Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-618/2023 06.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İN ƏMDX DƏDKR publik Hüquqi şəxsi 4 saylı Abşeron rayon Ərazi İdarəsinə, Abşeron rayonu Qobu Bələdiyyəsinə, Cavabdeh3 və X1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs: X3) qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin cavabdehlərin hesabına boşaldılması və aparılmış tikililərin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 fevral 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İN ƏMDX DƏDKR publik Hüquqi şəxsi 4 saylı Abşeron rayon Ərazi İdarəsinə, Abşeron rayonu Qobu Bələdiyyəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs: X5) qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin 3-cü şəxslərin hesabına boşaldılması və aparılmış tikililərin onların hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən (ona məxsus olan torpaq sahələri) X5 ilə (ona məlum olmayan digər şəxslərlə) bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestrdən alınmış X2 adına (ona məlum olmayan şəxslərin) olan çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin 3-cü şəxslərin hesabına boşaldılması və aparılmış tikililərin onların hesabına sökülməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun 3-cü şəxslərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən (ona məxsus olan torpaq sahələri) X5 və Ələkbərov Ramin arasında (ona məlum olmayan digər şəxslərlə) bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestrdən alınmış X2 və Ələkbərov Raminin adına (ona məlum olmayan şəxslərin) olan çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin 3-cü şəxslərin və cavabdehin hesabına boşaldılması və aparılmış tikililərin onların hesabına sökülməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun 3cü şəxslərdən və cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə iclası 06 fevral 2023-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. Tərəflər mülki iş üzrə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İddiaçı xx.xx.2022-ci il tarixli 1664 nömrəli qəbz əsasında Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalıdır. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İN ƏMDX DƏDKR publik Hüquqi şəxsi 4 saylı Abşeron rayon Ərazi İdarəsinə, Abşeron rayonu Qobu Bələdiyyəsinə, Cavabdeh3 və X1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs: X3) qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin cavabdehlərin hesabına boşaldılması və aparılmış tikililərin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı xx.xx.2022-ci il tarixli 1664 nömrəli qəbz əsasında Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-618/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-618/2023
06.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Torpaq mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq sahəsinin boşaldılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver