Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6934/2021 29.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçi “doğum haqqındakı şəhadətnamədəki doğum tarixinin dəyişdirilməsi” barədə ərizəsini və ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək МÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum tarixinin 26 noyabr 1958-ci il əvəzinə 26 noyabr 1956-cı il kimi yazılması barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yol verilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №-li qərarının 2.1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi rayon, şəhər qeydiyyat şöbələri inzibati orqandır. Məhkəmə yuxarıda qeyd olunanlara istinad edərək hesab edir ki, ərizəçi doğum haqqındakı şəhadətnamədəki doğum tarixinin dəyişdirilməsi üçün Abşeron Rayon Qeydiyyat Şöbəsinə müraciət etməli, müraciətin nəticəsindən asılı olaraq, yəni Abşeron Rayon Qeydiyyat Şöbəsinin imtinasından inzibati qaydada və ya müvafiq inzibati məhkəmə qaydasında şikayət vermək hüququn olması izah edilməlidir. Azərbayсan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslanmış qərar çıxarır, işə məhkəmə qaydasında baxılmalı deyildirsə iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbayсan Respublikası Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardad ərizəyə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi “doğum haqqındakı şəhadətnamədəki doğum tarixinin dəyişdirilməsi” barədə ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Ərizəçiyə Abşeron rayon qeydiyyat şöbəsinin müvafiq qurumunun imtinasından inzibati qaydada yuxarı orqana və ya Abşeron rayon qeydiyyat şöbəsinin imtinasından inzibari ərazi vahidi üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-6934/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6934/2021
29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver