Məhkəmə qərarları › İş №2(012)-682/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-682/2021

27.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-682/2021 27.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının geri qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi» tələbinə dair mülki işə 27 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 ədəd pərdə- 400 man; 4 ədəd xalça- 600 man, Televizor HFİNZ-800 man; Paltaryuyan BOSCH firması-1500 man; 2 ədəd meyvə qabı- 100 man; konfet qabı 3 ədəd 60 man; mürəbbə qabı 2 ədəd-30 man; yataq dəsti pasteli-yorğan, döşək, ədyallar, iki tük yastığı-1000 man; qazan dəsti-300 man; boşqab dəsti boşqablar 2 ədəd rumka, 2 ədəd fincan dəsti, çaydan dəsti fincanı ilə, 12 nəfərlik 1000 man; qaşıq dəsti-12 ədəd-50 man; tək çaydan-30 man; 2 stəkan dəsti 12 ədəd-25 man; 4 ədəd padnos-30 man; 4 ədəd can dəsmalı-200 man; 3 ədəd əl dəsmalı-60 man; 4 ədəd süifə-300 man; dırnaq insturumentləri-300 man. Paltarlar: 2 ədəd boğazlı kofta (vodalaska)-60 man; 3 ədəd boğazsız qollu qış koftası-80 man; yay futbol kalan-10 ədəd-150 man; 8 ədəd jeans şalvar-300 man; 3 ədəd kurtka- 450 man; 2 ədəd pencək- 65 man; 1 ədəd palto-200 man; uzunboğaz çəkmə-150 man; qısa çəkmə-60 man; qısa çəkmə-50 man; 1 ədəd basanoşka-40 man; 2 ədəd krasovka- 60 man; 2 ədəd toy donu-200 man; 2 dəst ev geyimi-80 man; alt paltarları-20 man; 1 ədəd dəri kurtka-100 man; 1 ədəd köynək- 18 man. Uşağın paltarları: 1 ədəd kurtka-100 man; 4 ədəd qış koftası-120 man; vay koftaları və şortikləri-70 man; 1 ədəd çəkmə-100 man; 1 ədəd krasovka-30 man; 2 ədəd şalvar-50 man; 1 ədəd nazik pencək-40 man; 1 dəst ev geyimi-30 man; alt paltarları-20 man; 1 ədəd köynək-20 man. Qızıl: Komplekt-sırğa, bilərzik, sep, üzük-(italyan qızılı, 750 əyyar) 3000 man; nişan üzüyü kaliso- 300 man; 1 ədəd italyan qızılı (750 əyyar) üzük-250 man-qeyd olunan cehiz əşyalarının və qızılzinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, cehiz və qızıl-zinət əşyaları aşkar edilməzsə onların dəyəri olan 13000 (on üç min) manat pul məbləğinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla Cavabdeh arasında 05 avqust 2011ci il tarixdə Nərimanov rayon Qeydiyyat Şöbəsində rəsmi nikahları bağlanmışdır. Birgə nikahlarından 30 yanvar 2012-ci il təvəllüdlü X1 dünyaya gəlmişdir. Bir müddət cavabdehlə birgə təsərrüfat aparsalar da, sonralar münasibətləri gərgin olmuşdur. Nəticədə aralarında olan nikah əlaqələri Abşeron Rayon Məhkəməsi tərəfindən ləğv edilmiş və 2(012)-4898/2017 saylı qətnamə qəbul edilmişdir. O, nikahın pozulmasına dair məhkəməyə müraciət etdiyi dövrdə evi tərk etmiş və qızıl-zinət əşyaları da daxil olmaqla bütün əşyalarını özüylə aparmışdır. Lakin bir müddət sonra cavabdeh ilə barışmış və yenidən birlikdə qeyri-rəsmi olaraq yaşamağa başlamışlar. Cavabdeh ilə birgə yaşadıqları dövrdə qızıl-zinət əşyalarını da yenidən evə gətirmişdir. Aralarında rəsmi nikaha daxil olmaqla bağlı mübahisə yarandığı üçün bir müddətliyə evi tərk etmiş və bu zaman ancaq özünə məxsus geyim əşayalarını aparmışdır. Ailə içində olan anlaşmazlıq olduğunu düşündüyü və yenidən barışacaqlarını zənn edərək qızıl əşyalarını evdəki yataq otağında qoymuşdur. Lakin bundan sonra münasibətləri daha da pisləşdiyindən ayrılmış və cavabdeh ona məxsus qızıl əşyalarını özündə saxlayaraq ona qaytarmamışdır. Əşyalarının yarısını götürmüşdür. Lakin 4 ədəd dəsmal 1 ədəd ədyal və 6 ədəd stəkan qalmışdır. Qızılların isə hamısı cavabdehdədir, nişan üzüyü (300 manat), boyunbağı, qolbağı, üzük və sırğa dəsti (3000 manat) və 1 ədəd qızıl üzüyü (250 manat) cavabdehdə qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ilə aralarında olan nikah 2017-ci ildə pozulmuşdur. Anası ona Xırdalan şəhərində ev aldıqdan sonra orada tək yaşamağa başlamış və iddiaçı ilə 2019-cu ilin oktyabr ayında barışaraq sözügedən evdə yaşamışdır. İddiaçı onunla yaşamağa gələndə özü ilə heç nə gətirməmişdir. Onlar birlikdə yaşasalar da, İddiaçı alimenti dayandırmamış və bu səbəbdən də aralarında tez-tez mübahisələr yaranmağa başlamışdır. Eyni zamanda iddiaçı ilə ailə quran zaman 700-800 manat dəyərində boyunbağı, qolbağı və 250-300 manat dəyərində nişan üzüyü almışdır. Bundan əlavə heç bir qızıl– zinət əşyası verməmişdir. İddiaçının qeyd etdiyi dəsmal ondadır, gəlib götürə bilər. Lakin onda ədyal yoxdur. İddiaçı bütün əşyalarını, yorğan-döşəyi aparmışdır. Barışdıqdan sonra evə gələndə iddiaçı heç bir qızıl gətirməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia ərizəsində göstərilən qızıl-zinət və digər əşyların əşyalarının mövcudluğu, həmin əşyaların cavabdehdə olması, həmçinin qızıl-zinət əşyaların geri qaytarılması ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı bununla bağlı izahatlarından başqa hər hansı bir mötəbər sübuta istinad etməmişlər. İddiaçının izahatı yalnız formal mülahizələrə əsaslandığından məhkəmə həmin izahatlara tənqidi yanaşaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 3 ədəd pərdə-400 man; 4 ədəd xalça-600 man, Televizor HFİNZ-800 man; Paltaryuyan BOSCH firması-1500 man; 2 ədəd meyvə qabı-100 man; konfet qabı 3 ədəd 60 man; mürəbbə qabı 2 ədəd-30 man; yataq dəsti pasteli-yorğan, döşək, ədyallar, iki tük yastığı-1000 man; qazan dəsti-300 man; boşqab dəsti boşqablar 2 ədəd rumka, 2 ədəd fincan dəsti, çaydan dəsti fincanı ilə, 12 nəfərlik 1000 man; qaşıq dəsti-12 ədəd-50 man; tək çaydan-30 man; 2 stəkan dəsti 12 ədəd-25 man; 4 ədəd padnos-30 man; 4 ədəd can dəsmalı-200 man; 3 ədəd əl dəsmalı- 60 man; 4 ədəd süifə-300 man; dırnaq insturumentləri-300 man. Paltarlar: 2 ədəd boğazlı kofta (vodalaska)-60 man; 3 ədəd boğazsız qollu qış koftası-80 man; yay futbol kalan-10 ədəd-150 man; 8 ədəd jeans şalvar-300 man; 3 ədəd kurtka- 450 man; 2 ədəd pencək- 65 man; 1 ədəd palto-200 man; uzunboğaz çəkmə-150 man; qısa çəkmə-60 man; qısa çəkmə-50 man; 1 ədəd basanoşka-40 man; 2 ədəd krasovka- 60 man; 2 ədəd toy donu-200 man; 2 dəst ev geyimi-80 man; alt paltarları- 20 man; 1 ədəd dəri kurtka-100 man; 1 ədəd köynək-18 man. Uşağın paltarları: 1 ədəd kurtka-100 man; 4 ədəd qış koftası-120 man; vay koftaları və şortikləri-70 man; 1 ədəd çəkmə-100 man; 1 ədəd krasovka-30 man; 2 ədəd şalvar-50 man; 1 ədəd nazik pencək-40 man; 1 dəst ev geyimi-30 man; alt paltarları-20 man; 1 ədəd köynək-20 man. Qızıl: Komplekt-sırğa, bilərzik, sep, üzük- (italyan qızılı, 750 əyyar) 3000 man; nişan üzüyü kaliso-300 man; 1 ədəd italyan qızılı (750 əyyar) üzük-250 man-qeyd olunan cehiz əşyalarının və qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, cehiz və qızıl-zinət əşyaları aşkar edilməzsə, onların dəyəri olan 13000 (on üç min) manat pul məbləğinin Cavabdeh alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar