Məhkəmə qərarları › İş №2(012)-7293/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-7293/2021

27.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-7293/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı cavabdeh X4 qarşı girovda olan əmlakın tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh X4 qarşı girovda olan əmlakın tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 onunla bağladığı əşyanın lombardda girovu haqqında müqavilə - 19 dekabr 2019-cu il tarixli ƏƏR 016083 nömrəli lombardın girov bileti əsasında girov qoyduğu 1 ədəd 583 əyarlı 26.57 qram çəkidə qızıl sepi və 1 ədəd 583 əyarlı 12.72 qram çəkidə qızıl qolbağını və ya onların hazırki bazar qiyməti olan 583 əyarlı qızıl üçün hər qramı bazar qiyməti ilə 80 manat olmaqla (26.57 qr + 12.72 qr = 39.29 qr, 39.29 x 80 = 3143.2 manat və əlavə olaraq ödədiyi 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 35.1 maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki iş materiallarından göründüyü kimi, X2 çıxarılmış şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, cavabdeh X1 rayonunda, hüquqi şəxs kimi isə ********** Vöen nömrəsi ilə ünvan 1 ünvanında qeydiyyatdan keçmişdir. İddiaçı iddia ərizəsində cavabdehin ünvanı olaraq Abşeron rayonu Xırdalan şəhəri H.Ə liyev prospekti 267 ünvanını qeyd etsə də, sonuncunun həmin ünvana müvəqqəti qeydiyyata alınmasına dair sənədini iddia ərizəsinə əlavə etməmiş, bununla da, iddiaçı Abşeron rayon Məhkəməsinə müraciət etməklə iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Mülki Prosessual Məcəllənin: 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh X4 qarşı girovda olan əmlakın tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver