Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-906/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçilərin qanuni nümayəndəsinin vəkili-nümayəndəsi X2 iştirakı ilə, Ərizəçilər X3 və Ərizəçi1 qanuni nümayəndəsi Qanuni nümayəndə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər X3 və Ərizəçi1 qanuni nümayəndəsi Qanuni nümayəndə 2ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, uşaqlarının atası- Nümayəndə xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə və Nümayəndə xx xxxxxx 2002-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx xxx 2005-ci il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü Ərizəçi1 anadan olmuşdur. Daha sonra məhkəmə qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Paşayev X1 Federativ Respublikasında ölmüş, meyidi isə 2019-cu ilin yanvar ayında Azərbaycan Respublikasına gətirilərək Abşeron rayon Masazır qəbirstanlığında dəfn edilmişdir. Mərhumun valideynləri və digər qohumları ölkə xaricində yaşadıqları üçün onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Ərizəçilərin qanuni nümayəndəsi bu barədə Qeydiyyat şöbəsinə yaxınlaşsa da ona ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Nümayəndə ölməsi faktının müəyyən edilməsi bəzi zəruri sənədlərin əldə edilməsi üçün vacibdir. Bu səbəbdən də məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında ərizəçilərin qanuni nümayəndəsinin vəkili-nümayəndəsi X4 ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X5 şahid qismində ifadə vərərək bildirdi ki, Masazır qəbirstanlığında qəbir qazmaq fəaliyyəti ilə məşğuldur. xx.xx.2019-cu il tarixdə ona zəng edilib ki, Almaniyadan hansısa şəxsin meyidi sabah Azərbaycana gətiriləcək, həqiqətən də, həmin tarixdə meyid gətirilib və Masazır qəbirstanlığında dəfn olunub. Məhkəmə ərizəçilərin qanuni nümayəndəsinin vəkili-nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan qəbirüstü abidənin üzərində olan fotoşəkillərdən müəyyən edilir ki, xx.xx.1981-ci il tarixdə anadan olmuş Nümayəndə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 05/Q-1127/15 saylı arayışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də Qanuni nümayəndə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən verilən xx xxxxxxx 2020-ci il tarixli, 01/06-01-04/136 №-li arayışdan müəyyən edilir ki, Nümayəndə 2019-cu ilin yanvar ayında Abşeron rayonu, Masazır kəndində yerləşən Masazır qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən müəyyən edilir ki, ərizəçilərin atası- xx.xx.1981-ci il tarixdə anadan olmuş Nümayəndə xx.xx.2019-cu il tarixdə ölməsi işin materialları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.1981-ci il tarixdə anadan olmuş Nümayəndə xx.xx.2019-cu il tarixdə ölməsi faktı müəyyən edilməli, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə anadan olmuş Nümayəndə xx.xx.2019-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-906/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-906/2021
17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver