Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5986/2021 03.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 15.06.1938-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmuş X7 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi, onun adına ölüm haqqında şəhadətnamənin verilməsi və qətnamənin icrasının Abşeron rayon X3 Dövlət Qeydiyyat İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, 25 iyul 1975-ci il tarixdə X13 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından iki övladları dünyaya gəlmiş, hazırda da hər iki övladı sağdır. ünvan 1 ünvanında qeydiyyatda olmuş 15.06.1938-ci il təvəllüdlü əri X13 03 iyun 2020-ci il tarixdə vəfat etmiş və qohumlar tərəfindən 03 iyun 2020-ci il tarixdə Binəqədi rayonu Sulutəpə qəbiristanlığında dəfn edilmişdir. Lakin Koronavirus (Covid-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar K.Kərimovun ölümünə dair ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı müraciət edə bilməmişdir. Sonradan ərinin ölüm kağızının alınması ilə əlaqədar ona poliklinikadan məhkəməyə müraciət etməsi izah olunmuşdur. Hazırda o, əri K.Kərimovun ölümü haqqında şəhadətnamə ala bilməmişdir. Göstərilənləri nəzərə alaraq əri X7 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi lazımdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi bacısıdır. Bacısının yoldaşı X13 vəfat edəndə o, bacısı qızı Lalənin Abşeron rayonu Xırdalan şəhəri Mexkalon yaşayış massivində yerləşən evində olmuşdur. O, həm də Lalənin qonşusudur. 03.06.2020-ci il tarixdə saat 20:00-dan sonra o, X7 vəfat etdiyini eşitmiş və dərhal Lalənin evinə getmişdir. Artıq o, evə çatanda mərhum vəfat etmiş, təcili tibbi yardım heyəti gələndə isə mərhumun vəfat etməsinə dair sənəd təqdim etmişlər. Ərizəçi ilə mərhum Abşeron rayonu Çiçək qəsəbəsində yaşayırdı. Mərhum insult keçirmişdir. Qızı Lalə tibb bacısı olduğundan mərhum 6-7 ay müddət idi ki, qızının evində qalmış və qızı atasına tibbi xidmət göstərirdi. X13 hər hansı bədbəxt hadisədən, yıxılma, xəsarət almadan deyil, təbii xəstəlik nəticəsində vəfat etmişdir. Mərhum Sulutəpə qəbiristanlığında dəfn olunmuşdur. Pandemiya ilə əlaqədar olaraq hüzr mərasimi olmamış, yalnız yaxın qohum-əqrəbalar iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi qohumu, həmçinin ərizəçinin qızı X8 qonşusudur. X13 ərizəçinin həyat yoldaşı olmuşdur. 03.06.2020-ci il tarixdə axşam saat 20:00 radələrində mərhumun qızı ona zəng edərək atasının rəhmətə getdiyini söyləmişdir. Belə ki, Lalə xanım tibb bacısı olduğundan altı aya yaxın müddət idi ki, atasına tibbi xidmət göstərir, atası qızının evində qalırdı. O, Lalə xanımın evinə gedəndə atası artıq vəfat etmişdir. Təcili Tibbi yardım heyəti gəlmiş, mərhumun vəfat etməsinə dair sənəd təqdim etmişlər. Mərhum əvvəllər beyin qan sızmasına görə insult keçirmiş, həmin xəstəlikdən də əziyyət çəkirdi. O, hər hansı bədbəxt hadisədən, yıxılma, xəsarət almadan deyil, təbii xəstəlik nəticəsində vəfat etmişdir. Bildiyi qədəri ilə mərhum Sulutəpə qəbiristanlığında dəfn olunmuşdur. Pandemiya ilə əlaqədar geniş hüzr mərasimi olmamış, yaxınları iştirak etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayonu Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 03.06.2020-ci il tarixli Təcili və X6 X1 görünür ki, X7 adına həmin tarixdə saat 19:42 radələrində çağırış daxil olmuş, həkimə qədər ölüm halı aşkar edilmiş, kişi cinsindən olan meyid üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir. -Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən verilmiş 05.07.2021-ci il tarixli 1095/01 saylı arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı X13 həqiqətən 03.06.2020-ci il tarixdə vəfat etmiş və Binəqədi rayonu Sulutəpə Qəbiristanlığında dəfn edilmişdir. -Abşeron rаyоn Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı 14.07.2021-ci il tarixli 05/Q- 354/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə X15 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 28.09.2021-ci il tarixli 1306 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"-nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. K.Kərimovun ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Abşeron rayon İcra Hakimiyyəti 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 25.06.2021-ci il tarixli 1441 saylı arayışdan görünür ki, X2 rayonu Xırdalan şəhəri, A.Ələsgər küçəsi, ev 44 ünvanında 03.06.2020-ci il tarixədək ölən günədək yaşamışdır. -Ərizəçi, X9 və X4 tərəfindən tərtib olunmuş 14.06.2021-ci il tarixli aktdan görünür ki, onlar X7 03.06.2020-ci il tarixdə vəfat etməsini təsdiq etmişlər. -Asan-Sumqayıt tərəfindən verilmiş 10.12.2018-ci il tarixli AZE № 18691432 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu Xırdalan şəhəri, A.Ələsgər küçəsi, Mexkalon yaşayış massivi ev 44-də qeydiyyatda olmuşdur. -Asan-Sumqayıt tərəfindən verilmiş 10.12.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Abşeron rayonu Xırdalan şəhəri, A.Ələsgər küçəsi, Mexkalon yaşayış massivi ev 44-də qeydiyyatdadır. -Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, X13 dəfn olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X13 ərizəçinin əri olmuş, sonuncu 03.06.2020-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X7 ölüm faktı ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər də məhkəməyə verdikləri ifadələrində X7 03.06.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, A.Ələsgər küçəsi, Mexkalon yaşayış massivi ev 44-də vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ərinin ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin əri X13 03.06.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, A.Ələsgər küçəsi, Mexkalon yaşayış massivi ev 44-də vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 15.06.1938-ci il tarixdə Türkmənistan Respublikası Nebit-Dağ şəhərində anadan olmuş X7 03.06.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, A.Ələsgər küçəsi, Mexkalon yaşayış massivi ev 44-də vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə ərizəçinin tələbinin “ölüm haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxs üzərinə öhdəlik qoyulması” hissəsində qeyd edir ki, ölüm haqqında şəhadətnamə icra hakimiyyəti nümayəndəliyinin müstəsna səlahiyyəti olduğundan və ölüm faktı məhkəmə qaydasında təsdiqlənmiş işlər üzrə məhkəmə qətnamələri ölüm haqqında şəhadətnamə verilməsi üçün əsas olduğundan, məhkəmə qeyd olunan vəzifəni icra etmək öhdəliyini daşıyan qurumun üzərinə həmin vəzifəsinin icrası öhdəliyinin qoyulması üçün əsaslar görmədiyindən ərizə bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.5. bəndinə əsasən icra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 8.14. bəndinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 8.15. bəndinə əsasən ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 15.06.1938-ci il tarixdə Türkmənistan Respublikası Nebit-Dağ şəhərində anadan olmuş X7 03.06.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, A.Ələsgər küçəsi, Mexkalon yaşayış massivi ev 44-də vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5986/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5986/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver