Məhkəmə qərarları › İş №2(012)-91/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-91/2022

15.04.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməs
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-91/2022 15.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qonşuluq münasibətlərində qarşılıqlı hörmət bəsləməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, sarmaşıqların götürülməsi, torpaq sahələri arasındakı sərhədin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmsərhəd olan divarda onun kamera quraşdırmasına cavabdeh tərəfinfən qanunsuz qadağan edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qonşuluq münasibətlərində qarşılıqlı hörmət bəsləməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, sarmaşıqların götürülməsi, torpaq sahələri arasındakı sərhədin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmsərhəd olan divarda onun kamera quraşdırmasına cavabdeh tərəfinfən qanunsuz qadağan edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırki mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “qonşuluq münasibətlərində qarşılıqlı hörmət bəsləməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, sarmaşıqların götürülməsi, torpaq sahələri arasındakı sərhədin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmsərhəd olan divarda onun kamera quraşdırmasına cavabdeh tərəfinfən qanunsuz qadağan edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver