Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6344/2021 18.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi) hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olmasına dair ərizəsinə 18 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi) hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, Ərizəçi ərizəsi təmin edilməli, həmin ərizə əsasında ərizə baxılmamış saxlanılmalı və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi ərizənin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi) hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olması barədə ərizəsi baxılmamış saxlanılsın və ərizə sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-6344/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6344/2021
18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver