Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-833/2023 21.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qzının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi X1, onun və digər Ərizəçi2 Məmmədəli oğlunun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçilər X1 və Ərizəçi2 Məmmədəli oğlunun (Maraqlı şəxs) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər X2 və Ərizəçi2 Məmmədəli oğlu (Maraqlı şəxs) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınmasına dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda, 0,0289ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 262,3 kv.m olan fərdi yaşayış evinin cavabdeh tərəfindən mənə satılmasına dair aramızda yazılı formada bağlanmış alqı-satqı müqviləsinin bağlanmış hesab olunması və həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququmun tanınması və qeydiyyata alınması barədə qətnamə çıxarmağı xahiş etmişdir. Ərizəçi X1, onun və digər Ərizəçi2 Məmmədəli oğlunun vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında ərizə təqdim edərək, iddia icraatı qaydasında müraciət etmələri üçün ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, ərizəçilər X1 və Ərizəçi2 Məmmədəli oğlunun (Maraqlı şəxs) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınmasına dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçilərin vəkili-nümayəndəsinin ərizəsinə əsasən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçilər X1 və Ərizəçi2 Məmmədəli oğlunun (Maraqlı şəxs) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınmasına dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-833/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-833/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hall
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver