Məhkəmə qərarları › İş №2(012)-6555/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6555/2023

14.12.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6555/2023 14.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması, maneələrin aradan qaldırılması və sahibinə təhvil verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinə İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması, maneələrin aradan qaldırılması və sahibinə təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Mənzil tikintisi haqqında müqavilənin 4.3-cü bəndinə görə müqavilə üzrə mübahisələr yarandıqda tərəflər bunu danışıqlar yolu ilə həll edir, əks halda mübahisələr qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəmə yolu ilə həll olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mediasiya mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə tətbiq edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. İş materiallarından da göründüyü kimi İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması, maneələrin aradan qaldırılması və sahibinə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi verməzdən əvvəl tərəflər mübahisənin məhkəmədən kənar həll edilməsi üçün müvafiq mediasiya təşkilatına müraciət etməmişdir. Yuxarıda göstərilənləri, qanunun qeyd edilən normalarını əsas tutaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması, maneələrin aradan qaldırılması və sahibinə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması, maneələrin aradan qaldırılması və sahibinə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver