Məhkəmə qərarları › İş №2(012)-6878/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6878/2021

24.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6878/2021 24.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, İİİ şəxs Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsindən çıxarılma, mülkün və evin boşaldılaraq təhvil verilməsi iddia tələbinə dair mülki işə 24 dekabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsindən çıxarılma, mülkün və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ailə üzvüləri olan Cavabdeh3, Cavabdeh2 və onun soyadı və adını bilmədiyi həyat yoldaşının, azyaşlı uşaqları ilə birlikdə ona məxsus ünvan 1 ünvanda olan evdən və mülkdən çıxarılması, həmin evin və mülkün boşaldılaraq ona təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 barədə Abşeron rayon Məhkəməsinin yaşayış evindən çıxarılma və evin boşaldılması ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan onun cavabdehlərin sırasından çıxarılmasını xahiş etmiş, vəsatət təmin edilmiş, lakin, Cavabdeh1 3-cü şəxs kimi işə cəlb edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə rəsmi alqı-satqı müqaviləsi bağlayaraq ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 217,6 kv m olan yaşayış evini və 0,0307 ha torpaq sahəsini Sumqayıt Asan Xidmət Mərkəzində, AN-1 № ******* nömrəli müqavilə əsasında almışdır. Həmin müqavilə reyestrdə 19 yanvar 2017-ci il tarixdə AN- 10593969 nömrə ilə qeydə alınmışdır. Alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində seriya RX ******* olan qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi 08.02.2017 olan çıxarış almışdır. Çıxarışa əsasən qeyd olunan əmlak onun mülkiyyətindədir. Qeyd olunan əmlakı aldıqdan sonra hal-hazırda ona məxsus yaşayış evində heç bir qeydiyyatı olmayan Cavabdeh1 ilə 25 iyul 2017-ci il tarixdə icarə müqaviləsi bağlayaraq hər ay 1500 manat ödənilmək şərti ilə mülkiyyətində olan evi, onun altında olan kafeni və təndirxananı tam komplektləşdirilmiş və təmir edilmiş şəkildə onun icrasına vermişdir. Sonradan icarəçi icarə müqaviləsinin şərtlərini pozduğuna görə onlar icarə müqaviləsini ləğv etmək qərarına gəlmişdir. 06 iyul 2018-ci il tarixdə Abşeron rayon 1 saylı Notariat Kontoruna gələrək ərizə ilə müraciət etmiş və notarius icarə müqaviləsinə xitam verilməsi barədə elektron notariat X1 çıxarış təsdiq etmişdir. Həmin çıxarış reyestrdə 1S- 8627 nömrə ilə qeydə alınmışdır. İcarə müqaviləsinin ləğv edilməsinə və münasibətlərinin pozulmasına baxmayaraq Cavabdeh1 mülkiyyətində olan yaşayış sahəsindən yuxarıda qeyd edilən ailə üzvləri ilə yaşamaqda davam edir və mənzildən çıxmır. Bu da onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Dəfələrlə müraciət etməyinə baxmayaraq o, yaşayış sahəsini tərk etmək istəmir. Abşeron rayon məhkəməsinin 25.12.2018-ci il tarixli qətnaməsi ilə mənim Cavabdeh1 qarşı iddiası təmin edilərək cavabdehin və ailə üzvlərinin onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması qət edilmiş, həmin qətnamə icraya yönəlsə də cavabdehin uzun müddət ötdükdən sonra vermiş olduğu apellyasiya şikayəti icraata qəbul edilərərək Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qanunsuz qərardadı ilə apellyasiya baxışı mümkün hesab edilərək apellyasiya şikayəti apellyasiya baxışma təyin edilmişdir. Bir neçə dəfə iş baxışa təyin edilsə də cavabdehlər məhkəmə iclasına gəlməmiş, yalnız 23 iyul 2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə cavabdehlərdən Cavabdeh1 və nümayəndəsi X14 gələrək vəsatətlə çıxış edərək alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin eribarsız hesab edilməsi haqqında iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etdiklərini və həmin işin məhkəmə icraatına qəbul edilməsini əsas tutaraq qeyd edilən mülki iş üzrə yekun qərar qəbul edilənə qədər hazırki işin icraatının dayandırmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qərardadı ilə həmin vəsatət təmin edilmiş, hazırki iş üzrə icraat dayandırılmışdır. Uzun müddət ərzində Abşeron rayon məhkəməsində alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş hüquqi sənədlərin etibarsız hesab edilməsi haqqında iddia tələbinə baxılaraq məhkəmə iddianın buna hüququ olmayan şəxs tərəfindən qaldırılması qənaətinə gələrək iddianın rədd edilməsi haqqında 03 oktyabr 2019-cu il tarixli qətnamə qəbul etmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən vəkili ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti ilə müraciət etmiş, həmin məhkəmənin 01.09.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Hər üç məhkəmə iddianın buna hüququ olmayan şəxs (subyektiv hüquqa malik olmayan) tərəfindən qaldırılması qənaətinə gəlmişlər. Bundan sonra onun vəkili və nümayəndəsi Ali məhkəmənin qeyd edilən qərarını Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edərək mənzildən çıxarılma tələbinə dair iş üzrə qərardadın ləğv edilərək icraatın təzələnməsini xahiş etmişlər. Sumqayıt Aperllyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin ailə üzvülərinin fərdi yaşayış evindən çıxarılmasının təmin edilməsi hissəsində Abşeron rayon məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamışdır. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 dair hissədə təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, tələbin ailə üzvülərinə dair hissəsini təmin etməkdə haqlı olmamışdır. Apellyasiya Məhkəməsi belə qənaətə gələrkən iddia ərizəsində cavabdehin ailə üzvülərinin kimliyini, neçə nəfərdən ibarət olmasını göstərilməməsini, həmin şəxslərin məhkəməyə çarılmamamsını əsas tutmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin bu iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə çıxarılmış qətnamə icraya yönəlsə də məhkəmə icraçısı qətnamənin yalnız cavabdeh X9 dair hissədə icra edilə biləcəyini bildirmişdir. Ötən üç ildən çox müddətdə cavabdehlər qanunsuz olaraq onun mülkiyyətində olan evdən istifadə etmiş, həmin mənzildən onun istifadə etməyini məhdudlaşdırmış, evin altında yerləşən kafe və təndirxanadan istifadə etməyinə imkan verməmişdir. Cavabdehlər açıq-aşkar onun mülkiyyətinə qanunsuz olaraq yiyələnmiş, hətta evin altındakı ona məxsus kameranı və televizoru oğurlamışdır. Televizoru oğurlamağı kameranın yaddaşına düşsə də Abşeron rayon Polis şöbəsi həmin oğurluq faktını ört-basdır edərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bundan başqa da həmin ünvanda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən bir neçə dəfə oğurluq hadisələri törədilmiş. ünvan 3 ünvanında yerləşən kafe kimi və təndirxana kimi istifadə etdikləri qeyri yaşayış sahəsindən 03 iyul 2019-cu il tarixdə, 04 iyul 2019-cu il tarixdə, 05 iyul 2019-cu il tarixdə, 24 iyul 2019-cu il tarixdə oğurluq hadisəsi olmuş, hər bir hadisə barədə onun oğlu X11 tərəfindən Daxili İşlər nazirliyinin 102 xidmətinə zəng edilərək məlumat verilmiş, hər bir hadisə ayrı-ayrılıqda araşdırılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Cavabdehlər Ağcabədi şəhərində və Göyçay şəhərində qeydiyyatda olmalarına baxmayaraq faktiki olaraq mülkiyyətində olan Xırdalan şəhərində yerləşən evdə yaşayır. Cavabdeh1 ona məxsus yuxarıda qeyd edilən evdən çıxarılmasına dair qanuni qüvvədə olan Abşeron rayon məhkəməsinin 25.12.20108-ci il tarixli qətnaməsi olduğuna görə həmin qətnamə onun ailə üzvlərinin çıxarılması ilə bağlı preyedusial hüquqa malikdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İclasında 3-cü şəxs Cavabdeh1, cavabdehlərin məhkəmə prosesinə işləmələri ilə bağlı gəlmək imkanlarının olmadığını bildirərək,izahatında qeyd etdi ki, mübahisəli evin təmirinə əsaslı xərc çəkmişdir.Onun xərcini iddiaçı ödəyəndən sonra evi tərk edəcəkdir.Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 08.02.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən edilir ki, X4 məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 217.6 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan 25 iyul 2017-ci il tarixli İcarə müqaviləsindən müəyyən edilir ki, Kərimova X7 Faiq Əli oğluna ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 217.6 kv.m, ayaşayış sahəsi 135.2 kv.m, yardımçı sahəsi 82.4 kv.m olan 5 otaqlı fərdi yaşayış evini icarəyə vermişdir. İcarə müddəti 25.07.2027-ci il tarixədək müəyyən edilmişdir. Mülki iş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25.017.2017-ci il tarixli İcarə müqaviləsinə 06.07.2018-ci il tarixdə xitam verilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon Məhkəməsi 25.12.2018-ci il tarixli, 2(012)-5555/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 və ailə üzvləri İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07.06.2021-ci il tarixli, 2(102)-3164/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-169/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarında olan 19.01.2017-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, X2 X8 rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 11 ünvanında yerləşən ümumi sahəsi 217.6 kv.m olan fərdi yaşayış evini və 0.0307 ha torpaq sahəsini 100000 (yüz min) manata satmışdır. Mülki iş materiallarında olan 11.07.2019-cu il, 13.07.2019-cu il, 24.07.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarların surətindən görünür ki, X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 217.6 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında 08.02.2017-ci il tarixdən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh1 arasında həmin ünvanla bağlı icarə müqaviləsi bağlansa da iş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan müəyyən edilir ki, İcarə müqaviləsinə 06.07.2018-ci il tarixdə xitam verilmişdir. Eyni zamanda Abşeron rayon Məhkəməsi 25.12.2018-ci il tarixli, 2(012)-5555/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 və ailə üzvləri İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Lakin cavabdehlər hazıra kimi fərdi yaşayış evində yaşamaqda və istifadə etməkdə davam edirlər. Bununla da iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 144.1 və 394-cü maddələrində isə təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı məxsus ünvan 1 ünvanda olan evdən çıxarılmalı, həmin ev boşaldılaraq İddiaçı təhvil verilməli, digər ailə üzvlərinin kimliyi müəyyən edilmədiyindən iddia bua hissədə təmin edilməməlidir. Məhkəmə ddia tələbinin uzun müddət iddiaçının mülkündən və evindən qanunsuz, özbaşına istifadə etməklə həmin mülkiyyətini zəbt etdiklərinə görə cavabdehlər Cavabdeh1, ailə üzvüləri olan Cavabdeh3, Cavabdeh2 haqqında cinayət işinin başlanması ilə bağlı qərardad çıxardaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlərin əməlində hər hansı cinayət tərkini aşkar edilmədiyindən həmin vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 101 manat dövlət rüsumunun 80 manat hissəsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı məxsus ünvan 1 ünvanda olan evdən çıxarılsın, həmin ev boşaldılaraq İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 101 manat dövlət rüsumunun 80 manat hissəsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver