Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-91/2023 01.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “X75 Eksport LTD” X12 baş direktoru X51, Cavabdeh “X75 Eksport LTD” X12 nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, “X75 Eksport LTD” X17 və Cavabdeh5 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı cəlb edilməklə) torpaq sahəsinin geri qaytarılması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı mülkiyyətdə olan torpaq sahəsinin zəbt olunmasının qarşısının alınması, torpaq sahəsinin geri qaytarılması və müdaxilələrə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha torpaq sahəsinin 0.1782 ha hissəsinin Cavabdeh1 qanunsuz sahiblik və istifadəsindən alınaraq iddiaçıya qaytarılması, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha torpaq sahəsinin zəbt olunmuş 0.1782 ha hissəsi də daxil olmaqla üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha torpaq sahəsindən 0.1782 ha hissəsinin zəbt olunmasını (qanunsuz ayrılmasını) özündə əks etdirən (müəyyənləşdirən) və cavabdeh tərəfindən inşa edilmiş daş hasarın və eləcə də zəbt olunan hissədə cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətdən manesəsiz istifadə və sahiblik etməsi üçün iddiaçıya şəraitin yaradılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın ödənilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 400 (dörd yüz) manatın, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 50.430 (əlli min dörd yüz otuz) manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə, cavabdehin qanunsuz torpaq sahəsini zəbt etməsi ilə əlaqədar bu hərəkətləri etmiş şəxslər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha yaşayış məntəqələrinin torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ hələ xx.xx.2011-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə X52 qeyd edilən ərazidən ümumi sahəsi 0.4924 ha torpaq sahəsinin alınması ilə başlamışdır. Həmin alqısatqı müqaviləsindən sonra 0.4924 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu müəyyən edən xx.xx.2011-ci il tarixli, **********80 reyestr nömrəsi ilə qeydə alınmış müvafiq çıxarış verilmişdir. Bir müddət sonra, yəni xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən 0.20 ha hissəsini digər şəxsin adına özgəninkiləşdirmiş və mülkiyyətində cəmi 0.2924 ha torpaq sahəsi qalmışdır. Bu barədə də yuxarıda qeyd olunan mülkiyyət hüququnu təsdiq edən çıxarış və torpaq sahəsinin plan və ölçüsü reyestr orqanı tərəfindən hazırlanaraq iddiaçıya verilmişdir. Ancaq bir müddət sonra məlum olmuşdur ki, qonşuluqda yerləşən “Villa Badam” yaşayış kompleksi tərəfindən İddiaçı məxsus olan torpaq sahəsinin bir hissəsi qanunsuz və heç bir hüquqi əsası olmadan zəbt olunaraq hasara alınmış və bu azmış kimi torpaq sahəsinin zəbt olunan hissəsində bəzi tikililər tikilmişdir. İddiaçı bu barədə “Villa Badam” yaşayış kompleksində yerləşən və oranın rəhbəri kimi özünü tədim etmiş Fikrət adlı şəxslə dəfələrlə görüşərək bu qanusuzluğa son qoyulmasını xahiş etsə də, heç bir əhəmiyyəti olmamışdır. İlk əvvəl İddiaçı, eləcə də daim yanında olmuş qardaşına söz vermişdir ki, narahat olmasın, qısa zamanda bu məsələ öz həllini tapacaqdır. Hər dəfə bir yalan udurmaqla iddiaçını aldatmışdır. Bu yalanlar iddiaçının xahişinin yerinə yetirilməsini bu ilin aprel-may aylarına qədər uzanmasına gətirib çıxartmışdır. Ancaq artıq iddiaçı qarşı tərəfə inanmadığından məcbur olub vəkil ilə müqavilə bağlayaraq işin hüquqi müstəvidə həll olunmasına qərar vermişdir. İlk olaraq müvafiq vəkil sorğuları ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciətlər olunmuş və nəticədə müəyyənləşdirilmişdir ki, qeyd edilən torpaq sahəsi ümumilikdə ilk əvvəl müxtəlif şəxslərin adlarına torpaq islahat komissiyasının müvafiq qərarları ilə, daha sonra isə iddiaçıdan qabaq mülkiyyətçilərə və sonda da iddiaçıya müvafiq alq-satqı müqaviləsi ilə mülkiyyətinə keçirilmişdir. Bundan sonra müvafiq qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmiş və torpaq sahəsinin zəbtinin araşdırılmasına başlanılmışdır. Araşdırma aparılmış və müəyyən olunmuşdur ki, torpaq sahəsinin 0.1782 ha hissəsi Cavabdeh1 tərəfindən həyata keçirilmiş və cavabdehin layihəsi olan “Villa Badam” yaşayış kompleksinin tərkibinə qatılmaqla zəbt edilmişdir. Bu barədə adı çəkilən ekspertiza idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 01-77/21 nömrəli mütəxəssis rəyi hazırlanaraq təqdim olunmuşdur. Belə olan halda iddiaçı cavabdehin faktiki ünvanına - “Villa Badam” yaşayış kompleksinə xx.xx.2021-ci il tarixdə yazılı şəkildə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha torpaq sahəsinin 0.17 sotdan artıq zəbt olunmuş hissəsinin geri qaytarılması, qanunsuz tikililərin sökülməsi və onun mülkiyyət hüquqlarının bərpa olunmasının təmin edilməsini xahiş etmişdir. Müraciət rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş və xx.xx.2021-ci il tarixdə də Əsgərov soyadlı şəxs tərəfindən alınmışdır. Eyni zamanda sonra müəyyələşdirilmişdir ki, cavabdehin hüquqi ünvanı ünvan 1nuni təmsilçisi Nümayəndə1dır. Bunun üçün yenidən xx.xx.2021-ci il tarixli növbəti pretenziya məktubu ilə bu dəfə cavabdehin hüquqi ünvanına, eləcə də təkrar olaraq faktiki ünvanına yazılı şəkildə rəsmi qaydada poçt vasitəsi ilə müraciət olunmuşdur. Müraciət məktublarının hər ikisi xx.xx.2021-ci tarixdə rəsmi qaydada cavabdeh tərəfindən alınmışdır. Beləliklə, cavabdehin qeyd olunan hərəkətləri qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması və bunun nəticəsində də iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnməyə əsas olmuşdur. Göstərilənlərə əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha torpaq sahəsinin 0.1782 ha hissəsinin Cavabdeh1 qanunsuz sahiblik və istifadəsindən alınaraq iddiaçıya qaytarılması, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2924 ha torpaq sahəsinin zəbt olunmuş 0.1782 ha hissəsi də daxil olmaqla üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2924 ha torpaq sahəsindən 0.1782 ha hissəsinin zəbt olunmasını (qanunsuz ayrılmasını) özündə əks etdirən (müəyyənləşdirən) və cavabdeh tərəfindən inşa edilmiş daş hasarın və eləcə də zəbt olunan hissədə cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətdən maneəsiz istifadə və sahiblik etməsi üçün iddiaçıya şəraitin yaradılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın ödənilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 400 (dörd yüz) manatın, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 50.430 (əlli min dörd yüz otuz) manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə, cavabdehin qanunsuz torpaq sahəsini zəbt etməsi ilə əlaqədar bu hərəkətləri etmiş şəxslər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edilməsi xahiş edilmişdir. Daha sonra məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması və bununla əlaqədar digər şəxslərin iş üzrə cavabdeh və üçüncü şəxs qismində cəlb olunmaları barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yaşayan Cavabdeh5, ünvan 3 ünvanında yaşayan Cavabdeh2, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yaşayan Cavabdeh3 və “X75 Eksport LTD” X12 (VÖEN: **********) iş üzrə cavabdeh qismində cəlb olunması, Azərbaycan Respublikasının Mərkəzi Bankının və Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının iş üzrə üçüncü şəxs qismində işə cəlb olunması, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2924 ha torpaq sahəsinin 0,1782 ha hissəsinin cavadehlərdən alınaraq iddiaçıya qaytarılması, iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçıya torpaq sahəsinin zəbt olunmasını (qanunsuz ayrılmasını) özündə əks etdirən (müəyyənləşdirən) və cavabdehlər tərəfindən inşa edilmiş daş hasarın və eləcə də zəbt olunan hissədə cavabdehlər tərəfindən inşa edilmiş bütün tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətdən maneəsiz istifadə və sahiblik etməsi üçün iddiaçıya şəraitin yaradılması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın ödənilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 400 (dörd yüz) manatın, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 311 (üç yüz on bir) manatın, həmçinin iddia ərizəsinin mhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 50.741 (əlli min yeddi yüz qırx bir) manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və iddia ərizəsinin digər hissələrinin dəyişdirilmədən qüvvədə saxlanılmaqla müvafiq qətnamə qəbul edilməsi, cavabdehlərin qanunsuz torpaq sahəsini zəbt etməsi ilə əlaqədar bu hərəkətləri etmiş şəxslər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehdən alınaraq geri qaytarılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və digər tələblərlə bağlı müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Hələ iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddiaçının özünün təşəbbüsü ilə müvafiq mütəxəssis rəyi alınmış, məhkəməyə təqdim olunmuş rəylə də müəyyənləşdirilmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsinin 17 sotdan artıq hissəsi cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə prosesi başlayan kimi, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(012)-5973/2021 nömrəli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizasının keçirlməsi qərarlaşdırılmışdır. Qərardadın icrası ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi tərəfindən iştirakları ilə torpaq sahəsinə yerdə baxış keçirilmiş və müvafiq rəy tərtib olunmuşdur. Bundan sonra həmin rəy əsasında ekspert tərəfindən rəy verilməsi üçün ekspertizaya göndərilmiş və yekunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2022-ci il tarixli, 10/3165 nömrəli rəyi tərtib olunaraq məhkəməyə göndərilmişdir. Rəylə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan və mübahisə predmeti olan torpaq sahəsi digər şəxslərin mülkiyyətlərində olan torpaq sahələrinin döngə koordinat nöqtələri ilə üsüt-üstə düşür. Qeyd olunan şəxslərin adları birbaşa rəydə qeyd olunmasa da, ancaq həmin şəxslər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və onları daş hasar ayıran qonşulardır. Bunun üçün hələ məhkəmədə iş dayandırıldığı vaxtlarda müvafiq sorğular hazırlanaraq DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmışdır. Həmin sorğulara istinadən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan 17 sotdan artıq olan yuxarı hissəsindən ilk əvvəl Cavabdeh5 məxsus olmuş və **********95 nömrəli reyestr nömrəsi ilə qeydə alınmış torpaq sahəsi olmuşdur. Qeyd olunan torpaq sahəsi üzərində sonradan fərdi yaşayış evi tikilmiş və həmin tikiliyə də Cavabdeh5 mülkiyyət hüquqları qeydə alınmış olsa da, daha sonra həmin fərdi yaşayış evi alqı-satqı müqaviləsinə əsasən “X75 Eksport LTD” X17 özgəninkiləşdirilmiş və hal-hazırda da mükiyyətindədir. Bu isə onu bildirir ki, iddiaçıya məxsus olan torpaq sahəsinin şimal hissəsinin bir hissəsi Cavabdeh5 və “X75 Eksport LTD” X25 tərəfindən zəbt olunaraq öz mülkiyyətlərinə qatdıqları üçün həmin şəxslər cavabdeh qismində işə cəlb olumalıdırlar. İddiaçıya məxsus olan 17 sotdan artıq torpaq sahəsinin bir hissəsi bu dəfə yenə Cavabdeh5 məxsus olan başqa bir torpaq sahəsi ilə həyata keçirilmişdir. Belə ki, **********00 reyestr nömrəsi ilə qeydə alınmış torpaq sahəsi də növbəti bitişik torpaq sahəsi kimi X34 məxsusdur. Həmin torpaq sahəsinin də üzərində başqa bir fərdi yaşayış evi tikilmiş və həmin fərdi yaşayış evinə də mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarış alınmışdır. Daha sonra torpaq sahəsi ipoteka ilə yüklü edildiyindən, Azərbaycan Respublikasının Mərkəzi Bankının və eləcə də "xxxx" QSC tərəfindən müvafiq tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir. Bunun üçün Cavabdeh5 cavabdeh qismində məhkəməyə cəlb olunmaqla yanaşı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı də iş üzrə üçüncü şəxs qismində məhkəməyə cəlb olunmaları vacibdir. İddiaçıya məxsus olan 17 sotdan artıq torpaq sahəsinin bir hissəsi Cavabdeh2 məxsus olan başqa bir torpaq sahəsi ilə həyata keçirilmişdir. Belə ki, **********31 reyestr nömrəsi ilə qeydə alınmış torpaq sahəsi növbəti bitişik torpaq sahəsi kimi Cavabdeh2 məxsusdur. Həmin torpaq sahəsinin də üzərində başqa bir fərdi yaşayış evi tikilmiş və həmin fərdi yaşayış evinə də mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarış alınmışdır. Daha sonra torpaq sahəsi ipoteka ilə yüklü edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müvafiq tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Bunun üçün Cavabdeh2 cavabdeh qismində məhkəməyə cəlb olunması vacibdir. İddiaçıya məxsus olan 17 sotdan artıq torpaq sahəsinin bir hissəsi bu dəfə yenə də Cavabdeh2 məxsus olan başqa bir torpaq sahəsi ilə həyata keçirilmişdir. Belə ki, **********18 reyestr nömrəsi ilə qeydə alınmış torpaq sahəsi də növbəti bitişik torpaq sahəsi kimi Cavabdeh2 məxsusdur. Həmin torpaq sahəsinin də üzərində başqa bir fərdi yaşayış evi tikilmiş və həmin fərdi yaşayış evinə də mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarış alınmışdır. Daha sonra torpaq sahəsi ipoteka ilə yüklü edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Bankının və eləcə də Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən müvafiq tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir. Bunun üçün Cavabdeh2 cavabdeh qismində məhkəməyə cəlb olunması vacibdir. İddiaçıya məxsus olan 17 sotdan artıq torpaq sahəsinin bir hissəsinin zəbti Cavabdeh3 məxsus olan başqa bir torpaq sahəsi ilə həyata keçirilmişdir. Belə ki, **********37 reyestr nömrəsi ilə qeydə alınmış torpaq sahəsi növbəti bitişik torpaq sahəsi kimi Cavabdeh3 məxsusdur. Ümumiyyətlə Cavabdeh3 məxsus olan torpaq sahəsi ilk əvvəl X44 məxsus olmuş, sonradan həmin torpaq sahəsi müxtəlif şəxslərə satılmaqla, sonuncu mülkiyyətçi olan Cavabdeh3 xeyrinə özgəninkiləşdirilmişdir. Bunun üçün Cavabdeh3 cavabdeh qismində məhkəməyə cəlb olunması vacibdir. Yuxarıda adları çəkilən şəxslərin hazırki mülki iş üzrə cavabdeh qismində təkcə məhkəməyə cəlb olunmaları deyil, eyni zamanda iddiaçı tərəfindən verilmiş iddia tələblərinin bir hissələrinin onlara qarşı irəli sürülməsi də mühümdür. Çünki həmin şəxslərin cavabdeh qismində cəlb olunmalarında məqsəd iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsinin həmin şəxslər tərəfindən müxtəlif hissələrdə və ölçülərdə zəbt edərək özlərinə məxsus olan torpaq sahələrinə qatmaları və bunun nəticəsində də iddiaçıya məsus olan torpaq sahəsinin ümumilikdə 17 sotdan artıq hissəsinin mənimsənilməsidir. Ancaq qeyd olunan şəxslərin iddiaçıya məxsus olan torpaq sahəsindən kimin nə qədər və hansı ölçüdə torpaq sahəsini mənimsəmələri dəqiq bilinmir. Çünki həmin şəxslərə məxsus olan hüquqi və texniki sənədlər onların özlərinə məxsus olduğundan ancaq məhkəmənin təşəbbüsü və eləcə də bu barədə aidiyyəti üzrə keçirilə biləcək müvafiq ekspert rəyindən sonra mümkün ola bilər. Göstərilənlərə əsasən ünvan 2 ünvanında yaşayan Cavabdeh5, ünvan 3 ünvanında yaşayan Cavabdeh2, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yaşayan Cavabdeh3 və “X75 Eksport LTD” X12 (VÖEN: **********) iş üzrə cavabdeh qismində cəlb olunması, Azərbaycan Respublikasının Mərkəzi Bankının və Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının iş üzrə üçüncü şəxs qismində işə cəlb olunması, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2924 ha torpaq sahəsinin 0,1782 ha hissəsinin cavadehlərdən alınaraq iddiaçıya qaytarılması, iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçıya torpaq sahəsinin zəbt olunmasını (qanunsuz ayrılmasını) özündə əks etdirən (müəyyənləşdirən) və cavabdehlər tərəfindən inşa edilmiş daş hasarın və eləcə də zəbt olunan hissədə cavabdehlər tərəfindən inşa edilmiş bütün tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətdən maneəsiz istifadə və sahiblik etməsi üçün iddiaçıya şəraitin yaradılması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın ödənilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 400 (dörd yüz) manatın, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 311 (üç yüz on bir) manatın, həmçinin iddia ərizəsinin mhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 50.741 (əlli min yeddi yüz qırx bir) manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və iddia ərizəsinin digər hissələrinin dəyişdirilmədən qüvvədə saxlanılmaqla müvafiq qətnamə qəbul edilməsi, cavabdehlərin qanunsuz torpaq sahəsini zəbt etməsi ilə əlaqədar bu hərəkətləri etmiş şəxslər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 0,29 ha torpaq sahəsinin 0.17 ha hissəsi faktiki olaraq hazırda mövcud deyildir və yerində müəyyən olunmur. Bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl dəfələrlə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğular verilmiş və cavablar alınmışdır. 0.17 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən villaların tikilməsi məqsədi ilə zəbt olunmuşdur. Bunun müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl X63 Cəmiyyətinə müraciət etmişlər. Cəmiyyət isə öz növbəsində torpaq sahəsinin hansı hissədə və nə qədər zəbt edilməsi barədə mütəxəssis rəyi vermişdir. Sözügedən Cəmiyyət dövlət təşkilatı olmadığı və balansında daha güclü texniki vasitələr olmadığı üçün torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən zəbt edilməsi qənaətinə gəlmişlər və həmin Cəmiyyəti iddia ərizəsində cavabdeh qismində qoyaraq məhkəməyə müraciət etmişlər. Məhkəmə iclası zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertiza nəticəsində Cavabdeh1 həmin torpaq sahəsində villalar tikərək müxtəlif şəxslərə satdığı müəyyən olunmuşdur. Bu səbəbdən də 05 iyun 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi və digər cavabdehlərin cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə tərəfindən də torpaq sahəsinin zəbt olunması faktı müəyyən olunmuşdur. Lakin məhkəmə torpaq sahəsinin hansı cavabdeh tərəfindən hansı hissədə və ölçüdə zəbt edilməsi barədə suallar qoymaqla müvafiq ekspertizalar təyin etmişdir. Lakin daha sonra 2 dəfə ekspertizanın təyin edilməsinə baxmayaraq, ekspert rəyində torpaq sahəsində sürüşmə olduğunu və buna görə də torpaq sahəsinin hansı hissədə və ölçüdə hansı cavabdeh tərəfindən zəbt edilməsinin müəyyən etməyin mümkün olmadığını bildirmişdir. X63 Cəmiyyəti rəyində torpaq sahəsinin hansı hissədə zəbt edilməsini öz mütəxəssis rəyində qeyd edir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi də öz rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərin torpaq sahələri ilə üst-üstə düşdüyünü təsdiq edir. İş üzrə tərəflərin hər birinin torpaq sahəsinə dair mülkiyyət sənədi və texniki sənədləri mövcuddur. Həmin sənədlərə əsasən torpaq sahələrinin hansı hissədə və ölçüdə üst-üstə düşməsini müəyyən etmək mümkündürsə, kimlərin torpaq sahəsinin nə qədər və hansı ölçüdə üst-üstə düşməsini müəyyən etmək mümkündür. Bu səbəbdən də sonuncu ekspertiza rəylərinin məntiqə uyğun olmadığını görürlər. Sonuncu rəydə ekspertin qoyulmuş suallarla bağlı hər hansı bir araşdırması olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti öz rəyinə 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyini köçürməklə kifayətlənmiş, başqa bir araşdırma mövcud deyildir. Sonuncu ekspertizanın keçirilməsinə onlara məlumat verilməmiş, heç bir araşdırma aparılmamış və yalnız torpaq sahəsində sürüşmə olduğu qeyd etməklə torpaq sahəsinin hansı hissədə və ölçüdə kimdə olmasını müəyyən etməyin mümkün olmadığını bildirmişlər. Reyestr Xidməti tərəfindən iddiaçıya və cavabdehlərə dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir və bunun gələcəkdə problem yaradacağını bilərəkdən bunu etmişlər. Bir şəxsə məxsus olan torpaq sahəsinə dair digər şəxsə dövlət reyestrindən çıxarış verilə bilməz. İddiaçıya məxsus ümumilikdə 0.49 ha torpaq sahəsi mövcud olmuşdur. Bunun 0.20 ha hissəsini əvvəllər başqa bir şəxsə satmış, 0.29 ha torpaq sahəsi qalmışdır. Qeyd olunan 0.29 ha torpaq sahəsinə dair də iddiaçının adına dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü mövcuddur. Qeyd olunan sənədlər iş materiallarına əlavə edilmişdir. 2005-2006-cı illərdə 0.49 ha torpaq sahəsinə dair müvafiq şəhadətnamə və torpaq sahəsinin planı və ölçüsü mövcuddur və kimdən alınması barədə sənədlər də iş materiallarında vardır. Sənəd verildikdən sonra isə sürüşmə baş verdiyi Reyestr Xidməti tərəfindən bildirilir. Bu məsələyə Reyestr Xidməti cavab verməlidir. Qarşı tərəf bu işdə maraqlı olmalıdır. Bəlkə həqiqətən də qarşı tərəf iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Əgər torpaq sahəsi üst-üstə düşürdüsə qanuna əsasən dövlət reyestrindən çıxarış verilməli deyildir. Verilmiş suallara cavabında qeyd etdi ki, 0.49 ha torpaq sahəsi dövlət aktı ilə iddiaçıya təhkim edilmişdir. Buna qədər iddiaçı ilə Cavabdeh1 arasında “Villa Badam” Yaşayış Kompleksinə giriş hissəsindəki torpaq sahəsi ilə bağlı mübahisə olmuş və həmin mübahisə həll olunmuşdur. Daha sonra iddiaçı həmin torpaq sahəsinə gəlməmişdir. Cavabdeh isə bundan sonra iddiaçıya məxsus torpaq sahəsinin təxminən 0.17 ha hissəsini öz torpaq sahəsinə qatmaqla hasar çəkmişdir. Daha sonra isə iddiaçı 0.49 ha torpaq sahəsinin 0.20 ha hissəsini başqa şəxsə satmışdır. Torpaq sahəsinin satmamışdan ilk əvvəl iddiaçı ona məxsus torpaq sahəsinin 0.17 ha hissəsinin zəbt edildiyini his etməmişdir. Çünki ətraf ərazi boş torpaq sahələri olmuşdur. Lakin 0.20 ha torpaq sahəsi satıldıqdan və hasar çəkildikdən sonra iddiaçı ona məxsus torpaq sahəsinin ərazisinin az olduğunu görmüşdür. Bununla bağlı tərəflər arasında mübahisələr olmuş və Cavabdeh1 torpaq sahəsinin pulunu ödəyəcəyini, narahat olmamasını iddiaçıya bildirmişdir. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edildiyini bildiklərindən qeyd olunan Cəmiyyəti cavabdeh qismində qoyaraq məhkəməyə müraciət etmişlər. Lakin məhkəmə baxışı zamanı keçirilən ekspertizalar ilə Cavabdeh1 sözügedən torpaq sahəsini müxtəlif şəxslərə satdığı müəyyən edilmişdir. Ekspert rəyində torpaq sahəsinin üst-üstə düşdüyünü qeyd edir. Yalnız torpaq sahəsinin kimin tərəfindən və hansı hissədə zəbt edilməsi məsələsinə aydınlıq gətirmək qalmışdır. Bunu da aydınlaşdırmaq olar. Lakin bununla bağlı ekspert heç bir araşdırma aparmamış, öz rəyinə mütəxəssis rəyini köçürməklə kifayətlənmişdir. Bu problemin səbəbkarı Reyestr Xidmətidir. Həmçinin Reyestr Xidməti mütəxəssis rəyinin bu formada verilməsində maraqlıdır. Çünki başqa formada rəy vermiş olsa təşkilat üçün problem yaranacaqdır. Reyestr Xidməti mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bilmişdir. Lakin digər şəxslərə torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışlar vermişdir. Həmçinin torpaq sahəsində sürüşmənin olduğunu bildirir və bunun gələcəkdə müəyyən etməyin mümkün olduğunu qeyd edir. İlkin ekspert rəyində torpaq sahələrinin üst-üstə düşdüyü qeyd edilmişdir. Bundan sonra kimə məxsus torpaq sahələrinin hansı hissədə və ölçüdə üst-üstə düşməsini müəyyən etməkdə isə Reyestr Xidməti maraqlı deyildir. Çünki bu onun maraqlarına toxunur. Bu səbəbdən də yenidən ekspertiza təyin edilməli və rəy verilməsi alternativ ekspertiza mərkəzlərinə tapşırılmalıdır. Çünki 0.17 ha torpaq sahəsinin hansı hissəsinin kim tərəfindən hansı ölçüdə zəbt edilməsini bilmirlər. İşin mübahisəsiz halından görünür ki, İddiaçı məxsus 0.17 ha torpaq sahəsi zəbt altındadır. Mübahisəli torpaq sahəsinində kimin tərəfindən zəbt olunduğu bəllidir. Onlar da iddiada cavabdeh qismində qoyulmuşlar. Lakin hansı cavabdeh tərəfindən torpaq sahəsinin hansı hissədə və ölçüdə zəbt edilməsi müəyyən etmək mümkün olmamışdır. Reyestr Xidməti maraqları baxımında belə rəy vermiş və torpaq sahəsinin onlar tərəfindən geri alınmasında maraqlı deyildir. Məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad tam icra olunmamışdır. Həmçinin ekspertizanın keçirilməsində iştirak etməmişlər. Bu da məhkəmə araşdırmasının tam və obyektiv yekunlaşdırılmaması ilə nəticələnmişdir. Cavabdehlərdən zəbt edilmiş 0.17 ha torpaq sahəsinin geri qaytarılmasını istəyirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh “X75 Eksport LTD” X12 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi konkret və aydın olmalıdır. Həmçinin artıq 2 (iki) ekspert rəyi vardır. Hüquqlarının müdafiə etdiyi və təmsil etdiyi cavabdeh “X75 Eksport LTD” X7rşı iddia tələbi qeyri-müəyyən olduğundan və iddia tələbində alqı-satqının etibarsızlığı mövcud olmadığından tələb rədd edilməlidir. Verilmiş suallara cavabında qeyd edir ki, reyestrin düzgünlüyü prezumsiyası vardır. Torpaq sahəsinə dair cavabdeh “X75 Eksport LTD” X12 dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsü vardır. Həmçinin iddiaçının istəyinə və maraqlarına uyğun rəy verilməyibsə bu o demək deyildir ki, ekspert rəyi şübhə altına alınmalıdır. İddiaçının istəyi təmin edilməyibsə, bu ekspertiza rəyinin obyektiv olmaması demək deyildir. İddianın hüquqi əsası yoxdur. Çünki alqı-satqı müqavilələrinin mübahisələndirilməsi iddianın predmeti deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh “X75 Eksport LTD” X12 baş direktoru X69 iddianı qəbul etməyərək Müəssisənin nümayəndəsi və vəkili Vəkil2 izahatına əlavəsinin olmadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hazırda mübahisələndirilən cavabdehlər Cavabdeh2 və Cavabdeh5 məxsus olmuş əmlakların ipoteka ilə yüklü edilməsi barədə Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə olan müvafiq qərarı mövcuddur. Cavabdeh2 və Cavabdeh5 ilə sözügedən torpaq sahələrinin ipoteka ilə yüklü edilməsi ilə bağlı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı arasındakı mübahisə birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsinin qətnamələri ilə bankın xeyrinə çıxmışdır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Ali Məhkəməsinin yekun qərarı ilə isə bankın xeyrinə olan qətnamə qüvvəsində qalmışdır. Əgər gələcəkdə cavabdehlər Cavabdeh2 və Cavabdeh5 məxsus torpaq sahələrinin sürüşmə nəticəsində iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi müəyyən edilsə, bu Azərbaycan Respublikasının Ali Məhkəməsinin qeyd olunan qərarını şübhə altına alır. Əgər cavabdehlərə məxsus torpaq sahələrinə dair verilmiş mülkiyyət sənədlərində hər hansı yalnışlıq olsa idi, bununla bağlı sözügedən qətnamələr və qərar çıxarılmamışdan əvvəl müvafiq araşdırmalar aparılardı. İddia əsassızdır. Çünki mübahisə bankın mülkiyyətində və yüklülüyündə olan əmlaklarla bağlıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin yekun qərarı əsasında əmlaklar bankın mülkiyyətinə keçmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 vəkili Vəkil3 məhkəməyə ərizə ünvanlayaraq, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası olduğu üçün iclasda iştirak edə bilməyəcəyinin üzrlü hesab edilməsini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1 nümayəndəsinin, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: JN-4754, kod 30800086 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının surətindən görünür ki, Abşeron rayonu 1 nömrəli DNK-nun xx.xx.2006-cı il tarixli, 4Ə/06- 1090 nömrəli alqı-satqı müqaviləsi ilə 0.4924 hektar torpaq sahəsi X3. 19 may 2007-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X60 özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4924 ha torpaq sahəsini alıcı X65 72.000 manata satmış, alıcı da həmin qiymətə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4924 ha torpaq sahəsi X61 adına aşınmaz əmlakın dövlət reyestrində 215 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. AA 031230 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.4924 ha torpaq sahəsinin X61 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 27 avqust 2011-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X66 etibarnamə ilə X65 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4924 ha torpaq sahəsini alıcı İddiaçı 20.000 manata satmış, alıcı da həmin qiymətə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1056 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. A seriyalı 438491 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.2924 ha torpaq sahəsinin İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. JN-2679, kod 30800086 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon 1 nömrəli Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 3M/349 nömrəli və xx.xx.2004-cü il tarixli, 3M/387 nömrəli alqı-satqı müqavilələri ilə 2.17 hektar torpaq sahəsi Cavabdeh5 satılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 2.174807 ha torpaq sahəsi Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. AA 001329 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 2.174807 ha torpaq sahəsinin Cavabdeh5 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 29 iyun 2011-ci il tarixli, 1284 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarış ilə mülkiyyətində olan Saray qəsəbəsi ərazisində yerləşən 0.1222 ha torpaq sahəsində inşası başa çatmış iki mərtəbəli fərdi yaşayış evinin istismara qəbul edilməsi qərara alınmışdır. AA 027373 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.1222 ha torpaq sahəsinin Cavabdeh5 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1222 ha torpaq sahəsi Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 182 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev B/13 ünvanında yerləşən ümumi sahəsi 272.1 kv.m fərdi yaşayış evi və 0.1222 ha torpaq sahəsi Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. JN-3783, kod 30800086 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu 1 saylı DNK-nun xx.xx.2005-ci il tarixli, 4ə/-119 saylı alqı-satqı müqaviləsi ilə 1.56 hektar torpaq sahəsi Cavabdeh2 satılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.246043 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 121 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. AA 001389 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.246043 ha torpaq sahəsinin Cavabdeh2 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. AA 027412 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.1093 ha torpaq sahəsinin Cavabdeh2 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1093 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 29 iyun 2011-ci il tarixli, 1273 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarış ilə mülkiyyətində olan Saray qəsəbəsi ərazisində yerləşən 0.1093 ha torpaq sahəsində inşası başa çatmış iki mərtəbəli fərdi yaşayış evinin istismara qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev B/12 ünvanında yerləşən ümumi sahəsi 272.1 kv.m fərdi yaşayış evi və 0.1093 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. JN-2664, kod 30800086 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 3M/350 saylı alqı-satqı müqaviləsi ilə 2.01 hektar torpaq sahəsi Cavabdeh2 satılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.492245 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. AA 001379 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.492245 ha torpaq sahəsinin Cavabdeh2 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.101 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/27 ünvanında yerləşən ümumi sahəsi 236.48 kv.m fərdi yaşayış evi və 0.101 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. AA 027397 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.101 ha torpaq sahəsinin Cavabdeh2 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. JN-3784, kod 30800086 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu 1 saylı DNK-nun xx.xx.2005-ci il tarixli, 4ə/-117 saylı alqı-satqı müqaviləsi ilə 1.60 hektar torpaq sahəsi Cavabdeh5 satılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.204802 ha torpaq sahəsi Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. AA 001341 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.204802 ha torpaq sahəsinin Cavabdeh5 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1253 ha torpaq sahəsi Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 182 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. AA 027368 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.1253 ha torpaq sahəsinin Cavabdeh5 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 29 iyun 2011-ci il tarixli, 1254 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarış ilə mülkiyyətində olan Saray qəsəbəsi ərazisində yerləşən 0.1253 ha torpaq sahəsində inşası başa çatmış iki mərtəbəli fərdi yaşayış evinin istismara qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/28 ünvanında yerləşən ümumi sahəsi 236.48 kv.m fərdi yaşayış evi və 0.1253 ha torpaq sahəsi Cavabdeh5 Mri oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 13 dekabr 2012-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh5 Mri oğlu özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1253 ha torpaq sahəsini və onun üzərində yerləşən 5 otaqlı, ümumi sahəsi 236.48 kv.m olan A/28 nömrəli fərdi yaşayış evini alıcı “X75 Eksport LTD” X17 40.000 manata satmış, alıcı da həmin qiymətə almışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/28 ünvanında yerləşən ümumi sahəsi 236.48 kv.m fərdi yaşayış evi və 0.1253 ha torpaq sahəsi “X75 Eksport LTD” X12 adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. JN-4003, kod 30800086 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon 1 saylı DNK-nun xx.xx.2005-ci il tarixli, 4Ə/04-785 saylı alqı-satqı müqaviləsi ilə 0.16 hektar torpaq sahəsi X1. JN-4004, kod 30800086 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon 1 saylı DNK-nun xx.xx.2006-cı il tarixli, 4Ə/04-786 saylı alqı-satqı müqaviləsi ilə 0.20 hektar torpaq sahəsi X4. JN-4615, kod 30800086 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu 1 nömrəli DNK-nun xx.xx.2006-cı il tarixli, 4Ə/03-507 saylı alqı-satqı müqaviləsi ilə 0.0501 hektar torpaq sahəsi X4. 21 avqust 2007-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X18 özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsini alıcı X44 34.100 manata satmış, alıcı da həmin qiymətə almışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4101 ha torpaq sahəsi X35 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. AA 003603 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.4101 ha torpaq sahəsinin X35 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4101 ha torpaq sahəsi X35 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. AA 015113 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.4101 ha torpaq sahəsinin X35 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 21 dekabr 2010-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X62 özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4101 ha torpaq sahəsini alıcı X36 14.325 manata satmış, alıcı da həmin qiymətə almışdır. AA 025594 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.0955 ha torpaq sahəsinin X29 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0955 ha torpaq sahəsi X29 adına daşınmaz əmlakın dövlət reyestrində 165 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X53 özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0955 ha torpaq sahəsini alıcı Cavabdeh2 180.000 manata satmış, alıcı da həmin qiymətə almışdır. A seriyalı 341533 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.0955 ha torpaq sahəsinin Cavabdeh2 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0955 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 165 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 23 aprel 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh2 özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0955 ha torpaq sahəsini alıcı Cavabdeh3 50.000 manata satmış, alıcı da həmin qiymətə almışdır. A seriyalı 255025 nömrəli torpaq sahəsinin planı və ölçüsünün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.0955 ha torpaq sahəsinin Cavabdeh3 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0955 ha torpaq sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 165 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən ümumi sahəsi 236.2 kv.m fərdi yaşayış evi və 0.0955 ha torpaq sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin hüquqi rejimi barədə xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında sorğuda qeyd olunan X37 mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən JN-4754 nömrəli, xx.xx.2006-cı il tarixli Dövlət Aktında qeyd olunan 0.4924 ha torpaq sahəsinin olması qeyd edilmişdir. X24 həmin torpaq sahəsini Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4ə-5-766 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X9. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.4924 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X61 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********80 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. X42 həmin torpaq sahəsini Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 4Ə-01-400 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.4924 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********80 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. X6 həmin torpaq sahəsinin 0.2 ha hissəsini Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-1037 reyestr nörəli alqı-satqı müqaviləsinə əsasən X5. Yerdə qalan 0.2924 ha torpaq sahəsi üzərində X10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********16 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin hüquqi rejimi barədə xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında X54, X26, X46 və X55 ümumi birgə mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən JN - 127 nömrəli, xx.xx.2003-cü il tarixli Dövlət Aktında qeyd olunan 0.64 ha torpaq sahəsinin olması qeyd edilmişdir. (Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 43 saylı qərarına əsasən) Lakin həmin torpaq sahəsinin 0.4782 ha hissəsi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 4Ə/1325 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X20 özgəninkiləşdirilmişdir. Ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında X11, X21, X15 və X22 ümumi birgə mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən JN-126 nömrəli, xx.xx.2003-cü il tarixli Dövlət Aktında qeyd olunan 0.64 ha torpaq sahəsinin olması qeyd edilmişdir. (Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 43 saylı qərarına əsasən) Lakin həmin torpaq sahəsinin 0.4782 ha hissəsi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 4Ə/1324 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X20 özgəninkiləşdirilmişdir. Ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında X27, X38, X39 və X40 ümumi birgə mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən JN-414 nömrəli, xx.xx.1998-ci il tarixli Dövlət Aktında qeyd olunan 0.51 ha torpaq sahəsinin olması qeyd edilmişdir. (Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 saylı qərarına əsasən) Lakin həmin torpaq sahəsinin 0.1609 ha hissəsi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 3M/800 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X20 özgəninkiləşdirilmişdir. Ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında X8, X39, X28, X41 və X31 ümumi birgə mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən JN-413 nömrəli, xx.xx.1998-ci il tarixli Dövlət Aktında qeyd olunan 0.64 ha torpaq sahəsinin olması qeyd edilmişdir. (Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 saylı qərarına əsasən) Lakin həmin torpaq sahəsinin 0.2035 ha hissəsi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 3M/800 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X20 özgəninkiləşdirilmişdir. Ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında X56 ümumi birgə mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən JN-411 nömrəli, xx.xx.1998-ci il tarixli dövlət aktında qeyd olunan 0.13 ha torpaq sahəsinin olması qeyd edilmişdir. (Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 saylı qərarına əsasən) Lakin həmin torpaq sahəsinin 0.0427 ha hissəsi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 3M/800 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X20 özgəninkiləşdirilmişdir. Ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında X16 və X32 ümumi birgə mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən JN- 412 nömrəli, xx.xx.1998-ci il tarixli dövlət aktında qeyd olunan 0.13 ha torpaq sahəsinin olması qeyd edilmişdir. (Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 saylı qərarına əsasən) Lakin həmin torpaq sahəsinin 0.0855 ha hissəsi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 3M/800 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X20 özgəninkiləşdirilmişdir. Bundan sonra X33 həmin torpaq sahələrini birləşdirərək xx.xx.2004-cü il tarixdə JN-3511 nömrəli dövlət aktı (1.4489 ha) almışdır. Lakin həmin torpaq sahəsinin 0.4924 ha hissəsi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə/06- 1090 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X45 özgəninkiləşdirilmişdir. Həmin müqavilə əsasında X45 xx.xx.2006-cı il tarixdə JN-4754 nömrəli dövlət aktı verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli, 01-77/21 nömrəli mütəxəssis rəyindən görünür ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha torpaq sahəsinin bir hissəsi zəbt olunmuşdur. Zəbt olunan hissə torpaq sahəsinin qərb hissəsində və ölçüsü 0.1782 ha təşkil edir. Mülkiyyət hüququ ilə İddiaçı məxsus olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha torpaq sahəsindən 0.1782 ha hissəsinin zəbt edilməsi həmin ərazinin yaxınlığında yerləşən Cavabdeh1 tərəfindən aparılmışdır. Mülkiyyət hüququ ilə İddiaçı məxsus olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha torpaq sahəsinin zəbt olunmuş 0.1782 ha hissəsindən Cavabdeh1 tərəfindən inşa edilmiş “Villa Badam” yaşayış kompleksinin tərkibinə qatılmaqla istifadə olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş əmlakın hüquqi rejimi barədə xx.xx.2022-ci il tarixli, **********60 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.4101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X35 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat və **********88 reyestr nömrəsi ilə qeydiyyata (DTXK Abşeron rayon şöbəsi, xx.xx.2005-ci il tarixli JN-4003. JN-4004 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı; DTXK Abşeron rayon şöbəsi, xx.xx.2006-cı il tarixli JN-4615 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı; Abşeron rayon 2 saylı DNK, xx.xx.2007-ci il tarixli 4Ə- 8-1340 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında) alınmışdır. Sözügedən 0.4101 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları təyinatı ilə X35 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat və **********88 reyestr nömrəsi ilə qeydiyyata (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, xx.xx.2008-ci il tarixli 224b nömrəli Sərəncamı əsasında) alınmışdır. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun dövlət notariusu R.K.Hümmətov tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli 4Ə/1335 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.4101 ha torpaq sahəsindən 0.0955 ha hissəsi X29 adına özgəninkiləşdirilmişdir. 0.0955 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X29 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat və **********37 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X57 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-226 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat və **********37 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X23 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-1167 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat və **********37 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (ünvan: Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi) üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat və **********37- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş əmlakın hüquqi rejimi barədə xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.204802 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə **********37 (qeydiyyat nömrəsi: 1********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (DTXK-nın Abşeron rayon şöbəsinin xx.xx.2005-ci il tarixli, JN-3784 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən) sözügedən 0.204802 ha torpaq sahəsindən 0.1253 ha hissəsi yaşayış məntəqələrinin torpaqları təyinatı ilə Cavabdeh5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat və **********95 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (ünvan: Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/28) üzərində Cavabdeh5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat və **********95-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin həmin fərdi yaşayış evi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 4Ə/3514 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “X75 Eksport LTD” MMM-yə özgəninkiləşdirilmişdir. Həmin fərdi yaşayış evi (ünvan: Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/28) üzərində “X75 Eksport LTD” MMM-in adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat və **********95-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş əmlakın hüquqi rejimi barədə xx.xx.2022-ci il tarixli, **********98 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 2.174807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat və **********16 reyestr nömrəsi ilə qeydiyyata (DTXK Abşeron rayon şöbəsi, xx.xx.2004-cü il tarixli JN-2679 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında) alınmışdır. Sözügedən 2.174807 ha torpaq sahəsindən 0.1222 ha hissəsi yaşayış məntəqələrinin torpaqları təyinatı ilə Cavabdeh5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat və **********00 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 0.1222 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (ünvan: Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev B/13) üzərində Cavabdeh5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat və **********00-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Fərdi yaşayış evi Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2016-ci il tarixli 05-01100-2016 nömrəli bildirişinə, QSC "xxxx" KB-nin xx.xx.2015-ci il tarixli 11/6890 nömrəli bildirişinə əsasən tutmaya yönəldilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1352/2021 saylı qərardadına və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9580/2021 saylı icra vərəqəsinə əsasən fərdi yaşayış evi üzərinə qadağa qoyulmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi QSC “Bank Standard” KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş əmlakın hüquqi rejimi barədə xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.246043 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə **********92 (qeydiyyat nömrəsi: 1********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (DTXK-nın Abşeron rayon şöbəsinin 28.01,2005-ci il tarixli, JN-3783 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən) Sözügedən 0.246043 ha torpaq sahəsindən 0.1093 ha hissəsi yaşayış məntəqələrinin torpaqları təyinatı ilə Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat və **********31 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (ünvan: Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev B/12) üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat və **********31-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi Azərbaycan Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın xx.xx.2016-cı il tarixli 05-01066-2016 nömrəli və xx.xx.2015-ci il tarixli 11/6890 nömrəli bildirişlərinə əsasən tutmaya yönəldilmişdir. Həmçinin həmin fərdi yaşayış evi üzərində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9580/2021 saylı icra vərəqəsinə və Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1352/2021 saylı qərardadına əsasən qadağa var. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2019 tarixli, 17/75 4716-7H saylı məktubu və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016 tarixli, 2(011)-227/2016 saylı icra vərəqəsinə əsasən müvəqqəti nəzarət qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş əmlakın hüquqi rejimi barədə xx.xx.2022-ci il tarixli, **********00 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.492245 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat və **********85 reyestr nömrəsi ilə qeydiyyata (DTXK Abşeron rayon şöbəsi, xx.xx.2004-cü il tarixli JN-2664 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında) alınmışdır. Sözügedən 0.492245 ha torpaq sahəsindən 0.101 ha hissəsi yaşayış məntəqələrinin torpaqları təyinatı ilə Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat və **********18 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 0.101 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (ünvan-Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/27) üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat və **********18-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Fərdi yaşayış evi Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli 05-01066-2016 nömrəli bildirişinə, QSC "xxxx" KB-nin xx.xx.2015-ci il tarixli, 11/6890 nömrəli bildirişinə əsasən tutmaya yönəldilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1352/2021 saylı qərardadına və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9580/2021 saylı icra vərəqəsinə əsasən fərdi yaşayış evi üzərinə qadağa qoyulmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi QSC “Bank Standard” KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 01 iyun 2022-ci il tarixli, 10/3165 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A seriyalı 438491 nömrəli İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.2924 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarının digər mülkiyyətçilərə çıxarışla verilmiş torpaq sahələrin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşdüyü və həmin plan və ölçü sxeminin koordinatları daxilində digər mülkiyyətçilər tərəfindən inşa olunmuş fərdi yaşayış evlərinin (iki ədəd fərdi yaşayış evi) bir hissəsinin yerləşdiyi müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş X10 xx.xx.2019-cu il tarixli, **********16 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.2924 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olacağı nəzərə çatdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 28 dekabr 2022-ci il tarixli, 10/6070 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********16 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.2924 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş X10 xx.xx.2019-cu il tarixli, **********16 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.2924 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027373 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev B/13 ünvanında yerləşən 0.1222 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027412 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev B/12 ünvanında yerləşən 0.1093 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027397 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/27 ünvanında yerləşən 0.101 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027368 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən cavabdeh “X75 Eksport LTD” X12 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/28 ünvanında yerləşən 0.1253 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A seriyalı 255025 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən 0.0955 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olacağı nəzərə çatdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6030 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-6653/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş X10 xx.xx.2019-cu il tarixli, **********16 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.2924 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027373 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev B/13 ünvanında yerləşən 0.1222 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027412 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 21 ünvanında yerləşən 0.1093 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027397 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/27 ünvanında yerləşən 0.101 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027368 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən cavabdeh “X75 Eksport LTD” X12 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/28 ünvanında yerləşən 0.1253 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A seriyalı 255025 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən 0.0955 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olacağı nəzərə çatdırılmışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yenə də həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha torpaq sahəsinin 0.1782 ha hissəsinin cavadehlərdən alınaraq ona qaytarılmasını, onun mülkiyyət hüquqlarının bərpa olunmasını, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmasını, torpaq sahəsinin zəbt olunmasını özündə əks etdirən və cavabdehlər tərəfindən inşa edilmiş daş hasarın və eləcə də zəbt olunan hissədə cavabdehlər tərəfindən inşa edilmiş bütün tikililərin cavabdehlərin hesabına sökülməsini, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsini və mülkiyyətdən maneəsiz istifadə və sahiblik etməsi üçün ona şəraitin yaradılması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulmasını xahiş etsə də, məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı tələbinin hüquqi əsaslarını, yəni ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini sübut edə bilməmişdir. Əskinə mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyi və Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş X10 xx.xx.2019-cu il tarixli, **********16 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.2924 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027373 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev B/13 ünvanında yerləşən 0.1222 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027412 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev B/12 ünvanında yerləşən 0.1093 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027397 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/27 ünvanında yerləşən 0.101 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027368 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən cavabdeh “X75 Eksport LTD” X12 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/28 ünvanında yerləşən 0.1253 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A seriyalı 255025 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən 0.0955 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulan sualların cavablandırılmasının mümkün olmadığı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlandığı bildirilərək, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olacağı nəzərə çatdırılmışdır. Həmçinin məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Abşeron rayonu ərazisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mübahisənin həlli ilə bağlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsi müraciət etməyi və bu məqsədlə iddia ərizəsinin hazırda baxılmamış saxlanılmasını təklif etsə də, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin təklifi ilə razılaşmamış və işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. İddia tələbinin “cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdehlərin hərəkətləri nəticəsində mənəvi zərərin vurulmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. İddia tələbinin “cavabdehlərin qanunsuz torpaq sahəsini zəbt etməsi ilə əlaqədar bu hərəkətləri etmiş şəxslər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, qeyd olunan cavabdehlərin əməllərində cinayət tərkibinin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Qeyd edilən hissələrdə iddia tələbi təmin edilmədiyindən tələb “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 400 (dörd yüz) manatın, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 311 (üç yüz on bir) manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, “X75 Eksport LTD” X17 və Cavabdeh5 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı cəlb edilməklə) torpaq sahəsinin geri qaytarılması və sair tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia təmin edilmədiyinə görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri olan cəmi 150 (yüz əlli) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, “X75 Eksport LTD” X17 və Cavabdeh5 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı cəlb edilməklə) torpaq sahəsinin geri qaytarılması və sair tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri olan cəmi 150 (yüz əlli) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-91/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-91/2023
01.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair mülki iş - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Maneənin arada
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver