Məhkəmə qərarları › İş №2(012)-667/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-667/2021

01.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-667/2021 01.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilkin iddiaya, iddiaçı Cavabdeh İddiaçınə qarşı «əsassız borcun silinməsi» tələbinə dair qarşılıqlı iddiaya dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 tərəfindən İddiaçı İB-yə vurulmuş 2266,30 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2296,30 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB tərəfindən irəli sürülən iddianın təmin edilməməsini, İddiaçı İB-nin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2020ci il tarixli, ******* saylı aktların ləğv edilməsini və cavabdeh tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə iddiaçının özünə aid edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə prossesində ərizə təqdim edərək, hazırki mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini və onun cavabdeh İddiaçınə qarşı «əsassız borcun silinməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə baxış iclası isə xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, cavabdeh isə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilkin iddiaya, iddiaçı Cavabdeh İddiaçınə qarşı «əsassız borcun silinməsi» tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar