Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6188/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması, əldən çıxmış faydanın, dəbbə pulunun, dəymiş ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə 21 dekabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması, əldən çıxmış faydanın, dəbbə pulunun, dəymiş ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, natura qaydasında əmlakın, (yəni ki, musiqi avadanlıqlarını (3 hissədən ibarət Dyunakord pult, Şur mikrofon, Yamaha kalonkası - 2 ədəd, şnurlar və stoykalar) geriyə əsl sahibi və mükiyyətçisi olan ona geri qaytarılması və əldən çıxmış faydanın, günlük 40 manat qədər kirayə gəlirinin, yəni 31040 manat pulun və illik 5 faiz həcmində dəbbə pulunun, yəni ki, 1552 manat pulun, həmçinin 5000 manat mənəvi zərərin ödənilməsi və habelə 30 manat ödənilmiş dövlət rüsumunun, yekun ümumilikdə avadanlıqlarının ona qaytarılması və 37622 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, naturada əmlakını ona qaytarmaq mümkün olmadıqda isə dəymiş ziyanın, yəni 5000 manat avadanlıqlarının qiymətinin və əldən çıxmış faydanın, günlük 40 manat qədər kirə gəlirinin, yəni 31040 manat pulun və illik 5 faiz həcmində dəbbə pulunun, yəni ki, 1552 manat pulun, həmçinin 5000 manat mənəvi zərərin ödənilməsi, bundan başqa 30 manat dövlət rüsumunun, yekun ümumilikdə 42622 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki 07.05.2019-cu il tarixdə tanışları vasitəsi ilə tanıdığı Gülşən adlı şəxs ona ***-***-**-** nömrəli telefonla zəng edərək “Ağçiçəyim” şadlıq sarayının yaxınlığında görüşərək musiqi avadanlıqlarını (3 hissədən ibarət Dyunakord pult, Şur mikrofon, Yamaha kalonkası - 2 ədəd, şnurlar və stoykalar) ona hər gün 40 manat ödəyəcəyini söz verərək 1 günlük almışdır. Sonradan dəfələrlə zəng etsə də, müxtəlif bəhanələrlə onu aldadaraq həmin ona məxsus olan əşyalarını qaytarmaqdan yayınaraq imtina etmişdir. Özünü onun həyat yoldaşı kimi təqdim edən Azər adlı şəxs isə ***-***-**-** nömrəli əlaqəli telefondan zəng edərək əşyaları qaytaracağını bildirsə də, eyni tərkibdə saxta vədlər verərək onu aldatmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, cavabdeh Gülşəni tanımır. Onunla Rəcəb, Rasim işə gedəndə onların yanında görüşmüşlər. Rasim Gülşənə aparatları “Günəşpetrol”un yanında vermişdir. Cavabdehə aparatlar kirayə verilmiş,lakin geri qaytarılmamışdır. Aparatlar paket halında icarəyə verirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, səs rejissorudur, lakin VÖEN yoxdur. Cavabdehi ümumiyyətlə tanımır. Onlar Rasimlə birlikdə olarkən Gülşən onlara yaxınlaşaraq əşyaları götürmüşdür. Məhkəmə iddiaçını, şahidləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki iş materiallarından olan “Xəzər Elektron” tərəfindən verilmiş 29.11.2021-ci il tarixli Qaimə Fakturadan görünür ki, dinamik 500 W-2x 9000=1800, BLXPG58 2x850=1700, Oynakord pm 100 1x3900, Udilnite 2x15=30, kabel 10m 2x30=60, stoyka 2x60=120, Auk kabel 1x15=15, dyunakord dayaq 1x60=60, mukr smuru 10 m 2x20=40, cəmi 7725 AZN təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti başa çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırmaları zamanı iş materiallarından olan sənədlərdən və iddiaçının verdiyi izahatından, şahidlərin ifadələrindən iddia olunan natura qaydasında əmlaklar, yəni ki musiqi avadanlıqları 3 hissədən ibarət Dyunakord pult, Şur mikrofon, Yamaha kalonkası - 2 ədəd, şnurlar və stoykaların İddiaçı tərəfindən Cavabdeh verilməsi və həmin əşyaların geri qaytarılmaması sübut olunmur. Ona görə də, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.Əsas tələb təmin edilmədiyindən bundan törənən digər tələblər də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması, əldən çıxmış faydanın, dəbbə pulunun, dəymiş ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat İddiaçı aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-6188/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6188/2021
21.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver