Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6232/2021 08.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, Kreditor MMC-nin Borclu barəsində borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditor MMC Borclu barəsində borcun tutulması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 881 manat əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 279.2.2-ci və 279.2.3-cü maddələrinə görə verilmiş tələbi təsdiq edən sənədlərin təqdim olunmaması və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisənin olması əmrdən imtina üçün əsasdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditorla borclu arasında bağlanmış müqavilə borclu tərəfindən imzalanmadığından mübahisə predmeti ola bilər. Belə olan halda məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 275-279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu barəsində borcun tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-6232/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6232/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver