Məhkəmə qərarları › İş №2(012)-895/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-895/2021

07.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-895/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı, onun vəkili Məmmədov Tural Nizami oğlunun və cavabdehin nümayəndəsi X1 və vəkili-nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair mülki işə 07 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması barədə tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə və əlavə iddia ərizəsində iddia olunan əşyaların, olmadığı təqdirdə isə onların dəyərlərinin,dəqiqləşmə ərizəsində yarasız hala salınmış və aşkar edilməyən cehiz əmlaklarına görə 20720 manat, qızıl-zinət əşyasına görə 500 manat məbləğində pulun Cavabdeh tutulması; nişan, “xınayaxdı” və toy mərasimlərinin videoçəkilişlərinin orijinal CD-lərinə görə 5000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini,sonrakı dəqiqləşmə ərizəsində isə ərizəsində qeyd edilən çatmayan əmlaklarının və ya onlarının dəyərinin, yarasız hala salınmış əmlaklara görə 2670 manat, aşkar edilməyən cehiz əmlaklarına görə 18050 manat,aşkar edilməyən qızıl-zinət əşyasına görə 500 manat məbləğində pulun Cavabdeh tutulması; nişan, “xınayaxdı” və toy mərasimlərinin videoçəkilişlərinin orijinal CD-lərin orijinalının qaytarılması mümkün olmadıqda 5000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 17.08.2017-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra iddiaçının cehiz əşyaları gəlin köçdüyü Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Zeynalabdin Tağıyev küçəsi, dalan 6, ev 8 ünvanındakı (“Xəzinə Palace”m yanı) 3 otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinə aparılmışdır və o, həmin evdə yaşamağa başlamışdır. Tərəflərin ilk vaxtlar münasibətləri normal olsa da, sonrada kəskin şəkildə pisləşmişdir. 2017-ci ilin noyabr ayının 17-də cavabdeh iddiaçını evdən qovmuş, nəticədə iddiaçı atasıgildə qalmağa məcbur olmuşdur. Evdən çıxarkən iddiaçının özü ilə birlikdə heç bir əşyanı götürüb aparmağa imkanı olmamışdır. Daha sonra, cavabdeh həmin ünvanda yerləşən fərdi yaşayış evini sökmüşdür. Bu zaman iddiaçının bütün cehiz və qızıl əşyalarını həmin evdən çıxarmışdır. Hazırda onların harada olması barədə iddiaçının məlumatı yoxdur. Evdən çıxarıldığı gündən 2 gün sonra, 19 noyabr 2017-ci il tarixində cavabdeh iddiaçının kirayə qaldığı evə 106 ekran LG markalı televizor, taxt döşəyi, balaca xalça, yataq otağının xalçası, yataq otağının pərdəsi, yorğan, 2 balış, 1 pastel dəsti, 3 çəngəl, 2-3 boşbaq, 1 bıçaq, bir balaca qazan və ona məxsus paltar gətirmişdir. Bundan başqa nişan üzüyü evdən çıxarkən iddiaçının əlində olmuşdur. Ailə qurarkən iddiaçı yuxarıda qeyd olunan cehiz və qızıl-zinət əşyalarını gəlin köçdüyü evə aparmışdır. Bunlardan başqa, toy, nişan və “xınayaxdı” mərasimlərinin videoçəkilişlərinin orijinalı hal-hazırda cavabdehdədir. Həmin CD-lərin əsli iddiaçıda yoxdur. Odur ki, onların da orijinalının ona qaytarılması zəruridir. Cavabdehin iddiaçıya məxsus əşyaları geri qaytarmaq fikri yoxdur. Bu səbəbdən də ona məxsus əşyalar cehiz əşyaları: mətbəx mebeli - 780 manat; mətbəx mebelinin arxa fonu (mozaikası) - 150 manat; “Eurolux” markalı paltaryuyan - 850 manat; “Eurolux” markalı soyuducu - 1650 manat; qaz- 250 manat; aspetor 3 çətirli - 750 manat; umivalnik sifonu və krantı- 160 manat; qazan dəsti 6 ədədli - 440 manat; tava desti 5 ədədli- 320 manat; tək boyuk tava - 90 manat; “Emsa” tava qazan dəsti - 780 manat; böyük aş qazanı - 130 manat; mantı qazanı - 150 manat; 6 ədəd balaca piti qabı- 90 manat; mətbəx üçün jalüz - 100 manat; həm qazan həm tava dəsti düdüklü saatlı- 400 manat; “Eurolux” markalı mətbəx robotu - 220 manat; mikser dəsti - 90 manat; “Eurolux” markalı blender - 55 manat; “Eurolux” markalı çay qızdırıcı çaynik 60 manat; qəfədan - 50 manat; böyük çaynik - 30 manat; balaca çaynik- 20 manat; “Eurolux” markalı ət maşını - 180 manat; soba - 270 manat; mətbəx akxesuarı ədava dəsti - 160 manat; ədava dəsti -60 manat; böyük edava dəsti 90 manat; çəngəl və bıçaq dəsti - 250 manat; çəngəl və bıçaq böyük dəst - 350 manat; 24 çəngəl 24 qaşıq 24 çay qaşığı 24 tort çəngəli 12 limon çəngəli sadə dəst - 150 manat; 12 ədəd aş qaşığı - 90 manat; moskvadan alınmış, qutuda bıçaq balaca qaşıq böyük qaşıq çəngəl dəsti - 100 manat; gümüş 4 ədəd aş qaşığı - 200 manat; gümüş bıçaq (tort götürən lapatka) - 120 manat; mətbəx üçün 24 kasa böyük 24 ədəd balaca 24 böyük orta balaca boşqab - 250 manat; karacadan 12 dənəli nahar dəsti servis - 1200 manat; padnos ikili dəst - 100 manat; padnos dəridən olan - 120 manat; padnos dördlü dəst 220 manat; bürüncdən olan böyük padnos - 200 manat; mətbəx üçün müxtəlif xırda ləvazimatlar - 250 manat; nəlbəki 36 ədəd - 80 manat; mürəbbə yeyilən balaca nəlbəki 36 ədəd - 60 manat; qorka ucun qablar: qrafın öbalali bir guldani iki boyuk konfet qabi - 750 manat; iki xrustal qayıq meyvə qabı - 650 manat; iki hündür meyvə qabı xrustal orta hesabla - 400 manat; stəkan dəsti - 220 manat; böyük üç mərtəbəli konfet dəsti - 100 manat; iki ədəd hündür xrustal şirniyyat qabı - 440 manat; iki orta hündür xrustal şirniyyat qabı - 180 manat; iki ədəd orta xrustal qənd qabı - 100 manat; qonaq ucun boşqab dəsti: 24 ədəd dördbucaq boşqab, 8 ədəd böyük bulud, 8 ədəd orta bulud, 8 ədəd balaca bulud, 12 ədəd uzun sov və dərin ve dolma buludu - 900 manat; 24 ədəd qaşıq böyük, 24 ədəd qaşıq balaca, 12 meyvə bıçağı - 230 manat; gündəlik işlətməyə sadə şüşə qablar orta hesabla - 1000 manat; 24 ədəd kompot stəkanı - 180 manat; 12 ədəd xrustal araq rumkası - 90 manat; 5x4-ə xalça - 750 manat; 12 ədəd sadə bakallar - 40manat; 12 ədəd bakal - 50 manat; xrustal stəkan, nəbləki, mürəbbə üçün balaca nəlbəki hər biri 36 ədəd olmaqla - 450 manat; 60 ədəd mürəbbə və kompot balonu - 500 manat; “LG” markalı DVD - 50 manat; led pultlu çilçıraq - 550 manat; kranşteyn - 40 manat; qonaq otaği künc divanı - 850 manat; stol - 850 manat; hər biri 90 manat olmaqla 6 ədəd stul - 540 manat; qorka - 200 manat; “Eurolux” markalı kondisioner (madam coco) - 250 manat; öprtük tac - 170 manat; biri 90 manat olmaqla, 2 ədəd örtük letni - 180 manat; 2 nəfərlik tüklü örtük - 170 manat; 2 ədəd tək nəfərlik örtük 90 manat; yorğan 3 ədəd iki nəfərlik - 300 manat; “TAC” firmasından yorğan, balış və prostin dəsti - 250 manat; sintefon balış, yorğan və prostin dəsti - 120 manat; qu quşu tükündən 2 ədəd balış - 220 manat; 2 ədəd tək adamlıq döşək - 250 manat; 3 ədəd tək adamlıq sentifon yorğan - 200 manat; “Eurolux” markalı ütü - 200 manat; ütü altı - 80 manat; ütü feni - 40 manat; hava feni - 50 manat; öz paltrarlarım orta hesabla - 1000 manat; kosmetikalarım - 200 manat; “Faberlik” markalı ətirlər, şampun, balzam, bədən, əl, ayaq,daban kremləri, saç üçün müxtəlif maskalar və s. orta hesabla - 470 manat; “Sholen” daban üçün aparat - 45 manat; hamam dəsti (xalat və s.) - 180 manat; 60 ədəd çay dəsmalı - 200 manat; ədəd əl-üz dəsmalı - 280 manat; 6 ədəd hədiyyəlik qutuda dəsmal dəsti - 55 manat; can dəsmalı 18 ədəd 450 manat; 8 ədəd süfrə - 1200 manat; 24 ədəd uşaq üçün dəsmal - 80 manat və yataq otağı üçün çilçıraq - 100 manat; Qızıl-zinət əşyaları: sadə boyunbağı 1 ədəd, bilərzik 1 ədəd, sırğa 1 ədəd, üzük 1 ədəd, 585 əyyar ümumi çəkisi 30 qram olmaqla ümumi qiyməti - 3000 manat; nənəmin hədiyyə etdiyi 5,5 qram brilyant qaşlı üzük - 500 manat, Nişan, “xmayaxdı” və toy mərasimlərinin videoçəkilişlərininin orijinal CDlərinin qaytarılması və Cehiz əşyalarının və qızıl-zinət əşyalarının geri qaytarılması mümkün olmadıqda onların dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında əmlaklarının müəyyən hissəsini cavabdeh tərəfin razılığı ilə götürdüyündən yararsız hala salınan və itirilən əşyalar və onların dəyəri aşağıdakı kimi təşkil edir:mətbəx mebeli - 780 manat,mətbəx mebelinin arxa fonu (mozaikası) - 150 manat,“Eurolux” markalı soyuducu - 1650 manat,padnos dəridən olan - 120 manat,pufık uzun - 120 manat,padnos dördlü dəst - 220 manat.,karacadan 12 dənəli nahar dəsti servis - 1200 manat,gümüş bıçaq (tort götürən lapatka) - 120 manat,gümüş 4 ədəd aş qaşığı - 200 manat,moskvadan alınmış, qutuda bıçaq balaca qaşıq böyük qaşıq çəngəl dəsti - 100manat, 2 ədəd hündür xrustal meyvə qabı - 440 manat,çəngəl və bıçaq böyük dəst - 350 manat,böyük edava dəsti - 90 manat,mətbəx akxesuarı ədava dəsti - 160 manat,“Eurolux” markalı çay qızdırıcı çaynik - 60 manat,mətbəx üçün jalüz - 100 manat 17.6 ədəd balaca piti qabı- 90 manat,mantı qazanı - 150 manat,“Emsan” firmasının tava qazan dəsti - 780 manat,tava desti 5 ədədli- 320 manat,qazan dəsti 6 ədədli - 440 manat,örtük (madam coco) - 250 manat,pərdə - 750 manat,kranşteyn – 40 manat,“LG” markalı DVD - 50 manat 26.5x4-ə xalça - 750 manat, .Qaşıq, bıçaq, çəngəl dəsti, hərəsi 24 ədəd - 230 manat 28.iki xrustal qayıq meyvə qabı - 650 manat,“Sholen” daban üçün aparat - 45 manat,“Faberlik” markalı ətirlər, şampun, balzam, bədən, əl, ayaq,daban kremləri, saç üçün müxtəlif maskalar və s. orta hesabla - 470 manat,31 .kosmetikalarım - 200 manat,öz paltrarlarım orta hesabla - 1000 manat,hava feni - 50 manat,ütü feni - 40 manat,ütü altı - 80 manat,“Eurolux” markalı ütü - 200 manat,ədəd tək adamlıq döşək - 250 manat,qu quşu tükündən 2 ədəd balış - 220 manat,sintefon balış, yorğan və prostin dəsti - 120 manat,yorğan 3 ədəd iki nəfərlik — 300 manat,ədəd tək nəfərlik örtük - 90 manat,Mürəbbə balonu - 25 ədəd və kompot balonu - 20 ədəd ümumilikdə - 500 manat,Qəfədan - 50 manat,Böyük çaynik - 30 manat,Balaca çaynik - 20 manat,1 ədəd böyük letni yorğan - 90 manat,“Eurolux” markalı ət maşını - 180 manat,mürəbbə yeyilən balaca nəlbəki 30 - 50 manat,bir ədəd hündür meyvə qabı xrustal - 200 manat,Gündəlik istifadəyə xrustal stəkan dəsti - 110 manat,ədəd orta xrustal qənd qabı - 50 manat,qonaq üçün boşqab hərəsi 12 ədəd dördbucaq dəsti, 4 ədəd böyük bulud, 4 ədəd orta bulud, 4 ədəd balaca bulud - 450 manat 53.14 ədəd kompot stəkanı - 100 manat 54.6 ədəd xrustal araq rumkası - 45 manat,55.xrustal stəkan, nəbləki, mürəbbə üçün balaca nəlbəki hər biri 24 ədəd olmaqla - 300 manat,56.26 ədəd yataq dəsti - 3800 manat,“TAC” firmasından yorğan, balış və prostin dəsti - 230 manat,2 ədəd tək adamlıq sentifon yorğan - 140 manat,hamam dəsti -100 manat 60.48 ədəd çay dəsmalı -150 manat 61.45 ədəd əl-üz dəsmalı - 230 manat 62.can dəsmalı 16 ədəd - 400 manat 63.21 ədəd uşaq üçün dəsmal - 70 manat. nənənin hədiyyə etdiyi 5,5 qram brilyant qaşlı üzük - 500 manat. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib təmin eilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi X5 iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, işin məhkəmə baxışında şərait yaradılmış, iddiaçı gedib əmlaklarını götürmüşdür,iddia olunan mətbəx mebeli - 780 manat,mətbəx mebelinin arxa fonu (mozaikası) - 150 manat,“Eurolux” markalı soyuducu - 1650 manat,padnos dəridən olan - 120 manat,pufık uzun - 120 manat, həmin əşyalar yerindədir. Sadəcə həmin əmlaklarda üzərində xırda qüsurlar,cızıq və s. olduğundan iddiaçı həmin əmlakları götürməkdən imtina etmişdir.Bu barədə onu demək istəyir ki, iddiaçının gəlin kimi köcüb cehiz əmlaklarını yığdığı ev cavabdehin babasına məxsus ev olmuş, iddiaçı köçüb gedəndən sonra babası həmin evi sökmüş, içərisində olan əşyaları isə həyətdə olan başqa bir otağa yığmışdır,həmin əşyaların daşınmasında cavabdehin iştirakı olmamışdır.Həmin qüsurların əmlakların istifadəsi, yaxud da sonradan yarandığını müəyyən etmək mümkün deyildir.Mübahisəyə son qoymaq üçün cavabdeh yuxarıda qeyd edilən mətbəx mebeli, soyuducu və s. əşyaların üzərində olan qüsurları ustanın köməkliyi ilə aradan qaldırmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 vəkilin izahtaını təsdiq etdi, əlavə olaraq bildirdi ki, iddiaçı evi tərk edərkən özünə məxsus qızıl-ziynət əşyalarını da aparmışdır, indi iddia etdiyi üzük evdə qalmışdı,onu da cavabdeh özü iddiaçının xahişi ilə iddiaçının qardaşına Bakı şəhərində hansısa metroda görüşmüşlər orada vermişdi ona. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, iddiaçının gəlin köçüb yaşadığı ev Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 12-ci küçə, ev 30 cavabdehin babası X2 məxsus evin həyətində yerləşən özbaşına tikili olmuşdur. Həmin tikili isə iddiaçı 2017-ci ilin sonularında həmin evdən çıxıb gedəndən sonra mülkiyyətçi tərəfindən sökülmüş və hazırda mövcud deyildir. İşin məhkəmə baxışında cavabdeh tərəfin razılığı ilə iddiaçı tərəf iddia olunan əmlaklardan götürdüyündən, iddiaçı sonradan tələbini dəqiqləşdirmişdir.Bundan sonra, müəyyən edilmişdir ki, iddia olunan əmlaklardan-mebeli - 780 manat,mətbəx mebelinin arxa fonu (mozaikası) - 150 manat,“Eurolux” markalı soyuducu - 1650 manat,padnos dəridən olan - 120 manat,pufık uzun - 120 manat, həmin əmlaklar yerində olmuş, lakin iddiaçı onlarda müəyyən qüsurlar olduğundan onu götürməkdən imtina etmişdir.Yenə işin məhkəmə baxışında iddiaçının razılığı ilə cavabdeh tərəfə vaxt verilmiş həmin əmlaklarda olan cızıq və s. bu kimi qüsurlar aradan qaldırılmışdır. Bununla belə məhkəmə qeyd edir ki, həmin qüsurların əmlakların istifadəsi, yaxud da sonradan yarandığını müəyyən etmək mümkün deyildir Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi iddia olunan əmlaklardan- mətbəx mebeli - 780 manat,mətbəx mebelinin arxa fonu (mozaikası) - 150 manat,“Eurolux” markalı soyuducu - 1650 manat,padnos dəridən olan - 120 manat,pufık uzun - 120 manat hissəsində əsaslı olmaqla təmin edilməli, həmin əmlaklar, onlar mövcud olmadığı halda isə dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddia tələbinin bir ədəd 5.5qr. brilyant qaşlı ,500manat üzük hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin izahatına görə iddiaçı evi tərk edərkən özünə məxsus qızıl-ziynət əşyalarını da aparmışdır, indi iddia etdiyi üzük evdə qalmışdı,onu da cavabdeh özü iddiaçının xahişi ilə iddiaçının qardaşına Bakı şəhərində hansısa metroda görüşmüşlər orada vermişdi ona.Məhkəmə tərəflərin izahatlarına, işin faktiki hallarına hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının mübahisəsiz qaydada özünə məxsus qızıl-ziynət əşyalarını gedərkən özü ilə aparması,2017-ci ildən ötən müddət ərzində bir ədəd iddia olunan üzüyü mübahisələndirməməsi halı cavabdeh tərəfin bu barədə izahatının həqiqiliyini qəbul etməyə əsas verir.İddia olunan digər əmlakların mövcudluğu cavabdeh tərəfindən etiraf olunmamış, idduiaçı isə bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli- bir ədəd mətbəx mebeli - 780 manat,mətbəx mebelinin arxa fonu (mozaikası) - 150 manat,“Eurolux” markalı soyuducu - 1650 manat,padnos dəridən olan - 120 manat,pufık uzun - 120 manat, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun müvafiq hissəsini təşkil edən 15 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bir ədəd mətbəx mebeli - 780 manat,mətbəx mebelinin arxa fonu (mozaikası) - 150 manat,“Eurolux” markalı soyuducu - 1650 manat,padnos dəridən olan - 120 manat,pufık uzun - 120 manat, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyəri və dövlət rüsumuna görə 15 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar