin işçilərinə fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış) olan torpaq sahəsinin bir hissəsinə yerquruluşu planından çıxarış alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon 4 saylı Ərazi İdarəsini aldatmaq istəmiş, lakin sənədlər düzgün olmadığından torpaq sahəsi dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh1 əldə etdiyi natamam və qanunsuz 0.0491 ha torpaq sahəsinə dair sənədləri əlində rəhbər tutaraq polis və müxtəlif şəxsləri aldatmışdır. Sorğularla müraciət etdikdən sonra məlum olmuşdur ki, cavabdeh rəsmi sənədləri saxtalaşdırmaqla mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsini və Xırdalan- Masazır mərkəzi yolunun bufer zonasının bir hissəsini mülkiyyətinə keçirmək istəsə də torpaq sahələrinin dövlət qeydiyyatına alınmasına və çıxarış əldə etməyə müvəffəq ola bilməmiş, lakin əldə etdiyi saxta sənədlərlə iddiaçının qaynatasını, Masazır Bələdiyyəsini, Abşeron Rayon Polis İdarəsini, Abşeron rayon Prokurorluğunu və torpaq sahəsini alan şəxsi aldatmış, nəticədə, mülkiyyətdə olan torpaq sahəsindəki əsaslı tikintiləri söküb dağıtmaqla ailəyə 50000 manat zərər vurmuşdur. Cavabdeh ilk növbədə, ona yaxşılıq edən qardaşı X12 aldatmış, fərdi yaşayış evində müvəqqəti yaşamaq adı ilə sonradan ona qarşı çıxmaqla özünü qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi kimi “tanıtmışdır” (saxta sənədlərlə), qardaşını əsəbləşdirmişdir. Köhnə arxiv sənədlərinə düzəlişlər edərək bələdiyyəni aldatmış, torpaq sahəsinə dair sərəncamın olduğunu bildirmiş və bələdiyyədən torpaq sahəsinə dair yerquruluşu planından çıxarış almışdır. Masazır Bələdiyyəsi hadisəni bildikdən sonra bələdiyyə tərəfindən verilən sənədi ləğv etmişdir. Cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarını aldatmağa müvəffəq ola bilməmiş, lakin natamam sənədləri təqdim edərək torpaq sahəsinin mülkiyyəti olduğunu inandırmışdır. Mülkiyyətdə olan torpaq sahəsində tikilən tikililəri söküb dağıtmaqla cavabdeh tərəfindən külli miqdarda zərər vurulmuşdur. Həyətyanı sahədə olan yaşıllıqları məhv etmiş, ağacları doğramışdır. Cavabdeh Abşeron Rayon Polis İdarəsində qeyd edilənləri izahatında göstərmişdir. Cavabdeh dövlət sənədlərində qeyri-qanunilik etdirməklə hüquqları və qanuni mənafeləri əsaslı surətdə pozmuşdur. Cavabdeh əmlakı qaytarmaq əvəzinə, həmin əmlakı sökərək dağıdır, nəticədə, zərər vurmuşdur. Hal-hazırda, tikinti materialının dəyərinin maksimuma çatdığı bir dövrdə cavabdeh əmlakı sökərək tikinti materiallarını yararsız vəziyyətə salmışdır. Mülkiyyətə aid olan torpaq sahəsinin qərarı xx.xx.1988-ci il tarixdən qəbul olunaraq torpaq ayrıc aktı ilə təhvil verilmişdir. Mülkiyyətçilər dəyişsə də ayrılmış torpaq sahəsinin ölçüləri dəyişmir. Cavabdeh əvvəllər ona qardaşı X19 tərəfindən müvəqqəti sığınacaq kimi verilən mülkiyyət hüquqlu torpaq sahəsində tikilən tikililəri dağıtmaqla məşğuldur. Qarşılıqlı iddia ərizəsində yazılanlar isə həqiqəti əks etdirmir, ilkin tələbin ödənilməsinə yönəlməmişdir. Qarşılıqlı və ilk iddia ərizələri arasında qarşılıqlı əlaqə yoxdur. Cavabdeh1 qardaşı X8 istifadə edərək dövlət sənədlərində qeyri-qanunilik etməyə səy göstərmiş, lakin sənədlərinin qanunsuz olması səbəbindən geri qaytarılmışdır. Xırdalan Südçülük-tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara torpaq sahəsi Xırdalan-Masazır yolunun sol hissəsində ayrılmış, cavabdehə də həmin sahədən torpaq sahəsi ayrılmışdır. Cavabdeh həmin torpaq sahəsini neçə illər bundan əvvəl satmışdır. Cavabdeh yaşadığı ünvanı düzgün qeyd etməmişdir. Həmin tikililər vaxtilə X13 məxsus olmuş, hal-hazırda, iddiaçının mülkiyyətindədir. Həmin ərazidə iddiaçı heç bir söküntü işləri aparmamış, cavabdehin polis idarəsində verdiyi izahat və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən, cavabdehin özünün sökdüyü bildirilmişdir. Cavabdehin qeyd etdiyi ərazidə ona aid heç bir əmlak yoxdur, həmin torpaq sahəsinin bir hissəsi iddiaçının mülkiyyətindədir, bir hissəsi də zəbt olunmuş, yolun bufer zonasına aiddir, otaqları X19 tikərək qardaşı Cavabdeh1 küçədə qalmasın deyə, müvəqqəti yaşayış üçün vermişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmədiyindən, cavabdehin mülkiyyətində torpaq sahəsi olmadığından, cavabdehə heç bir maddi və mənəvi zərər vurulmadığından qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Ona görə də göstərilənlərə əsasən, ilk iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, qanuni mülkiyyətdə olan 0.10 ha torpaq sahəsində əvvəllər iddiaçının qaynatası tərəfindən tikilmiş yardımçı tikililər təsərrüfat torpağında öz doğma qardaşı Cavabdeh1 yaşayış üçün verilmişdir. Cavabdeh həmin tikilidə uzun müddət yaşamış və sonradan cəhd edərək fərdi tikiliyə və torpaq sahəsinə dair sənəd düzəltdirməyə çalışmışdır. Qanuni sənəd əsasında olmamış və başqa şəxsə satmaq istəyəndə tərəflər arasında ixtilaflar yaranmışdır. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və cavabdehin torpaq sahəsinə girişinə və tikinti işlərinin aparılmasına qadağa qoyulmasını xahiş etmişdir. Həmin tikililər iddiaçının bildirdiyinə görə iddiaçının özünə məxsusdur. 30 ilə yaxın müddətdir ki, inşa etdirərək yardımçı təsərrüfat kimi istifadə etmişdir. Cavabdeh rayondan gələrək yaşayış yeri tapmadığına görə həmin tikililəri təmir etdirərək yaşayış yeri kimi vermişdir. Cavabdeh hardasa 90-cı illərdə orada yaşamışdır. Həmin müddətdə isə iddiaçının qaynatası tərəfindən 3 otaqlı ev verilmiş və sonradan mülkiyyətinə keçmişdir. İddiaçının qaynatası və ailə üzvləri isə səhv bilmirsə, 1991-ci ildə həmin əraziyə gəlmişdir. Sözügedən tikililər iddiaçının qaynatası tərəfindən 1992-1993-cü illərdə tikilmişdir. Tikililərin zəbt edilibedilməməsinin məhkəmə mübahisəsinə hər hansı bir aidiyyəti yoxdur, lakin bugünki gündə həmin tikililər iddiaçıya məxsusdur. İddiaçının bildirdiyinə görə tikililər 10 sot torpaq sahəsində, zəbt olunmuş torpaq sahəsində isə yaşıllıqlar mövcuddur. İddiaçı və onun yaxınları tərəfindən tikililər sökülməmişdir. Tikililərin hüquqmüəyyənedici sənədi yoxdursa cavabdehin tələb irəli sürməyə hüququ yoxdur. Ona görə də göstərilənlərə əsasən, ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə İcra nümayəndəliyinin Xırdalan Südçülüktərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara fərdi ev tikmək üçün verilən torpaq sahələrindən xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamı ilə torpaq sahəsi ayrılmış və o, həmin ildə özünə ev tikərək hal-hazıra kimi orada ailəsi ilə birlikdə yaşamışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində Cavabdeh1 ilə birlikdə qonşuluqda yaşayan qardaşı X19, gəlini İddiaçı və oğlu Cavabdeh2 onun qarşısını kəsərək özünə məxsus torpağı və evi başqa adam satsa da ona külli miqdarda maddi ziyan vuracaqlarını, evini sökəcəklərini bildirmişlər. O, irad bildirmiş, onlarla qonşu olsa da münasibəti yaxşı deyildir. İlkin iddiaçı Cavabdeh1 təsir edib onun torpağını və evini ucuz qiymətə almaq, sonra baha qiymətə satmaq istəmişlər. Onlar tez-tez Cavabdeh1 evinin onların torpağının qarşısını kəsdiyindən torpağı baha qiymətə sata bilmədiklərini bildirmişlər. Cavabdeh1 ünvan 2 ünvanında yerləşən evini və torpağını başqası ilə alqı-satqı etmək istərkən iddiaçılar onun evdə olmamasından istifadə edib ona məxsus fərdi evin üst örtüyünü sökmüş və divarı uçurmuşlar. Alqı-satqı etmək istədiyi müştəri bu halı görüb alqı-satqıdan imtina etmiş, nəticədə, İddiaçı və A.Nağıyev 40853 manat maddi ziyan vurmuşlar. Cavabdeh1 şikayət edəcəyini bilib ondan polisə şikayət edərək göstərmişlər ki, guya Cavabdeh1 onlara məxsus evi sökmüşdür. Bundan başqa, iddiaçılar Cavabdeh1 və ailəsinin işgüzar nüfuzuna xələl gətirərək haqqında nalayiq sözlər işlətməklə, heç bir haqqı olmadan polisə verməklə külli miqdarda mənəvi ziyan vurmuş, onlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olmuşlar. Bu səbəbdən də, mənəvi zərərin miqdarını 20000 manat məbləğində qiymətləndirir. Ona görə də göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 10 sot torpaq sahəsi vardır ki, ölçü olaraq 1 metr artıq olsa iddiaçı mübahisələndirə bilər. Torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur, mübahisədən iddiaçının məlumatı da yoxdur. Onun torpaq sahəsi əlindən alınmış, 6 aydır ki, 7 ailə üzvü yaşayışsız qalmışlar. Ölçü işləri aparılmalıdır, evindən 6 metr arxadan iddiaçının yeri başlayır. İddiaçının mülkiyyətində 15 sot torpaq sahəsi vardır. İddiaçı keçən il torpaq sahəsini almış və aralarında hasarı mövcuddur. Onda aidiyyəti qurumlar tərəfindən verilmiş sənədlər vardır ki, tikintiyə icazələr verilmişdir. 1989-cu ildə 3 qardaş olmaqla 20x12-yə ev tikmişlər. Kiçik qardaşı daş gətirmiş, o, özü ustalıq etmişdir. Sonradan o, İcra nümayəndəliyindən xahiş edərək yer ayrılmasını istəmiş və hissə-hissə tikməklə 2003-cü ildən həmin ərazidə yaşayır. O, Əlvan Rüstəmova məxsus evdə qeydiyyatdadır. Onun evi uçurdulmuş və 7 aydır ki, yaşayış yeri yoxdur. Ona görə də göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq, izahatında göstərmişdir ki, hesab edir ki, ilkin iddiaçının iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Torpaq Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən, cavabdehə icra hakimiyyəti tərəfindən 1996-cı ildə sərəncam verilmişdir. Həmin sənəd əsasında torpaq sahəsində cavabdehə tikintiyə icazə verilmişdir. Torpaq sahəsinin 70 kv.m hissəsi yol sahəsi ərazisinə düşür. Mütəxəssis rəyləri vardır ki, mübahisəli torpaq sahəsində yerləşən birmərtəbəli kürsülü fərdi yaşayış evinin sökülməsi nəticəsində dəymiş ziyanın məbləği 40853 manat müəyyən edilmişdir. İlkin iddia tələbləri əsassızdır və iddiaçının iddia irəli sürməyə subyektiv hüququ yoxdur. İlk iddiaçının özünün də etiraf etdiyi kimi, torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur, ona görə də subyektiv hüququ olmadığından ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbləri əsassızdır. O, mübahisəli torpaq sahəsində yaşayır və söküntü onun tərəfindən aparılmamışdır. Bu barədə videoçəkilişlər mövcuddur. İddiaçı onun həyat yoldaşıdır. Tikili Cavabdeh1 tərəfindən sökülmüşdür. Cavabdeh1 ona məxsus olan tikilidə on ilə yaxın yaşamışdır. Sonradan, aşağıda yarımtikili var idi ki, həmin tikilini inşa etmiş və həmin yerdə yaşamağa başlamışlar. Tikili Cavabdeh1 tərəfindən artırılmaqla yaşayış evi halına gətirilmişdir. Cavabdeh1 məxsus olan tikililər iddiaçıya məxsus torpaq sahəsində yerləşir. İddiaçıya məxsus torpaq sahəsinin kötük sənədində 20/50-yə ölçüdür ki, tikili həmin ərazidə yerləşir. Artığın olması istisna deyil, lakin tikilinin çox hissəsi ilkin iddiaçının torpaq sahəsinə düşür. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 balaca qardaşıdır. 1990-cı ildə Əlvan adlı şəxsin 10 sot yeri olmuşdur. O, həmin yerdə ev tikmiş, o vaxtdan da problem yaranmışdır. İddiaçı Alim Nağıyevin gəlini olmaqla onun uzaq qohumudur. İddiaçı həmin yerdə ev tikməmiş, yalnız darvaza və çən qoymuşdur. Sonradan o, kənardan ev tikməyə başlamışdır. Evin tikintisini o, fəhləlik işlərini isə qardaşı aparmışdır. 10 sot torpaq sahəsi hasara alınmışdır. Alimin yaşadığı ev onun evidir. Mübahisə olmasın deyə, o, həmin yaşayış sahəsini tərk etmişdir. Torpaq sahəsinə dair qərar olmuş, tikilinin isə hər hansı bir sənədi yoxdur. Eşitdiyinə görə, çıxarış sonradan indiki bələdiyyədən alınmışdır. Torpaq sahəsi isə Əlvan Rüstəmovun adınadır və həmin torpağın Cavabdeh1 aidiyyəti yoxdur. Qardaşının torpaq sahəsi 1996-cı ildə kənd sovetindən qərar əsasında alınmışdır. İddiaçıya məxsus torpaq sahəsindəki tikili kimsəyə məxsus deyildir və həmin evdə Alim Nağıyev yaşayır. Qardaşının evi isə hasardan kənardadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun sinif yoldaşının atasıdır və o, Abşeron rayonu Masazır kəndində yaşamaqla yaxın ərazidədirlər. O, Cavabdeh1 1998-ci ildən tanıyır. 2003-cü ildən gedişgəlişləri var. Alim Nağıyevi isə sonradan tanımışdır. Bildiyi qədərilə, evləri sökülmüş və Elnurdan soruşduqda isə evi Alim Nağıyevin sökdüyünü bildirmişdir. Deməsinin səbəbi isə sinif yoldaşının kirayə ev axtarması idi. Həmin ev Cavabdeh1dur. Torpaq sahəsinin sənədi var və onu bir dəfə görmüşdür. Sözügedən sənəd daşınmaz əmlakın çıxarışı idi. Həmin sənəd A4 formasında kağız şəklində olmaqla onu sinif yoldaşı Elnur göstərmişdir. Həmin evi o, özü təmir etmişdir. Özü usta işləyir. Sinif yoldaşı Elnur ilə 25 ildir ki, dostdur. Ona görə də ailəsi ilə bağlı məlumatları bilir. İddiaçı məxsus torpaq sahəsinin olması barədə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəsi 0.10 ha torpaq sahəsində yerləşən 374 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 246 saylı reyestr kitabının 88 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********29-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -X5 təqdim edilmiş Abşeron rayon Dövlət arxivi tərəfindən fondun sənəd materiallarına əsasən, Abşeron Rayon İcraiyyə Komitəsinin qərarından xx.xx.1990-cı il tarixli “Fərdi yaşayış evlərinin tikintisinə torpaq sahəsinin ayrılması haqqında” çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 263 №-li qərarı ilə sonradan ləğv edilmiş Abşeron rayon X4 fəhlə və mütəxəssislərinə fərdi ev tikmək üçün hər ailəyə 0.10 ha hesabı ilə 50 ailəyə 5 ha həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınmışdır. X5 0.10 ha hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında Abşeron rayon X4 xx.xx.1988-ci il tarixli 65 №-li əmri nəzərə alınmışdır. Vətəndaşa həmin torpaq sahəsində 60 kv.m ölçüyədək fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. -Azərbaycan Sovet Sosialist Respublikası tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 182 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində 2 otaqlı yaşayış sahəsi 103 kv.m köməkçi sahəsi, 41.8 kv.m-dən ibarət fərdi yaşayış evi X11 İcraiyyə Komitəsinin 08/08 nömrəli xx.xx.1998-ci il tarixli qərarı əsasında X2 adına qeydə alınmışdır. -xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəsində yerləşən 143 saylı fərdi yaşayış evi X3 mülkiyyətindədir. -Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli F-396 saylı arxivdən çıxarışdan görünür ki, Abşeron RİH başçısının Masazır kəndi nümayəndəliyi üzrə 28 saylı xx.xx.1996-cı il sərəncamına əsasən, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin Xırdalan Südçülük-tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara verilən həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikdirilməsi haqqında Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun xx.xx.1994-cü il tarixli 35 №-li məktubu ilə Cavabdeh1 torpaq sahəsinin naturada bölgüsünü rayon memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə ev tikdirməsini məqsədəuyğun hesab etmişdir. -Masazır Bələdiyyəsi tərəfindən verilmiş “xx.xx.2022-ci il tarixli iclasın 20 saylı protokolunun 04 saylı qərarından çıxarış”dan görünür ki, Masazır bələdiyyəsinin ümumi iclası gündəlikdə olan “Abşeron rayon Masazır bələdiyyəsinin alqı-satqı predmeti olan 0.0490 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilməsi barədə” məsələyə baxaraq və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5 və 9.1-ci maddələrini rəhbər tutaraq qərara almışdır: 1.1. Abşeron rayon Masazır bələdiyyəsinin alqı-satqı predmeti olan 0.0490 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və sürüşmə zonasında yerləşmədiyindən həmin torpaq sahəsinin satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmışdır. 1.2. Masazır bələdiyyəsinin inzibati ərazi vahidində yerləşən 0.0490 ha torpaq sahəsinə dair aidiyyəti qurumlardan qanuna müvafiq qaydada sənədlərin alınması təmin edilmişdir. 1.3. Bələdiyyənin satışı məqsədilə müsabiqəyə çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi 4 saylı Abşeron Ərazi idarəsindən xahiş edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********6 saylı məktubdan görünür ki, Cavabdeh1 adına Abşeron rayonu inzibati ərazi vahidi üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. -Masazır Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/01-04/271 saylı məktubdan görünür ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun”un 9.2-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edilir. Bu baxımdan, Cavabdeh1 mülkiyyətinə bələdiyyə tərəfindən torpaq sahəsinə dair torpaqayırma sənədləri verilməmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 07-159/22 saylı rəydən görünür ki, ünvan 3 ünvanında yerləşən, Cavabdeh1 istifadəsində olan birmərtəbəli kürsülü 4 otaqlı fərdi yaşayış evində İddiaçı və X20 tərəfindən aparılmış söküntü nəticəsində dəymiş zərərin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 40853.5 manat müəyyən olunmuşdur. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01-162/22 saylı rəydən görünür ki, Cavabdeh1 Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamına və Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarış sxeminə əsasən ayrılmış 0.0491 ha torpaq sahəsinin hal-hazıra kimi Cavabdeh1 faktiki olaraq 1 mərtəbəli kürsülü 4 otaqlı fərdi yaşayış evi tikib inşa etdiyi ünvan 3 ünvanında yerləşən torpaq sahəsi ilə eyni ərazilərdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı, Nağıyev X14 rayonu Masazır ərazi dairəsi Masazır kəndi Ə.Vahid küçəsi 374 saylı evdə, Cavabdeh1 isə Abşeron rayonu Masazır kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ilkin iddia ərizəsi üzrə İddiaçı maneələrin aradan qaldırılmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsində cavabdehin tikililərə müdaxiləsinin və torpaq sahəsinə girişinin qadağan edilməsini, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 isə mübahisəli torpaq sahəsində sökülmüş tikilinin uçurdulması nəticəsində ona vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə ilkin iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):
152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi olan Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilkin olaraq, X5 məxsus olmaqla bu barədə ona Azərbaycan SSR tərəfindən xx.xx.1998-ci il tarixli 182 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmiş və həmin torpaq sahəsi hazırda, İddiaçı məxsus olmaqla bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli çıxarış verilmişdir. Mülki Məcəllənin 139-1.1.1. maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, mübahisələndirilən Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilkin iddiaçının mülkiyyətində olmaqla qeyd olunan hal mülki işin mübahisələndirilməyən tərəfidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı iş”də qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və şahid ifadələri əsasında müəyyən olunmuşdur ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 onun tərəfindən inşa edilmiş, lakin sonradan söküldüyünü iddia etdiyi fərdi yaşayış evinin sökülməsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ilkin iddiaçıdan tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv baxaraq iş üzrə tədqiq olunan sübutlar əsasında müəyyən etmişdir ki, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 izahatında cavabdehə məxsus tikilinin ilkin iddiaçıya məxsus torpaq sahəsinin ərazisinə düşdüyünü, şahid qismində dindirilmiş cavabdehin qardaşının ifadəsi əsasında isə tikilinin ilkin iddiaçının torpaq sahəsinin ərazisinə düşmədiyi müəyyən olunmuşdur. Qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi əsasında tikilinin sonuncunun torpaq sahəsi ilə eyni ərazidə yerləşməsi müəyyən olunsa da, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin isə ilkin iddiaçıya məxsus olan torpaq sahəsinin daxilində yerləşməsi, başqa sözlə, üst-üstə düşməsi müəyyən olunmamış, qarşılıqlı iddiaçı həmin tələbi üzrə mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, ekspertizanın keçirilməsi ilə bağlı vəsatət təqdim etməmişdir. Göründüyü kimi, qarşılıqlı iddiaçı həmin tələbi üzrə istinad etdiyi halı təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, həmin tələb üzrə sübutetmə vəzifəsi də məhz qarşılıqlı iddiaçının üzərinə düşür. Ona görə də təqdim olunmuş mütəxəssis rəyi natamam sübut kimi nəzərə alınaraq şahid ifadəsi isə ziddiyyət yaratdığından ümumiyyətlə, mötəbər sübut kimi nəzərə alınmır. Qarşılıqlı iddia ərizəsində Cavabdeh1 tələbində Abşeron rayonu Masazır kəndində yerləşən Ə.Vahid küçəsində inşa edilmiş fərdi yaşayış evinin dağıdılması nəticəsində vurulmuş 40853 manat, mənəvi zərərə görə isə 20000 manatın tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Qarşılıqlı iddia ərizəsində Cavabdeh1 fərdi yaşayış evinin tikintisinə sərf olunmuş 40853 manat pul vəsaitinin tutulmasını tələb etsə də sübutetmə yükü daşıyan qarşılıqlı iddiaçı həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, qarşılıqlı iddia ərizəsi maddi ziyanın tutulması hissəsində əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsində isə aşağıdakıları qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından qarşılıqlı iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X6 haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, mülki iş materiallarını paralel şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, ilkin iddia ərizəsi təmin edilməli, İddiaçı məxsus Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəsində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən tikililərə müdaxilə edilməsi və torpaq sahəsinə girişi Cavabdeh1 qadağan edilməli, qarşılıqlı iddia ərizəsi isə əsaslı olmadığından təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə, qarşılıqlı iddia ərizəsi isə təmin edilmədiyindən həmin tələb üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İlkin iddia ərizəsi təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəsində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən tikililərə müdaxilə edilməsi və torpaq sahəsinə girişi Cavabdeh1 qadağan edilsin. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov