Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-634/2023 02.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh2 və onun vəkili-nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisinə və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, ləyaqətsiz vərəsə elan edilmə, miras payının müəyyən olunması və yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisinə və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, ləyaqətsiz vərəsə elan edilmə, miras payının müəyyən olunması və yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 2V-287 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Cavabdeh2 adına rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Cavabdeh2 ləyaqətsiz vərəsə elan edilməsi, İddiaçı tam pay şəklində vərəsəlik payının müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında tərəflər mübahisəni könüllü qaydada həll etdiklərini qeyd edərək, barışıq sazişi bağladıqlarını bildirdilər və onu təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-634/2023 nömrəli mülki iş üzrə tərəflər - İddiaçı və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 aşağıda göstərilən şərtlər daxilində öz aralarında bu barışıq sazişini bağlamışdırlar: “İddiaçı Cavabdeh2 qarşı irəli sürdüyü vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və Cavabdeh2 ləyaqətsiz vərəsə elan edilməsi tələbi üzrə iddiadan aşağıdakı şərtlərlə barışıq sazişini təsdiq etməklə imtina edir. İddiaçı Cavabdeh2 mərhum Əzimova X4 məxsus olmuş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44,2 kv.metr olan fərdi yaşayış evinin (miras əmlakı sayılan) 1/4 hissəsinə olan vərəsəlik payından imtina etməsi müqabilində, ona 10000 manat pul vəsaitini məhkəmə baxış iclasında barışıq sazişinin təsdiqindən əvvəl nağd şəkildə ödəməyi öhdəsinə götürür. Cavabdeh2 mərhum Əzimova X4 məxsus olmuş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44,2 kv.metr olan fərdi yaşayış evinin (miras əmlakı sayılan) 1/4 hissəsinə olan vərəsəlik payından İddiaçı 10000 manat pul vəsaitini nağd şəkildə aldıqdan sonra imtina etməklə, miras əmlakına dair tam payı müəyyən edən vərəsəlik şəhadətnaməsinin və şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də miras əmlakına dair tam pay üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarışın verilməsinə razılıq verməklə, İddiaçı xeyrinə barışıq sazişini imzalamaqla təsdiq edir. Cavabdeh tərəf Cavabdeh2 övladı, mülki iş üzrə 3-cü şəxs X1 mərhum Əzimova X4 məxsus olmuş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44.2 kv.metr olan fərdi yaşayış evinə istifadə hüququnun itirilməsini və barışıq sazişi qanuni qüvvə almadan (3 gün müddətində - xx.xx.2023-cü il tarixinə qədər) Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44,2 kv.metr olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürməyi qəbul və təsdiq edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 mərhum Əzimova X4 məxsus olmuş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44,2 kv.metr olan fərdi yaşayış evinə istifadə hüququnun barışıq sazişi qüvvəyə mindiyi tarixdən dərhal 3 gün müddətində itirilməsini qəbul və təsdiq edir. Cavabdeh tərəf Əliyeva X2 rayon 1 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 2V- 287 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Cavabdeh2 adına rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin (mərhum Əzimova X4 məxsus olmuş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44.2 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsinə Cavabdeh2 vərəsəlik hüququmu müəyyən edən) ləğv edilməsini, mərhum Əzimova X4 məxsus olmuş, Xırdalan şəhəri, 26cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44.2 kv.metrlik fərdi yaşayış evinə İddiaçı tam şəkildə vərəsəlik payının yenidən müəyyən edilməsi və tam pay üzrə yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini qəbul və təsdiq edir. Cavabdeh2 yalnız mərhum Əzimova X4 məxsus olmuş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44.2 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsinə olan vərəsəlik hüququndan imtina edir. Gələcəkdə yaranacaq və ya ortaya çıxacaq daşınar və ya daşınmaz əmlaklarla (həmçinin pul vəsaitləri də daxil olmaqla) bağlı vərəsəlik hüququnu özündə saxlayır. Bu sazişin bütün müddəaları tərəflərin (iddiaçı, cavabdeh və mülki iş üzrə 3-cü şəxs) iradə ifadəsinə uyğun tərtib edilmişdir. Bu saziş Azərbaycan dilində, 1 vərəqdə, 4 nüsxədə tərtib edilmişdir, nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Hazırki barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra qüvvəyə minir.”. Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, işin icraatına xitam verilir. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci ildə saat 18:48-də ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisinə və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, ləyaqətsiz vərəsə elan edilmə, miras payının müəyyən olunması və yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə tərəflərin barışıq sazişi təsdiq edilsin və mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi aşağıdakı məzmunda: “1. İddiaçı Cavabdeh2 qarşı irəli sürdüyü vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və Cavabdeh2 ləyaqətsiz vərəsə elan edilməsi tələbi üzrə iddiadan aşağıdakı şərtlərlə barışıq sazişini təsdiq etməklə imtina edir.
2. İddiaçı Cavabdeh2 mərhum Əzimova X4 məxsus olmuş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44,2 kv.metr olan fərdi yaşayış evinin (miras əmlakı sayılan) 1/4 hissəsinə olan (miras əmlakın 25 %-nə) vərəsəlik payından imtina etməsi müqabilində, ona 10000 manat pul vəsaitini məhkəmə baxış iclasında barışıq sazişinin təsdiqindən əvvəl nağd şəkildə ödəməyi öhdəsinə götürür.
3. Cavabdeh2 mərhum Əzimova X4 məxsus olmuş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44,2 kv.metr olan fərdi yaşayış evinin (miras əmlakı sayılan) 1/4 hissəsinə olan (miras əmlakın 25 %-nə) vərəsəlik payından İddiaçı 10000 manat pul vəsaitini nağd şəkildə aldıqdan sonra imtina etməklə, miras əmlakına dair tam payı müəyyən edən vərəsəlik şəhadətnaməsinin və şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də miras əmlakına dair tam pay üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarışın verilməsinə razılıq verməklə, İddiaçı xeyrinə barışıq sazişini imzalamaqla təsdiq edir.
4. Cavabdeh tərəf Cavabdeh2 övladı, mülki iş üzrə 3-cü şəxs X1 mərhum Əzimova X4 məxsus olmuş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44.2 kv.metr olan fərdi yaşayış evinə istifadə hüququnun itirilməsini və barışıq sazişi qanuni qüvvə almadan (3 gün müddətində - xx.xx.2023-cü il tarixinə qədər) Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44,2 kv.metr olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürməyi qəbul və təsdiq edir.
5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 mərhum Əzimova X4 məxsus olmuş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44,2 kv.metr olan fərdi yaşayış evinə istifadə hüququnun barışıq sazişi qüvvəyə mindiyi tarixdən dərhal 3 gün müddətində itirilməsini qəbul və təsdiq edir.
6. Cavabdeh tərəf Əliyeva X2 rayon 1 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 2V-287 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Cavabdeh2 adına rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin (mərhum Əzimova X4 məxsus olmuş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44.2 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsinə Cavabdeh2 vərəsəlik hüququnu müəyyən edən) ləğv edilməsini, mərhum Əzimova X4 məxsus olmuş, Xırdalan şəhəri, 26cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44.2 kv.metrlik fərdi yaşayış evinə İddiaçı tam şəkildə vərəsəlik payının yenidən müəyyən edilməsi və tam pay üzrə yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini qəbul və təsdiq edir.
7. Cavabdeh2 yalnız mərhum Əzimova X4 məxsus olmuş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerləşən, ümumi sahəsi 44.2 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsinə olan vərəsəlik hüququndan imtina edir. Gələcəkdə yaranacaq və ya ortaya çıxacaq daşınar və ya daşınmaz əmlaklarla (həmçinin pul vəsaitləri də daxil olmaqla) bağlı vərəsəlik hüququnu özündə saxlayır.
8. Bu sazişin bütün müddəaları tərəflərin (iddiaçı, cavabdeh və mülki iş üzrə 3-cü şəxs) iradə ifadəsinə uyğun tərtib edilmişdir.
9. Bu saziş Azərbaycan dilində, 1 vərəqdə, 4 nüsxədə tərtib edilmişdir, nüsxələr eyni hüquqi qüvvəyə malikdir.
10. Hazırki barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra qüvvəyə minir.”. təsdiq edilsin. Hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı hazırki mülki iş (2(012)-634/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (992180693 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova