Məhkəmə qərarları › İş №2(012)-797/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-797/2021

08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-797/2021 08.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum haqqında akt qeydinin bərpasına dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum haqqında akt qeydinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1966-cı il tarixdə Ermənistanın Qafan rayonunda anadan olması, atasının X3, anasının Rüstəmova (Qaytaranova) Solmaz Əmrah qızı olmasına dair doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçiyə doğum haqqında şəhadətnamə Ermənistanda verilmiş,lakin ona məlum olmayan şəraitdə itmişdir. Hazırda müəyyən sənədləşmə işləri üçün doğum haqqında şəhadətnaməni əldə etmək zərurəti yarandığından, bu barədə ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində X2 ifadə verərək bildirdi ki, ərizəçinin qardaşıdır və həqiqətən də Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. X1, anası isə Rüstəmova (Qaytaranova) Solmaz Əmrah qızıdır. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki iş materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, vəsiqənin sahibi Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. Mülki iş materiallarında olan AZE № 14285139 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, vəsiqənin sahibi X5 xx.xx.1944-cü il tarixdə Ermənistan, Qafan rayonu, R.Açaxlı kəndində anadan olmuşdur. Mülki iş materiallarında olan, Maraqlı şəxs tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli, 05/Q-11-04/15 saylı məktubdan müəyyən edilir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığına görə doğum haqqında şəhadətnamə qeydinin bərpa edilib, yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistanın Qafan rayonunda anadan olması, atasının X3, anasının Rüstəmova (Qaytaranova) Solmaz Əmrah qızı olması sənədlərlə müəyyən edildiyindən, hüquqi faktın müyyən edilməsi barədə ərizəsi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Qafan rayonundə anadan olması, atasının X3, anasının Rüstəmova (Qaytaranova) Solmaz Əmrah qızı olmasına dair akt qeydi bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar